Bakıda anasının xəstə olduğunu deyən şəxs apteklərdən oğurluq edir.
Bu barədə aptekdə çalışan əczaçı həmin şəxsin fotosunu paylaşaraq məlumat verib:
“İki həftə əvvəl bu şəxs aptekə müştəri qismində yaxınlaşdı.Yazıq siması aldı və anasının vəziyyətinin pis olduğunu deyib, mənə resepti təqdim etdi ki, dərmanları verim. Bəzi dərmanlar alınmışdı. Bizdə də 3 dərman oldu. Olar ki, bunları aparıb anama maşında göstərim? Almayıbsa alım. Anamın ayaqları şişib yeriyə bilmir. Bir insan kimi ona inandım. 82 manatlıq dərmanı apardı və geri dönmədi.
Bu şəxs artıq bir neçə tanış aptekdə eyni hadisəni törədib. Bir aptekdən 200 AZN-dən çox, digərindən 180 manata yaxın dərmanı eyni üsulla oğurlayıb”. /primetime.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?