O, əvvəllər "rus mənşəli sahibkar" bəhanəsi adı altında fəaliyyət göstərmiş casus olub.
Sabiq rusiyalı casus Anna Çapman Dağlıq Qarabağdadır.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, A.Çapman "Erməni-rus əməkdaşlığı" qrupunun təşəbbüsü ilə Ermənistan, oradan da Qarabağa gəlib. Çapman İrəvan və Xankəndidə bir sıra görüşlərdə iştirak edəcək.
Bu gün Anna Çapman da daxil olmaqla rusiyalıları separatçı Dağlıq Qarabağ rejiminin "rəsmiləri" qəbul edib.
Qeyd edək ki, Anna Çapman Rusiyanın ABŞ-da "rus mənşəli sahibkar" bəhanəsi adı altında fəaliyyət göstərmiş casusu olub.
2010-cu ildə bu casus ABŞ-da xarici hökumətlə əlaqələrinə görə həbs edilib. 2010-cu il iyulun 8-də o, özünü Rusiya ilə qeyri-qanuni əməkdaşlıq etməkdə təqsirli bilib və daha 9 nəfərlə birlikdə əvvəllər ABŞ və Böyük Britaniyanın xeyrinə casusluqda günahlandırılmış dörd Rusiya vətəndaşı ilə dəyişdirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?