Bakının Nəsimi rayonunda piyadanı sərnişin avtobusu vurub.
Hadisə 1980-ci il təvəllüdlü Abdullayeva Elnarə Kazım qızı yolu keçərkən baş verib. Qəzanı 125 saylı marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu törədib. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?