GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Alpinistlərin itkin düşməsindən 1 ay ötdü

Alpinistlərin itkin düşməsindən 1 ay ötdü

Tarix: 24-01-2018, 20:50 Bölmə :Cəmiyyət Baxış: 432
Alpinistlərin itkin düşməsindən 1 ay ötdü

Bəzi mütəxəssislər hesab edirlər ki, axtarışların davam etdirilməsi orada çalışan qrup üçün təhlükəlidir; rəsmi qurumlar isə işlərini davam etdirir

gundemxeber.az musavat.com-a istinadla bildirir ki, Quba rayonunda dağlıq ərazidə itkin düşmüş gənc alpinistlər Namin Bunyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Alpinistlər ötən ayın 23-də Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. Artıq bir aydır ki, onların axtarışları nəticə vermir. Ötən günlərdə alpinistlərin axtarışına Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin “Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə, eləcə də xaricdən dəvət olunan alpinistlər cəlb olunublar. Lakin bütün bu cəhdlərə baxmayaraq onların axtarışları nəticə vermir.

Hazırkı məqamda bəzi mütəxəssislər hesab edirlər ki, axtarışları havaların isinməsinə qədər dayandırmaq daha məqsədəuyğun olar. Çünki axtarışlar 10 metrdən çox qarın üzərində olmaqla dərədə aparılır. Bu isə orada işləyən qrupun da həyatının təhlükədə olması deməkdir. Əgər qeyd olunan varianta gedilsə və dağda işlər dayandırılsa, axtarış əməliyyatlarının bərpası üçün may, iyun ayları gözlənilməlidir. Çünki Tufandağda qar yalnız bu aylarda əriyir.

Bu barədə “Trend”ə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov da bildirib ki, itkin düşən alpinistlərin getdiyi güman edilən və axtarış aparılan ərazilərdəki qarın əriməsi mayın sonlarından - iyun ayından başlayır.

M.Həsənov əlavə edib ki, axtarışların aparıldığı ərazilər Böyük Qafqaz dağlarında ən yüksək hissələrdir: “Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağ dəniz səviyyəsindən 4000 metr-dən çox yüksəklikdə yerləşir. Bu əraziyə qarın yağması təxminən sentyabr ayının II, III ongünlüklərindən başlayır və mart ayına qədər davam edir”.

Lakin belə görünür ki, axtarış qrupu işləri dayandırmayacaq. Əksinə, məlumatlara görə, son günlər havanın normal keçməsi axtarışların tempini yüksəldib. Son rəsmi məlumatda qeyd olunur ki, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır.

Alpinistlərin yaxınları isə itkin düşənlərin üzərində olan telefon siqnallarının araşdırılmasını xahiş edirlər: “Onların üzərində mobil telefon olub. Lakin müvafiq qurumlar bu telefonların son siqnallarının haradan gəldiyini araşdırmırlar. Telefonlardan biri iPhone olub. Əgər rəsmi şəkildə ”Apple" şirkətinə müraciət etsələr, “imea” kodu vasitəsilə telefondan gələn son siqnalın yerini öyrənmək olar".

“Yeni Müsavat”a danışan alpinist Elçin Quliyev bildirib ki, əslində orada axtarışlar bir neçə gün öncədən dayandırılmalı idi: “Dünyanın heç bir yerində bu qədər axtarışlar getmir. Sadəcə olaraq, bizimkilər həm ictimai qınaqdan ehtiyat edib axtarış aparırlar, həm də tapşırılıb ki, onlar tapılmayana qədər axtarışlar dayandırılmasın. Ancaq hazırda orada axtarış aparmaq son dərəcə təhlükəlidir. Ora gedib-gələnlərlə əlaqələrim var. Məsələn, dünən həmin ərazidə çox güclü külək olub. Lakin buna baxmayaraq axtarışlar aparılıb. Axtarış qrupu hava şərtləri imkan verən kimi əraziyə gedib işə davam edirlər. Ancaq bunun ağır fəsadları ola bilər. Çünki təhlükə böyükdür. Qaldı ki, telefon dalğası vasitəsilə ərazini müəyyənləşdirmək, bu da mümkün olan hal deyil. Lap siqnalı versələr belə konkret olaraq nöqtəni müəyyənləşdirmək olmaz. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi belə siqnalları müəyyənləşdirə bilmədi”.

“Vertical Group” Dağ turizmi və sənaye alpinizmi şirkətinin həmtəsisçisi və alpinist Emil Vəliyev isə hesab edir ki, hava şərtləri imkan verdiyi müddətdə axtarışları davam etdirmək lazımdır: “Uçqun təhlükəsi yoxdursa, işlər davam etdirilə bilər. Böyük qüvvələrlə yox, az tərkibli qrupla axtarışı davam etdirmək olar. Əsas şərt hava şəraiti və uçqun təhlükəsidir. Bir neçə əməkdaşla, müəyyən bir müddətdə irəliləyiş əldə etmək mümkündür”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İtkin düşən alpinistlərin axtarışlarına əlavə qüvvələr cəlb olunub

    İtkin düşən alpinistlərin axtarışlarına əlavə ...

    28-12-2017, 12:00

  • 
  • Yoxa çıxan üç alpinistlə bağlı ən son xəbərlər

    Yoxa çıxan üç alpinistlə bağlı ən son xəbərlər ...

    29-12-2017, 11:15

  • 
  • Xarici mütəxəssislər alpinistlərin itkin düşdüyü ərazidə olublar

    Xarici mütəxəssislər alpinistlərin itkin düşdüyü ...

    5-01-2018, 20:53

  • 
  • Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir

    Alpinistlərin axtarışları Xınalıq istiqamətində ...

    8-01-2018, 12:20

  • 
  • Alpinistlərin axtarışları davam edir - FOTOLAR

    Alpinistlərin axtarışları davam edir - FOTOLAR ...

    27-12-2017, 13:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu