Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərləndiyi ehtimal edilərək xəstəxanaya gətirilən şəxslərdən 8 nəfəri ölüb, 7 nəfərin müalicəsi davam edir.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyi həmin şəxslərin yemişan məhlulu içdiklərinin üzə çıxdığı barədə məlumat yayıb.
Hazırda polis və təhqiqatçılar spirtli içkilərin kütləvi satıldığı ticarət obyektlərində yoxlama aparır, şahidləri müəyyənləşdirir.
***
Rusiyada spirtli içkidən zəhərlənən 5 nəfər ölüb, 5 nəfər komadadır.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün 10 nəfər naməlum maddədən kəskin kimyəvi zəhərlənmə diaqnozu ilə İrkutsk şəhərindəki iki xəstəxanaya gətiriliblər.
Həkimlər həmin şəxslərin hamısının spirtli içki qəbul etdiyini ehtimal edirlər. Xəstəxanaya gətirilən şəxslərdən 5-i ölüb, 5-i isə komadadır. Xəstələrdən kimyəvi-toksikoloji ekspertiza üçün nümunə götürülüb.
Sorğu
Yeni dizaynımız necədir?