GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Yalançı, narkoman və qumarbazdır!..” -Erməni lobbisi Sərkisyanı ifşa etdi

“Yalançı, narkoman və qumarbazdır!..” -Erməni lobbisi Sərkisyanı ifşa etdi

Tarix: 25-01-2018, 11:00 Bölmə :Cəmiyyət Baxış: 316
“Yalançı, narkoman və qumarbazdır!..” -Erməni lobbisi Sərkisyanı ifşa etdi

“Tezliklə o və bandası tarixin zibilliyində olacaq” - hədə; Erməni prezidenti ermənilər etirazla qarşıladı: “100-dən çox siyasi dustağı azad et!..”; Fransa işğalçı “kiçik bacı”sına qahmar çıxdı; Makron: “Daim yanınızda olacağıq!”; Fransanın xarici işlər naziri mayın 28-də, prezidenti isə oktyabrda İrəvana gedəcək - səbəb...

Ermənistan prezidenti Serj Sərkisyan Fransaya səfər edib. Səfər çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşən işğalçı ölkənin başçısı dünən - yanvarın 24-də isə Strasburqda Avropa Şurası Parlament Assmbleyasının (AŞ PA) sessiyasında çıxış edib.

Makron erməni həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında Fransanın həmişə Ermənistanın yanında olacağını bəyan edib. O, Sərkisyanla görüşü “maraqlı” adlandırıb və əlavə edib ki, “Ermənistan Qərblə Şərq arasında stabil demokratik ölkə qurmaq üçün (?!-red.) uzun bir yol keçib”.

*****

İşğalçı Ermənistanı həmişə özünə “kiçik bacı” sayan Fransanın indiki prezidentinin yuxarıdakı sözləri əslində təəccüblü deyil. Təəccüblü olan belə bir açıq-aşkar ermənipərəst dövlətin, erməni “soyqırımı” iddiasının ən güclü təbliğatçısının Dağlıq Qarabağ məsələsində qərəzsiz vasitəçiliyə iddia eləməsi, üstəlik, Rusiyanın vassalı və hərbi qalasa olan bir saxta dövləti gülünc şəkildə “stabil demokratik ölkə” adlandırmasıdır.

Bu da hamısı deyil. E.Makron daha sonra 2018-ci ili Ermənistan üçün “cümhuriyyət qurulmasının 100 illiyi” ilə bağlı mühüm il adlandırıb və deyib ki, mayın 28-də Fransanın xarici işlər naziri “ilk erməni respublikasının 100 illiyi tədbirlərinə qatılmaq üçün” İrəvana gedəcək. Makronun özü isə oktyabrda Ermənistana səfərə hazırlaşır.

Maraqlıdır, görəsən, Fransa XİN başçısı mayən 28-də Bakıya - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi törəninə də qatılacaqmı? Hələlik rəsmi Parisin bu yöndə hər hansı açıqlaması yoxdur. Bu yerdə xatırladaq ki, 2015-ci ildə bədnam erməni “genosidi” iddialarının 100 illiyi ilə bağlı İrəvan səfər eləmiş üç xarici ölkə prezidentlərindən biri məhz Fransa lideri Fransua Olland olmuşdu (digər ikisi Rusiya və Serbiya prezidentləri idi)...

*****

Qayıdaq əsas mövzuya və qeyd edək ki, bu, S.Sərkisyanın Avropaya prezident qismində son ziyarətidir. Yəni buna “vida səfəri” də demək mümkündür. Çünki martın 2-də onun ikinci müddətə prezidentlik səlahiyyətləri bitir və Ermənistanın yeni prezidenti seçilməlidir. Yəqin ki, təzə prezident Böyük Britaniyadakı səfir, keçmiş baş nazir və iş adamı Armen Sərkisyan olacaq. Ancaq 4-cü prezident yeni baş nazirdən az səlahiyyətlərə malik olacaq. Baş nazirliyə isə artıq bəllidir ki, Serj Sərkisyanın özü can atır.

“Yeni Müsavat” onun prezidentlikdən baş nazirliyə sıçrayış etməklə “Qarabağ klanı”nın hakimiyyətini uzatmaq istəməsinə Avropadakı erməni lobbisinin sərt reaksiyası, hətta hədələri haqda yazmışdı. Bu mövqe və təpki Serj Sərkisyanın Parisə və Strasburqa səfəri zamanı da özünü qabarıq şəkildə göstərib. Yeri gəlmişkən, erməni diasporunun Sərkisyana etirazlarını Makronun Ermənistanı “demokratik ölkə” adlandırması kimi qara zarafatına cavab da saymaq olar.

*****

“Biz Sərkisyanın bu səfərini reaksiyasız qoya bilməzdik. Biz artıq bununla bağlı Fransanın prezidentinə və KİV-lərinə, Fransa Senatına, Paris meri və AŞ PA-nın bütün vəzifəli şəxslərinə, Sərkisyanın görüşə biləcəyi şəxslərin hamısına açıq etiraz məktubu göndərmişik”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, 1 in.am erməni nəşrinə müsahibəsində “Erməni dirçəlişi” panerməni təşkilatının Paris şöbəsinin koordinatoru Şant Voskerçyan deyib.

Məktubda deyilir: “Biz bu görüşlərlə bağlı çox narahatıq. Ona görə ki, Ermənistan heç cür sovet epoxasından çıxa bilməyib və orada hər addımda insan haqları pozulur. Müxalifətin hansısa hərəkətlər eləməyə hüququ yoxdur. Cəmi 3 milyon əhalisi olan bir ölkədə 100-dən çox siyasi məhbusun olması anormaldır. Seçki yolu ilə prezident olmayan Ermənistan prezidenti Fransaya gəlir, onun prezidenti ilə, Senatın rəhbəri və digər vəzifəli şəxslərlə görüşür. Biz bunu cavabsız qoya bilmərik”.

Məktub-müraciətdə Serj Sərkisyanın bioqrafiyasına da yer ayrılıb. Bildirilir ki, o, seçki nəticəsində prezident olmayıb, konstitusiya dəyişikliklərini də o məqsədlə edib ki, “o, və onun bandası ölkənin sükanı arxasında əbədi qalsın”.

“Biz eyni işi AŞ PA-da gördük. Türkiyə və Azərbaycan nümayəndə heyətləri istisna olmaqla, AŞ PA-nın bütün xadimlərinə müraciət yolladıq ki, onlar da öz sualları ilə Serj Sərkisyanı heç olmasa, bir az reallıq hissinə qaytarsınlar... Sərkisyan böyük yalançı, narkoman və qumarbazdır. 25 ildir ölkədə seçkilər saxtalaşdırılır. Bu azmış kimi, son vaxtlar özünü göstərən bahalaşma sırf süni xarakter daşıyır və Serj və bandasının varlanmasına xidmət edir. Erməni xalqı bürün bunlara hələ də dözür. Nə vaxtadək? Bunlar xalqın səbir kasasını doldurmalı, insanlar küçəyə çıxmalıdırlar”, - deyə o, xalqa çağırış edib.

Erməni diaspor fəalı sonda Sərkisyanı hədələyib də: “Əgər aprel ayında o, baş nazir postuna əyləşsə və Londondan olan əlaltısını (Armen Sərkisyanı - red.) prezident eləsə, bu, Ermənistanda böyük bir partlayışa gətirəcək. Həmin partlayış nəticəsində Serj və bandası tarixin zibilliyinə atılacaq”.

*****

Bunun belə olub-olmayacağını, işğalçı ölkədə sosial-siyasi partlayışın baş verib-verməyəcəyini bilmək üçün isə çox gözləmək lazım gəlməyəcək. Şübhə yox ki, Ermənistanın ağası Rusiyanın mövqeyi və qərarından da az şey asılı olmayacaq... /musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putindən mesaj: “Sərkisyanla Qarabağ probleminin həlli yolunu müzakirə etdik” - AÇIQLAMA

    Putindən mesaj: “Sərkisyanla Qarabağ probleminin ...

    4-09-2013, 12:42

  • 
  • Tramp və Makron razılaşdı: Suriya vurulacaq

    Tramp və Makron razılaşdı: Suriya vurulacaq ...

    28-06-2017, 14:16

  • 
  • “Siz FETO-çuların dili ilə danışırsız” — Ərdoğan Makronla birgə keçirdiyi mətbuat konfransında əsəbləşdi

    “Siz FETO-çuların dili ilə danışırsız” — Ərdoğan ...

    6-01-2018, 00:06

  • 
  • Olland Türkiyəyə səsləndi

    Olland Türkiyəyə səsləndi ...

    13-05-2014, 11:36

  • 
  • Fransada həyəcana son  qoyuldu: Makron prezident oldu…

    Fransada həyəcana son qoyuldu: Makron prezident ...

    8-05-2017, 19:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu