GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » London məhkəməsi azərbaycanlı milyarderdən yarım milyard dollar boşanma pulu tələb edir

London məhkəməsi azərbaycanlı milyarderdən yarım milyard dollar boşanma pulu tələb edir

Tarix: 1-02-2018, 12:34 Bölmə :Cəmiyyət Baxış: 333
London məhkəməsi azərbaycanlı milyarderdən yarım milyard dollar boşanma pulu tələb edir



"The Telegraph" yazır ki, rusiyalı milyarder London məhkəməsinin boşanma işi üzrə hökmünə uyğun olaraq keçmiş arvadına çatası 453 milyon funt sterlinqin (643 milyon dollar) bir pensini də ödəməyib.

London məhkəməsi sərvəti bir milyard funt sterlinqdən çox olan Fərhad Əhmədovun səhmlərinin 41, 5 faizinin onun arvadı Tatyana Əhmədovaya verilməsi barədə hökm çıxarıb.

Bu işə London Ali Məhkəməsinin Ailə Bölümü baxırdı.

Hakim Haddon-Cave-in bu iş üzrə çıxardığı hökm məhkəmənin internet saytında dərc olunub.

Hökmə görə hazırda 40 yaşlarında olan Tatyana Əhmədova İngiltərə məhkəməsinin tarixində rekord məbləğdə təzminat almalı idi.

Hazırda bu işə Londondakı Kral Məhkəməsinin üç apellyasiya hakimi baxır.

Xanım Əhmədovanı müdafiə edən vəkillər qrupunun başçısı Hodge Malek hakimlər lord James Munby, lord Lewison və ledi King-ə bildirib ki, cənab Əhmədov arvadına çatacaq təzminatın bir qəpiyini də ödəməyib.

"Məhkəmənin qərarı ilə 453 milyon 576 min 152 funt sterlinq almalı olan Əhmədova Britaniyadakı kiçik aktivlərdən başqa heç nə ala bilməyib" - vəkil deyib.

Vəkil əlavə edib ki, Fərhad Əhmədov "məhkəməyə açıq şəkildə hörmətsizlik nümayiş etdirir".

Cənab Malek hakimlərə bunu da deyib ki, Fərhad Əhmədovun "gizli aktivləri" var.

Vəkil iddia edib ki, London məhkəməsində proses başlanmazdan bir ay əvvəl Əhmədov dəyəri 90 milyon funt sterlinq olan müasir incənət kolleksiyasını İsveçrədən Lixtenşteynə transfer edib.

20 ildir ki, evli olan Əhmədovlar boşanmayadək İngiltərənin Surrey əyalətindəki mülkdə yaşayırdılar.

"The Telegraph" bu məqalə ilə yanaşı London məhkəməsində baxılmış ulduz boşanmalarının diaqramını dərc edib. Bu diaqramda boşananların adları, tarix və ödənmiş təzminatın məbləği göstərilib. Təzminatı ödəyən tərəfin asdı əvvəl gəlir:

"The Independent" yazır ki, ABŞ-da pornoulduz Stormy Daniels özü ilə Donald Trump arasında yer almış macəranı danmasını inkar edib.

O 2011-ci ildə verdiyi müsahibədə bildirmişdi ki, indiki ABŞ prezidenti ilə 2006-cı ildə seksual münasibətdə olub. 38 yaşlı porno aktrisası bildirib ki, həmin vaxt Trump üçüncü arvadı Melania ilə təzəcə evlənmişdi.

Lakin ötən çərşənbə axşamı xanım Daniels-in vəkili tərəfindən açıqlanmış bəyanatda onun adından belə bir hadisənin baş verdiyini inkar edilirdi.

"Son bir neçə həftə ərzində məndən dəfələrlə Donald Trump-la aramda baş verdiyi iddia edilən seks münasibətləri barədə soruşulub, -bəyanatda deyilir, - Məsələ burasındadır ki, bu iddiada adı çəkilən hər iki tərəf belə bir münasibətlərin olduğunu 2006, 2011, 2016 və 2017-ci ildə inkar edib".

"Mən bu iddiaları ona görə inkar etmirəm ki, mənə susmağım üçün pul verilib. Ona görə inkar edirəm ki, belə bir münasibətlər olmayıb" -aktrisanın vəkili onun adından bildirib.

O vaxt vəkil bu bəyanatın əsli ilə düz olduğunu bəyan etmişdi.

Lakin indi gözlənilmədən Amerikanın "Jimmy Kimmel Live!" teleşousunda xanım Daniels deyib ki, vəkilin haqqında danışdığı sənəddən xəbəri yoxdur.

Maraqlıdır ki, Daniels-lə bu müsahibə efirə Trump-ın Konqres qarşısında illik nitqini etməsindən bir qədər sonra verilib.

Jimmy Kimmel proqramın gedişində deyib ki, müxtəlif tarixlərdə yazılmış bəyanatların altındakı imzaların görünüşü fərqlidir. Şoumen daha sonra Daniels-dən soruşub: "Siz bu sənədi imzalamısınızmı?"

"Bilmirəm, hardan bilim?" - deyib aktrisa.

"Bir dəqiqə. Bunu siz dediniz, düzdür?" - deyə sual edib Kimmel.

"İmza mənim imzama bənzəmir" - deyə cavab verib Daniels.

"Siz deyirsiniz ki, imza sizinkinə oxşamır, -Kimmel deyib, - Yəni demək istəyirsiniz ki, bu məktub sizin razılığınız olmadan yazılıb və açıqlanıb?"

Daniels bu məqamda cavab verməyib.

Bundan sonra aktrisadan bu məktubun haradan ortalığa çıxması soruşulub.

"Mən bilmirəm. İnternetdən gəlib…"

"Deməli sizin bu məktubdan xəbəriniz yoxdur" - deyə Kimmel bir daha soruşub.

"İnternetdə yazırlar ki, mən FTB-yə işləyirəm, -Daniels deyib, - Yazırlar ki, guya mən qadın yox, kişiyəm".

Trump-ın şəxsi vəkili Michael Cohen belə bir seksual əlaqənin olduğunu təkzib edir.

Bu ayın əvvəllərində "The Wall Street Journal" qəzeti yazmışdı ki, cənab Cohen, susmasının müqabilində Daniels-ə 130 min dollar ödəyib. Bu hadisə 2016-cı ildə seçkiyə bir ay qalmış baş verib.

Cohen Daniels-ə pul verməsini də danır (BBC).

http://www.bbc.com/azeri/international-42900073
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı milyarder 100 milyonluq yaxtası və sarışın qadınla – FOTO

    Azərbaycanlı milyarder 100 milyonluq yaxtası və ...

    15-08-2017, 15:16

  • 
  • Rusiyalı milyarder boşandığı qadına 586 milyon dollar təzminat ödəyəcək

    Rusiyalı milyarder boşandığı qadına 586 milyon ...

    12-05-2017, 21:17

  • 
  • London məhkəməsi Azərbaycan Beynəlxalq Bankına qarşı qərar çıxarıb

    London məhkəməsi Azərbaycan Beynəlxalq Bankına ...

    26-01-2018, 14:50

  • 
  • Azərbaycanlı milyarder 700 milyon itirdi

    Azərbaycanlı milyarder 700 milyon itirdi ...

    31-01-2015, 23:03

  • 
  • Həyat yoldaşından Mübariz Mənsimova 3 milyard dollarlıq boşanma iddiası

    Həyat yoldaşından Mübariz Mənsimova 3 milyard ...

    16-01-2014, 13:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu