Aktöbe rayonunda baş vermiş dəhşətli avtobus faciəsi sadəcə bədbəxt hadisədir.
Bu sözləri Qazaxıstan Daxili İşlər nazirinin müavini Erlan Turqumbayev deyib.
“Xüsusilə vurğulamaq istəyirəm ki, orada yol nəqliyyat hadisəsi baş verməyib. Həmçinin biz burada cinayət əməli də görmürük. Bu bir faciədir. Hadisədən sağ çıxanlar bildirir ki, yanğın avtobusun salonundan başlayıb”, - nazir müavini bildirib.
Xatırladaq ki, Qazaxıstanın Aktöbe vilayətində sərnişin avtobusunun yanması nəticəsində 52 nəfər ölüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?