GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qarabağ üçün təhlükəli ssenari - ABŞ Rusiya yolu gedir

Qarabağ üçün təhlükəli ssenari - ABŞ Rusiya yolu gedir

Tarix: 22-01-2018, 10:00 Bölmə :Cəmiyyət Baxış: 361
Qarabağ üçün təhlükəli ssenari - ABŞ Rusiya yolu gedir


Amerikanın ikili standartı: yeni faktlar; Sabiq gürcü diplomatından sensasion açıqlama; postsovet məkanındakı separatçı rejimlərin verdiyi sənədləri Amerikanın tanıması haqda faktlar var; “Qarabağ erməniləri ABŞ-ın İrəvandakı səfirliyindən qondarma qurumun sənədləri əsasında viza alırlar...”

ATƏT-in Minsk Qrupunun əsas həmsədrlərindən olan ABŞ-ın erməni separatizminə loyal münasibəti sirr deyil. Həm də xristian amilindən doğan bu loyallıq hər il Dağlıq Qarabağdakı kriminal və separatçı quruma maliyyə yardımlarının ayrılmasında, bir sıra konqresmenlərin nümayişkaranə və cəzasız şəkildə vaxtaşırı işğal altındakı Qarabağa, Xankəndinə səfərlər eləməsində, habelə erməni separatçılarının liderlərinin müntəzəm surətdə Amerikaya səfərlər edərək, hətta ABŞ Konqresində “DQR bayrağı” adına əski parçası asıb görüşlər keçirməsində və həmin görüşlərdə Azərbaycan əleyhinə ağır ittihamlar yağdırmasında özünü göstərməkdədir.

O da faktdır ki, Krımın işğalına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən ABŞ-ın neçə-neçə ştatı qondarma “DQR”i dövlət kimi tanıyıb, bəzi Amerika şəhərləri Xankəndi ilə “qardaşlaşıb”, Kaliforniya ştatında üstəlik, separatçı qurumun nümayəndəliyi sərbəst fəaliyyət göstərir.

*****

Qəzetimizin ötən sayında isə suverenliyimiz və ərazi bütövlüyümüz əleyhinə başqa faktlar haqda ətraflı yazmışıq. “Yeni Müsavat” xatırladır ki, söhbət ABŞ tərəfindən maliyyələşən “HALO Trust” adlı şirkətin işğal altındakı ərazilərimizdə mina təmizləmək adı ilə apardığı qeyri-şəffaf fəaliyyətdən, Ermənistana və qanunsuz rejimə faktiki, dəstək göstərməsindən gedir.

Məsələnin ən təhlükəli tərəfi odur ki, bu şirkət öz fəaliyyəti barədə Azərbaycan hökumətindən icazə almır və fəaliyyətinin nəticəsi barədə hesabat vermir. Özünün yaydığı açıq hesabatlarda isə ölkəmizin ərazi bütövlüyünə qarşı təhrifedici ifadələr, separatçı rejimin legitimləşməsinə yönəlik cəhdlərin yer aldığı iddia olunur. Belə ki, bu cür hesabatda Dağlıq Qarabağ bölgəsi ayrıca subyekt kimi və bəzi yerlərdə “ölkə” kimi, işğal olunmuş ətraf rayonlar isə “Dağlıq Qarabağ tərəfindən nəzarət olunan, lakin onun Sovet sərhədlərindən kənarda yerləşən ərazilər” kimi təqdim olunur.

Onu da qeyd etmişik ki, Azərbaycanın razılığı olmadan onun ərazilərində mina fəaliyyəti aparmaq üçün “HALO Trust”ın bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşməsi ciddi narahatlıq yaradan haldır və bu əməl ölkəmizin ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlikdir. Ən nəhayət, bütün bunlar Birləşmiş Ştatların Qarabağ məsələsində qərəzsiz vasitəçiliyi ilə bir araya sığmayan əməllərdir.

*****

Lakin bu da hamısı deyilmiş. Bəlli olur ki, formal olaraq, postsovet məkanındakı separatçı qurumları, o cümlədən Azərbaycan sərhədləri daxilində yaradılmış saxta “DQR”i və orada keçirilən “seçkiləri” tanımayan ABŞ-ın Rusiya, Gürcüstan və Ermənistandakı səfirlikləri həmin qanunsuz qurumların “hökumətləri” tərəfindən verilən “sənədləri” maneəsiz şəkildə leqallaşdırır. “Yeni Müsavat” haqqin.az-a istinadən bildirir ki, bu barədə 7 il Amerikanın Rusiyadakı səfirliyində çalışmış (2010-2017) gürcü diplomat Georgi Kbiltetslaşvili deyib.

“Açıq mənbələrdən bilindiyi kimi, ABŞ Abxaziyanın, Cənub Osetiyanın, Dağlıq Qarabağın və Dnestryanı bölgənin müstəqilliyini tanımır. Bununla əlaqədar həmin separatçı qurumların ”hakimiyyət orqanları" qanuni deyil və onların verdikləri arayışlar da hüquqi qüvvəyə malik ola bilməz. Müvafiq şəkildə bu regionlarda yaşayan və ya doğulan adamlar ABŞ səfirliklərinin konsulluq departamentindən immiqrasiya vizaları almaq üçün müvafiq sənədləri əldə eləməkdən ötrü Gürcüstanın, Azərbaycanın və Moldovanın suveren hakimiyyət orqanlarına müraciət etməyə borcludurlar “ - deyə keçmiş diplomat qeyd edib.

Kreml and white house ile ilgili görsel sonucu

Lakin onun sözlərinə görə, işlədiyi müddətdə bunun əksini müşahidə edib: “İmmiqrasiya vizaları şöbəsində işlədiyim 7 il ərzində mən konsul zabitlərinin maneəsiz şəkildə Abxaziya və Cənubi Osetiyanın separatçı hökumətləri tərəfindən verilmiş sənədlərin maneəsiz şəkildə və leqal sənədlər kimi tanınmasına dair olduqca çoxlu sayda faktın şahidi oldum. Belə çıxır ki, ABŞ Dövlət Departamenti Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanı bölgənin separatçı hakimiyyətlərini tanıyır”.

Keçmiş diplomata görə, eyni vəziyyət ABŞ-ın İrəvandakı İmmiqrasiya Şöbəsində yaşanır. “Dağlıq Qarabağ erməniləri məhz Bakıdakı səfirliyin yox, İrəvandakı səfirliyin immiqrasiya şöbəsinə viza üçün müraciət edir, bu zaman da separatçı rejimin sənədlərini təqdim edirlər. Kimsə deyə bilər ki, Qarabağ ermənilərinə ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət eləməsi çətindir. Ancaq bunu qanun tələb edir və onu iqnor eləmək olmaz”, - deyə o vurğulayıb.

*****

Bu yerdə “Yeni Müsavat” xatırladır ki, ötən il rəsmi Moskva Rusiya Ukraynanın şərqindəki qondarma dövlətlər olan “DNR” və “LNR”in verdiyi qanunsuz pasportları tanımaq haqda qərar verib. Gürcüstanın ayrılmaz hissəsi olan Abxaziya və Cənubi Osetiyanı isə müstəqil dövlət kimi tanıyıb, orada böyük hərbi kontingent yerləşdirib.

Ancaq bu - Rusiyadır, qonşu ölkələrə qarşı açıq işğalçı siyasət aparmaqdan çəkinməyən və öz maraqları naminə o ərazilərdə separatçılığı dəstəkləyən, beynəlxalq hüququ vecinə almayan, nəhayət, SSRİ-nin bərpasına çalışan imperiyapərəst Rusiya. Bəs, demokratik dövlət olan ABŞ-a nə gəlib ki, faktiki Rusiya ilə eyni, analoji addımlar atır?

Axı, Azərbaycan Rusiyanın vassalı olan Ermənistandan fərqli olaraq, Amerika ilə, Qərblə səmimi tərəfdaşlıq münasibətindədir və ABŞ üçün, Avropa üçün, NATO üçün qat-qat qiymətli, böyük geosiyasi və energetik potensialı olan mühüm ölkə qismindədir. Paradoks həm də ondadır ki, ABŞ rəsmiləri tez-tez Abxaziya və Cənubi Osetiyanın 2008-ci ildə zəbt elədiyi üçün Rusiyanı işğalçı adlandırır, Krımın ilhaqına görə Moskvaya qarşı 3 ildir sanksiyalar tətbiq edir... |musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ separatçı Dağlıq Qarabağ rejiminə pul ayırmayıb

    ABŞ separatçı Dağlıq Qarabağ rejiminə pul ...

    10-07-2015, 14:18

  • 
  • Azərbaycan XİN-i Qarabağa səfər edən rusiyalı diplomatdan danışdı

    Azərbaycan XİN-i Qarabağa səfər edən rusiyalı ...

    1-07-2013, 18:19

  • 
  • Separatçı Dağlıq Qarabağ rejiminin əsas sponsoruna 4 il həbs verildi

    Separatçı Dağlıq Qarabağ rejiminin əsas ...

    15-04-2016, 00:26

  • 
  • Rusiyanın ABŞ-dakı casusu Qarabağdadır - Foto

    Rusiyanın ABŞ-dakı casusu Qarabağdadır - Foto ...

    27-08-2013, 11:22

  • 
  • Ceyms Uorlik Laçında ona hücum edən daşnaklara qəti cavab verdi

    Ceyms Uorlik Laçında ona hücum edən daşnaklara ...

    20-05-2014, 09:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu