GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » AZƏRBAYCANA 3,3 MİLYARDLIQ TƏHLÜKƏ! - London məhkəməsinin qərarı nə vəd edir?

AZƏRBAYCANA 3,3 MİLYARDLIQ TƏHLÜKƏ! - London məhkəməsinin qərarı nə vəd edir?

Tarix: 27-01-2018, 13:35 Bölmə :Cəmiyyət Baxış: 323
AZƏRBAYCANA 3,3 MİLYARDLIQ TƏHLÜKƏ! - London məhkəməsinin qərarı nə vəd edir?


Rusiyanın əsas dövlət bankı olan “Sberbank” və ABŞ-ın aktivlərin idarə edilməsi ilə məşğul olan “Franklin Templeton” şirkəti London məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-yə qalib gəlib. Məhkəmə iddiası ABB-nin borcların restruktizasiyası prosesini gecikdirməsi ilə bağlı olub.

Xatırladaq ki, Azərbaycan bankı ötən ilin may ayında London Ədalət Məhkəməsinin qərarı ilə moratorium elan edilməsinə nail olub və ona borcların restrukzasiyasını bu il yanvarın 30-na qədər uzatmağa icazə verilib. Bununla belə, ABB yanvarın 18-də moratoriumun müddətinin daha yarım il uzadılmasını istəyib, bu isə əsas kreditorlardan olan “Sberbank” və “Franklin Templeton”un etirazına səbəb olub.
Qeyd edək ki, “Sberbank” indiyə qədər ABB-yə verdiyi borcdan cəmi 20 mln. dollar geri ala bilib. “Franklin Templeton”un isə Bankdan 500 mln. dollar alacağı var. Bu borc 2019-cu ilədək geri ödənilməliydi. Onların hər ikisi ötən il restrukturizasiya planının əleyhinə səs verib.
“Reuters” isə xəbər verir ki, Bankın kreditorlara təklif etdiyi diskont borcun kateqoriyasından asılı olaraq 3, 20 və 50 faiz təşkil edirdi. “Sberbank”a yaxın mənbə “Reuters”ə bildirib ki, onlar ikinci kateqoriyaya salınıb. Yəni bank Azərbaycan Beynəlxalq Bankına verdiyi borcun 20 faizinin silinməsi ilə razılaşmalıydı. Lakin “Sberbank” bu şərti qəbul etməyib.
Bu kreditorların hər ikisi bankın restrukturizasiya planı ilə razı deyil. Onlar bildirir ki, borclu ilə münasibətləri ingilis hüququ əsasında qurulub və 1890-cu ildə London məhkəməsinin çıxardığı, “Gibbsin işi” kimi tanınan qərara əsasən ingilis hüququ əsasında nizamlanan borc digər yuridiksiyada borclunun müflisləşmə proseduru ilə bağlı silinə bilməz. London Yüksək məhkəməsi “Gibbsin işi” presedentini nəzərə alıb və iddianı təmin edib.
“Bu qərar ingilis hüququna dair tələblərin stabilliyinin gücləndirilməsinə və bazar iştirakçılarının öz öhdəliklərini vicdanla yerinə yetirməsinə stimul verəcək”-“Sberbank”ın mətbuat xidmətindən deyiblər. “Franklin Templeton İnvestment Management Limited” şirkəti isə şərh verməkdən imtina edib.
Azərbaycan Beynəlxalq Bankından isə bildiriblər ki, məhkəmənin qərarına baxmayaraq “Sberbank” və “Franklin Templeton İnvestment Management Limited” borclarının qaytarılmasını tələb edə bilməyəcəklər. Çünki qərardan apellyasiya şikayəti verilib. Bank bildirir ki, İngiltərədəki məhkəmə prosesi bankın borclarının restrukturizasiyasına təsir etməyəcək. Lakin britaniyalı vəkil deyib ki, restrukturizasiya məhkəmənin yekun qərar çıxarmasına qədər yekunlaşa bilməz. Apellyasiya prosesi ən azı bir neçə ay davam edəcək.
Xatırladaq ki, ABB 3,3 mlrd. dollar həcmində xarici öhdəliyin restrukturizasiyasını öhdəsinə götürüb. Restrukturizasiya prosesi bu il yanvarın 30-da başa çatdırılması nəzərdə tutulurdu.
ABB 2015-ci ilin iyulundan sağlamlaşdırma mərhələsindədir.
İki gün əvvəl Azərbaycan Beynəlxalq Bankı gözlənilmədən restrukturizasiya planının müddətinin üç ay uzadıldığını bildirmişdi, amma bunun səbəblərini açıqlamamışdı.
Londonda başladılan məhkəmə prosesi Beynəlxalq Bankın digər kreditorlarının da restrukturizasiya planı ilə razılaşmayıb məhkəmələrə üz tutmasına gətirib çıxara bilərmi? Məhkəmə prosesinə rəğmən, planın vaxtında icra olunacağına dair Beynəlxalq Bankın əminliyinə nə qədər ciddi əsaslar var?
Suallara cavab verən bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov musavat com-a bildirib ki, ABB borclarının restrukturizasiyasına başlayanda ABŞ və Böyük Britaniyada məhkəmələrdən plan icra olunan müddətdə kreditorların borc tələbi ilə məhkəmə iddiası qaldırmalarını əngəlləyən qərarları alıb: “Lakin London Ali Məhkəməsinin son qərarı göstərir ki, bu, yetərli deyil. Yəni məhkəmə iki kreditorun restrukturizasiya planını qəbul etməməsi barədə iddiasını təmin edib. Bu, təhlükəli bir tendensiyanın başlanğıcı ola bilər. Belə ki o iki kreditorun ardınca digərləri də məhkəmələrə üz tutsa, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə aparılan restruktruzasiya planını icra etmək mümkün olmayacaq. Bu isə o demək olacaq ki, Beynəlxalq Bankın könüllü restrukturizasiya etmək istədiyi 3,3 milyard dollar borc tamamən və vaxtında ödənməli olacaq”.

Mütəxəssis bankın həmin borcunun Azərbaycan hökumətinə ötürüldüyünü xatırladaraq, plana əsasən onların bir neçə mərhələdə və məbləğdə qaytarılmasının nəzərdə tutulduğunu söyləyir: “Restrukturizasiya planı baş tutacaqsa, Azərbaycan hökuməti müddətlə bağlı güzəştlərdən əlavə, faizdə də ciddi güzəştlər almağı düşünürdü. Yəni borcun bir hissəsinin 3 faiz, bir hissəsini 20 faiz, bir hissəsini isə 50 faiz güzəştlə qaytarılması təklif olunur kreditorlara. Onlara bildirildi ki, bu şərtlərlə razısınızsa, borcu dövlət qaytarır, razı deyilsinizsə, bank müflis elan ediləcək, borcunuzu, ümumiyyətlə, ala bilməyəcəksiniz. Mən plan başlananda demişdim ki, çox qeyri-peşəkar aparılmış prosesdir. Və bunun acı nəticələri olacaq. Mən yanılmadım, kreditorlar planı qəbul etmirlər, məhkəməyə üz tuturlar. Onlar yaxşı bilirlər ki, Azərbaycan hökuməti Beynəlxalq Bankın müflis elan olunmasına imkan verməyəcək. Çünki əvvəla, Beynəlxalq Bank ölkənin ən böyük, sistem əhəmiyyətli bankıdır. Onun iflası bütövlükdə bank sektorunun iflasına gətirib çıxara bilər.
İkinci bir tərəfdən, dövlətə məxsus böyük bir bankın iflası Azərbaycanın etibarlı müştəri imicinə çox böyük zərbə ola bilər. Yunanıstanda dövlət kənara çəkildi, heç bir şirkətə dəstək vermədi, ölkənin ən böyük şirkətləri batdı. Nəticədə Yunanıstanın kredit reytinqləri ən aşağı həddə düşdü, indi ona heç bir təşkilat kredit vermir. Azərbaycanın çoxsaylı iri dövlət müəssisələri var ki, xaricdən böyük həcmdə kreditlər alırlar – SOCAR, ”Azərenerji”, “Dövlət Dəmir Yolu” QSC. Hökumət Beynəlxalq Banka yardım etməsə, sabah onlara da kredit verən olmayacaq, ya da şərtlər qat-qat ağır olacaq. Xarici kreditorlar dövlətin Beynəlxalq Banka dəstək vermək məcburiyyətini yaxşı görürlər, ona görə də borcun restrukturizasiya olunmasına imkan vermək istəmirlər”.
Ə.Həsənovun sözlərinə görə, məhkəmə iddiaları üzündən restrukturizasiya planı baş tutmasa, 3,3 milyard dolları Azərbaycan hökuməti ödəməyə məcbur olacaq.
Yada salaq ki, dövlətin bankını talayan Beynəlxalq Bankın sabiq İdarə Heyətinin sədri 15 il həbs cəzası alıb. Onun ailə üzvləri isə hələ də Londonda “kral ailəsi” kimi yaşayır…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • London məhkəməsi Azərbaycan Beynəlxalq Bankına qarşı qərar çıxarıb

    London məhkəməsi Azərbaycan Beynəlxalq Bankına ...

    26-01-2018, 14:50

  • 
  • Beynəlxalq Bankın 500 milyonundan xəbər yoxdur

    Beynəlxalq Bankın 500 milyonundan xəbər yoxdur ...

    3-06-2016, 15:54

  • 
  • Qazaxıstan Azərbaycan Beynəlxalq Bankında 220 milyon dollar itirib

    Qazaxıstan Azərbaycan Beynəlxalq Bankında 220 ...

    14-05-2017, 19:56

  • 
  • Maliyyə nazirinin başı qalmaqalda-İstefaya göndərilir

    Maliyyə nazirinin başı qalmaqalda-İstefaya ...

    22-05-2017, 00:20

  • 
  • “Kredit qalmaqalı” ilə bağlı müəmmalı gəlişmə

    “Kredit qalmaqalı” ilə bağlı müəmmalı gəlişmə ...

    23-02-2016, 16:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu