Dünən intihar edən Quba rayon Muçu kənd məktəbinin direktoru Əliağa Eyvazovla bağlı AzNews.az yeni məlumatlar əldə edib. Muçu kənd icra nümayəndəsi Rafiq Tayibov Aznews.az-a həmkəndlisini müsbət xarakterizə edərək, deyib ki, Ə.Eyvazov 1972-ci ildə Muçu kəndində doğulub. O, ali məktəbi bitirəndən sonra kəndə qayıdıb və burada indi rəhbərlik etdiyi məktəbin əsasını qoyub. Məhz gənc riyaziyyat müəlliminin səyi ilə kənd məktəbi fəaliyyətə başlayıb. Elə o vaxtdan, 1998-ci ildən da məktəbin direktoru olan Ə.Eyvazovu kənddə sakit, tərbiyəli, əxlaqlı, mədəni insan kimi tanıyırlar.
Kənd icra nümayəndəsi bu intiharı hər hansı formada əsaslandıra bilmədiklərini deyib: “Polis və Prokurorluq orqanlarının əməkdaşları burdadır. Hamı ilə danışdılar. Qızı, yoldaşı, iş yoldaşları və onu tanıyan hər kəsin ifadəsini aldılar. Heç kəs onunla bağlı pis bir şey demədi. Ailəsində də hər hansı problem olmayıb. Oğlu lap kiçikdir. 5-6-cı sinifdə oxuyur. Qızı 8-ci sinif şagirdidir. Münaqişəli ailə də deyillər.
Yoldaşı da dedi ki, evdə hər hansı mübahisələri olmayıb. İş yoldaşları da hər hansı problem olmadığını dedilər. Bilirsiniz, müəllimlər də məzuniyyətdədirlər. İşlə bağlı hər hansı hadisədən narahat olması ehtimalı da yoxdur. Kənddə hamı bu xəbərdən sarsılıb. Heç kəsin ağlına da gəlmir ki, o, niyə belə edə bilərdi”. İcra nümayəndəsi məktəb direktorunun əsəbi olması ilə bağlı polisin dediklərinə də münasibət bildirib: “Onun əsəbi olduğunu kim deyə bilər ki? Hər zaman sakit insan olub. Heç vaxt narahatlıq hiss etməmişəm”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?