Qazaxıstanın Pavlodar-Astana yolunda 3 nəfər yol nəqliyyat qəzasının qurbanı olub.
Qəzaya düşmüş «Toyota» markalı maşında 6 nəfər, o cümlədən məzuniyyətdə olan Qazaxıstan daxili işlər nazirinin müavini Ərlik Kənanbayev də olub. Yaralanmış nazir müavini, 11 yaşlı oğlu və həyat yoldaşının qohumu xəstəxanaya yerləşdirilib. Qəzada onun həyat yoldaşı, yetkinlik yaşına çatmayan oğlu və sürücüsü həyatını itirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?