Ağdamda zəhərlənən ailə üzvlərinin sayı 7 nəfərə çatıb.
Ağdam Rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Rəhman Məmmədov APA-ya açıqlamasında bildirib ki, ailə üzvlərindən 34 yaşlı Emin Cabbarov və onun 6 yaşlı qızı Mafizə Cabbarovanın vəziyyəti ağırdır.
R.Məmmədov onu da bildirib ki, qida zəhərləməsi ilə bağlı xəstəxanaya müraciət edən Emin və Rahib Cabbarov qardaşlarının ailəsi olub. E. Cabbarov bir həftə öncə evdə kustar üsulla hazırlanmış xiyar turşusu yeyib. Həmin vaxt görmə pozğunluğu, udma aktının pozğunluğu ilə Bərdə və Ağcabədi rayon xəstəxanalarına müraciət edib. E.Cabbarovun vəziyyəti ağırlaşdığından botulizm diaqnozu ilə Klinik Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb.
Araşdırma zamanı məlum olub ki, ailə üzvləri də ad günü məclisində evdə hazırlanmış xiyar və pomidor turşusu yeyiblər. Xəstəxanaya müraciət etsələr də, turşu yediklərini bildirməyiblər. Vəziyyətləri ağırlaşan 31 yaşlı Cabbarova Əsmər Fərhad qızı, 29 yaşlı İsmayılova Elnaz Fərhad, 28 yaşlı Cabbarova Aygün Cəbrayıl qızı, 30 yaşlı Cabbarov Rahib Cəbrayıl oğlu, 10 yaşlı Cabbarova Nərmin Emin qızı, 6 yaşlı Cabbarova Mafizə Emin qızı və 3 yaşlı Cabbarov Rahil Nicat oğlu iki təcili-tibbi yardım maşını ilə Bakı şəhər Klinik Tibi Mərkəzinə çatdırılıb.
Ağdam Rayon Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşları ailə üzvlərinin yediyi qida məhsullarından nümunələr götürərək laboratoriyaya göndərib.
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Araşdırma başlanıb.
-----------
16:27
Ağdamda bir ailənin 5 üzvü qidadan zəhərlənib.
Hadisə rayonun Çullu kəndində baş verib.
Kənd sakinləri 31 yaşlı Cabbarova Əsmər, 29 yaşlı İsmayılova Elnaz, 28 yaşlı Cabbarova Aygün, 28 yaşlı Cabbarov Rahib və 10 yaşlı Cabbarov Nərmin Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, zəhərlənən ailə üzvlərinin vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib. /milli.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?