GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Polislər cibimə tiryək atdılar”

“Polislər cibimə tiryək atdılar”

Tarix: 29-01-2018, 13:00 Bölmə :Cəmiyyət Baxış: 390
“Polislər cibimə tiryək atdılar”


Müğəni olduğu iddia olunan Elnur Məmmədov şərləndiyini deyir

Məhkəmə narkotik alveri ilə ittiham olunan iki nəfəri cəzalandırdı


Narkotik vasitələrin alverində ittiham olunan Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Əbülfəz Cəbiyev, Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Əbülfəz Cəbiyev tanışı Elnur Məmmədov və istintaqa məlum olmayan şəxslə külli miqdarda narkotik vasitələrin və narkotik vasitələrə və psixatrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşiblər.
Elnur Məmmədovun sifarişi ilə 27 dekabr 2016-cı il tarixdə saat 24 radələrində Astara rayonu Kijəbə kəndi ərazisində naməlum mənbədən külli miqdarda narkotik vasitə olan 2 ədəd şəffaf torbada 875,0 qram və 1030,0 qram, cəmi təmiz çəkisi 1905,0 qram olan tiryək və 1 ədəd ağ rəngli selofan torbanın içərisində 146 ədəd plasmas flakonlarda narkotik vasitələrə və ya psixatrop maddələrə aid olmayan güclü təsiredici maddə hesab edilən cəmi çəkisi 14,6 qram olan külli miqdarda “Mydrax-Tropikamid” maddəsi əldə edib.
Yalçın Məmmədov həmin narkotik vasitəni idarə etdiyi Mersedes-Benz markalı avtomaşınla Elnur Məmmədova vermək üçün daşıyarkən Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən dekabrın 28-də həbs edilib.
Elnur Məmmədov 1 ədəd bükümdə xalis çəkisi 16,75 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını qanunsuz olaraq əldə edib və üzərində saxlayıb. O, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ə.Rəcəbli küçəsi, 269 saylı ünvanda yerləşən “Elite” ticarət mərkəzinin yaxınlığına həmin narkotik vasitəni gətirib. 19 iyun 2016-cı il tarixdə həmin ünvanda 80 manat pulun müqabilində Ramil Şükürova satıb.
Bundan başqa Elnur Məmmədov təkrarən tanışı Əbülfəz Cəbiyev və istintaqa məlum olmayan şəxslə birlikdə narkotik vasitələrin satışını təşkil etməyə razılaşıblar. Onun sifarişi ilə Əbülfəz Cəbiyev 27 dekabr 2016-cı il tarixdə saat 24 radələrində Astara rayonu Kijəbə kəndi ərazisində naməlum mənbədən külli miqdarda narkotik vasitə olan 2 ədəd şəffaf torbada 875,0 qram və 1030,0 qram, cəmi təmiz çəkisi 1905,0 qram olan tiryək və 1 ədəd ağ rəngli selofan torbanın içərisində 146 ədəd plasmas flakonlarda narkotik vasitələrə və ya psixatrop maddələrə aid olmayan güclü təsiredici maddə hesab edilən cəmi çəkisi 14,6 qram olan külli miqdarda “Mydrax-Tropikamid” maddəsi əldə edib. O, Yalçın Məmmədovun idarə etiyi Mersedes-Benz markalı avtomaşınla daşıyarkən polis əməkdaşları tərəfindən hımin nasrkotik vaistələr aşkar edilib.
Bundan başqa Əbülfəz Cəbiyev 2,914 qram çəkidə narkotik vasitə olan tiryək əldə edərək üzərində saxlayıb, 6 fevral 2017-ci il tarixdə, saat 22.30-da polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Zövlə kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Cinayət işində adı keçən Ramil Şükürov və Yalçın Məmmədovun barələrində olan cinayət işi ayrıca icraatlarda araşdırılıb.

“Nə qədər pul verəcəyini soruşmadım”

İstintaq orqanı tərəfindən Əbülfəz Cəbiyev və Elnur Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib.
Hər iki təqsirləndirilən şəxsin cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Təqsirləndirilən şəxs qismində ifadə verən Əbülfəz Cəbiyev bildirib ki, 28 dekabr 2016-cı il tarixdəyaşadığı evdə axşam yatdığı vaxtı, həyat yoldaşı onu oyadıb və deyib ki, tanışı Elnur onların həyətinəgəlib, onu istəyir: “Telefonuma baxdıqda gördüm ki, Elnur ona zəng vurub. Çarpayıdan qalxıb həyətəduşdüm. Həyətdən çıxaraq küçədə qapı qarşısında Elnurla görüşdüm. Elnur mənimlə salamlaşdı və dedi ki, sənin maşının haradadır? Elnura “mənim maşınım nazas olduğu üçün aftoservisdədir, təmirəqoymuşam” dedim. Elnur isə mənə “taksi tapıb Astara rayonuna gedə bilərsən?” dedi. Ona deə biləcəyimi söylədim. Bu zaman Elnur adını demədiyi şəxsin mobil nömrəsini verərək, dedi ki, bir taksi tutub Astara rayonuna tərəf get, Astarada olanda həmin mobil nömrəyə zəng elə, həmin şəxslə görüş, həmin şəxs sənə narkotik maddələr verəcək, narkotik maddələri götürüb Lənkəran şəhərinə gətirib mənə verərsən, sənə pul verərəm. Elnurla razılaşdım, lakin nə qədər pul verəсəyini soruşmadım”.

“Dedim ki, sənin nömrəni mənə Elnur verib”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Elnur sonra gəldiyi tanımadığı bir taksi maşınına əyləşərəkgedib: “15-20 dəqiqədən sonra uzun ilərdir tanıdığım taksi kimi işləyən, tanışım Digah kəndindəyaşayan Yalçın adlışəxsin mobil telefonuna zəng vurdumş Telefonda Yalçına dedim ki, gəl bizə tərəf, mən həyətdən yola çıxıram. Bundan 5-10 dəqiqə keçdikdən sonra Yalçın idarə etdiyi Mercedes markalıavtomaşınla dediyim yerə gəldi, idarə etdiyi maşına əyləşdim. Dedim ki, maşında yanacaq var? Yalçın isə yanacaq az olduğunu dedi. Bu zaman Yalçına özümdən 10 manat verdim, dedim ki, yolda maşına yanacaq vur, biz Astara rayonuna gedərik. Yalçının idarə etdiyi avtomaşınla Astara rayonu istiqamətinəyola duşdük. Yolda Yalçın Şürük kəndində yanacaq doldurma məntəqəsində maşına benzin vurdurdu. Astara rayonu ərazisinə daxil olduqda Elnurun mənə verdiyi mobil nömrəyə zəng etdim, adınıbilmədiyim şəxsə telefonda dedim ki, sənin nömrəni mənə Elnur verib, mən Astara rayonuna keçmişəm. Həmin şəxs telefonda mənə “gəl Astara rayonu Kijəbə kəndinə, sonra mənə zəng elə” dedi. Kijəbə kəndinə çatdıqdan sonra həmin şəxsə yenidən zəng vurdum. Ona “mən Kijəbə kəndinə taksi iləgəlmişəm” dedim. Mənə gəzləməyimi, bir neçə dəqiqəyə çatacağını söylədi”.

“Üzünü mənə göstərmədi”

Əbülfəz Cəbiyev qeyd edib ki, maşında təxminən 30 dəqiqə gözləyib, xəbər çıxmadığına görə həmin nömrəyə yenidən zəng vurub: “Həmin şəxs telefonda dedi ki, sağ tərəfə bax, sənə təpə tərəfdən fanar vasitəsi ilə işıq saçıram, işıq saçan tərəfə bax. Həmin şəxsin işıq saçdığını gördükdə maşından düşdüm.Yalçına dedim ki, maşını döndər gəldiyimiz tərəfə hazır vəziyyətdə saxla, mən indi gəlirəm. Sonraözüm tək həmin şəxsin işıq saçdığı tərəfə yuxarı qalxdım. Həmin şəxsə yaxınlaşdıqda təxminən 8-10 metr aralıda olduqda mənə dayanmağı dedi. Həmin şəxsin uzunu görə bilmədim, qaranlıq olub, həm dəhəmin şəxs öz üzünu mənə göstərmədi”.

“Torbada nə olduğunu bilmədi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonra ona “sağ tərəfə bax, kolun yanına bax, narkotik maddələr və dərmanlar oradadır” deyib: “Sağ tərəfində olan kolluğa tərəf gedərək ora baxdım. Həmin şəxs fanarla işıq vurdu, kolluğun yanında yerdə bir ədəd ağ rəngli salafan torbanı götürdüm. Həmin şəxs dedi ki, torbanı götür get. Bir ədəd torbanı götürərək təpədən aşağıya düşüdüm, maşının yanına gəldim. Maşına əyləşərkən əlimdə olan torbanı Yalçının idarə etdiyi maşının arxa oturacağına qoydum. Yalçın torbada nə olduğunu bilmədi. Özüm isə qabaq sərnişin otaracağına əyləşdim. Yalçına maşını Lənkərana sürməyi dedim”.

“Narkotik vasitələr qablaşdırıldı”

Əbülfəz Cəbiyev qeyd edib ki, Ələt-Astara avtomobil yolu ilə Lənkəran rayonu, Səpnəkəran kəndiərazisindən Lənkəran
şəhəri istiqamətinə gedərkən yolun kənarında yol polisinin maşınını görüb, Yalçının içkili olduğuna bilib və ehtiyyatlı olmağı, ehtiyatla maşını sürməyi deyib: “Yalçın isə mənə narahatolmamağı dedi. Yol polisi avtomaşını saxlatdı. Yalçına maşında narkotik maddələr və dərmanlar olduğunu dedim. Sonra polis əməkdaşları düşərək bizə yaxınlaşdı vəözlərini təqdim etdilər. Yalçının idarə etdiyi avtomaşınla bizi Lənkəran şəhərində yerləşən polis şöbəsinin həyətinə gətirdilər. Polis şöbəsindəşübhəli şəxs kimi tutulduq, hüquq və vəzifələrimiz elan olundu. Müdafiəçi ilə təmin edilik və iki nəfər hal şahidlərinin iştirakları ilə mənim olduğum, Yalçının idarə etdiyi Mersedes markalı maşınına baxış keçirildi. Baxışzamanı avtomaşının içərisində, salonda arxa sağ oturacağın ustundə bir ədəd iri torbanın içərisində ikiədəd torba aşkar edildi. Onlardan bir ədəd şəffaf selofan torbanın içində iki ədəd şəffaf selofana bağlanmış narkotik maddələr olan tiryək aşkar olundu, digər bir ədəd ağ rəngli selofan bağlamanın içərisində 146 ədəd flakonda güclü təsiredici maddə olan Mydrax politelin (lak) məhlulları aşkar olundu. Həmin vaxtı fotoşəkillər çəkildi. Baxış keçirilən vaxtı maşında bunlardan başqa heç bir cinayət xarakterli əşya aşkar edilmədi. Sonra şöbənin xidməti otaqlarının birində maşından aşkar edilmiş iki bağlamada tiryəklər elektron tərəzidəçəkildikdə 1 kiloqram 935 qram çəkidə oldu. Həmin narkotik maddə tiryəklər qablaşdırılmış, üstü möhürlənmiş, imzalamışdı. Aşkar olunmuş 146 ədəd flokonlarda olan Mydrax məhlulları isə başqa bir torbada qablaşdırıldı, üzərinə möhür vuruldu və imzalandı”.

“Kifayət qədər pul verəcəyini bildirdi”

Əbülfəz Cəbiyev bildirib ki, polis əməkdaşlarına şifahi sorğu zamanı hər şeyi etiraf edib və səmimi olaraq bilirib ki, Yalçının maşınında arxa oturacaqdan aşkar edilmiş iki ədəd selofandakı maddələr tiryəkdir, 146 ədəd flakonda olan məhlular isə güclu təsir edici maddə Mydrax məhluludur: “Həmin tiryək və dərmanlar Elnur Məmmədovundur, Astara rayonu Kijəbə kəndindəüzünu görmədiyim şəxsdən Elnur üçün gətirərkən polis əməkdaşları Səpnəkəran kəndində bizi saxlayıb polis şöbəsinə gətirdilər. Sonra xidməti otaqda üzərinə axtarış keçirildi, axtarış zamanıüstundə heç bir qanunsuz əşya aşkar olunmadı. Mənə məxsus Nokia markalı sadə mobil telefonu aşkar edilərək götürüldü. Bunlarla bağlıpolis əməkdaşları tərəfindən protokol tərtib edildi. Protokolun məzmunu ucadan oxunduqda, doğru bilib imzaladım. Mənə qarşı heç bir təzyiq və ya təsir edilməyib. Həmin tanışım Elnur adlışəxs müğənnidir, toylarda mahnı oxuyur, Masallı rayonu Türkoba kəndində yaşayır. Elnur üçün ilk dəfə idi ki, bu cür iş görürdü, sonuncu üçün narkotik maddə tiryək və güclü təsiredici dərmanlar gətirdim. Həmin maddələri və dərmanları Elnura verib çatdırdıqdan sonra bunun müqabilində Elnur mənə kifayət qədər pul verəcəyini bildirdi”.

“Tiryəki polis əməkdaşları cibimə qoyublar”

Digər təqsirləndirilən Elnur Məmmədov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, 6 fevral 2017-ci il tarixdə, axşam saat 22-23 radələrində Lənkəran rayonu, Zövlə kəndində yerləşən kafedə olan zaman birdən bir neçə polis əməkdaşı gələrək onu saxlayıb və avtomaşınla polis şöbəsinə gətiriblər: “Polis şöbəsində vəkilin və hal şahidlərinin iştirakı ilə uzərimə baxış keçirildi. Baxış zamanı əynimdəki şalvarının cibindən 2700 dollar və 61 manat pul aşkar edildi. Bundan başqa cibimdə narkotik vasitə olan tiryək aşkar edildi. Lakin həmin tiryək mənə məxsus olmayıb. Həmin tiryəki polis əməkdaşları cibimə qoyublar”.

“Borclu olduğu pulu tələb etmək olub”

Elnur Məmmədovun sözlərinə görə, 28 dekabr 2016-cı il tarixdə gecə tanışı Lənkəran şəhər sakini, Əbülfəz Cəbiyevdən aşkar edilərək götürülmüş narkotik vasitəlr onun deyil, bunlardan xəbəri yoxdur: “Əbülfəzi Astara şəhərinə narkotik maddə üçün göndərməmişəm, onun Astara şəhərinə kim göndərdiyini bilmirəm. Dekabrın 28-də gecə Əbülfəzin istifadəsində olan telefona çoxlu sayda zənglə etmişəm. Səbəb isə ondan borclu olduğu pulu tələb etmək olub”.
Elnur Məmmədov bildirib ki, 19 iyun 2016-cı il tarixdə “Elite” ticarət mərkəzinin yaxınlığında Ramil Şükürova narkotik vasitə həşiş satmayıb: “Binəqədi qəsəbəsi ərazisində Ramilin xalası oğlu Səbuhi ilə aramızda torpaq mübahisəsi ilə əlaqədar narazılıq yaranıb. Ola bilsin ki, Ramil həmin hadisəyə görə mənimlə qərəzlidir, məni şərləyir”.

Cəzalar

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əbülfəz Cəbiyev 8 il 6 ay, Elnur Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Əbülfəz Cəbiyev barəsində yüngül cəzanın təyin edilməsini istəyib.
Elnur Məmmədov isə ittihamları qəbul etməyib və şərlənərək həbs edildiyini şikayətində qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hər iki şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb.
Hakim kollegiyası sonda təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlillərinin əsassız olduğu nəticəsinə gəlib. Məhkəmə onların şikayətlərini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

ASLAN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Polislər cibimə tiryək atdılar”

    “Polislər cibimə tiryək atdılar” ...

    21-01-2018, 18:02

  • 
  • Narkotik daşıyan dəstə tutuldu

    Narkotik daşıyan dəstə tutuldu ...

    21-12-2012, 14:08

  • 
  • İrandan narkotik gətirənlərə cəza verildi

    İrandan narkotik gətirənlərə cəza verildi ...

    22-07-2015, 13:56

  • 
  • Bağırsağında narkotik keçirən şəxslər tutuldu

    Bağırsağında narkotik keçirən şəxslər tutuldu ...

    13-10-2015, 14:48

  • 
  • Narkotik alverçisi tutuldu

    Narkotik alverçisi tutuldu ...

    30-03-2016, 10:42


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (90)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu