Rusiyalı milyarder boşandığı qadına 586 milyon dollar təzminat ödəyəcək
Böyük Britaniyanın Ali Məhkəməsi rusiyalı milyarderin keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (586 milyon dollar) təzminat ödəməsi barədə hökm çıxarıb. Bu, məbləğin Birləşmiş Krallıqdakı boşanma proseslərinin nəticələrinə görə, ən yüksək təzminat olduğu qeyd olunur. Boşanan cütlüyün adı açıqlanmaylıb. Əslən Qafqazdan olan rusiyalı sahibkarın 61 yaşında olduğu, əvvəllər qaz və neft ticarəti ilə məşğul olduğu məlumdur. Şərqi Avropada doğulan 41 yaşlı xanımın isə evlilikdən sonra çalışmadığı bildirilir. Məhkəmədəki dinləmələr zamanı cütlüyün Moskvada tanış olduqları, xanımın Moskvada ərə getdiyi və daha sonra Böyük Britaniyaya, Surrey qraflığına gəldiyi qeyd olunub. Hakimin sözlərinə görə, birgə yaşadıqları müddətdə əldə olunan sərvətin 41,5 faizi milyarderin keçmiş xanımının payına düşür. Məhkəmənin qərarına əsasən boşanan cütlüyün adı açıqlanmır. Keçmiş ər-arvada bir neçə il ərzində yaşadıqları Böyük Britaniyada qalmaları üçün müddətsiz icazə verilib. "Xüsusi qatqı" Məhkəmədə məlum olub ki, 5 il əvvəl iş adamı öz səhmlərini Rusiya şirkətinə 3,1 milyard dollara satıb. Daha sonra o, Londonun nüfuzlu rayonlarından birində hər iki oğluna mənzil alıb. Mənzillərdən birinin dəyəri 29 milyon funt sterlinq (37,5 milyon dollar), digərininki isə 7 milyon funt sterlinqdir (9 milyon dollar). Dinləmələr zamanı iş adamı evliliyə qədər də zəngin olduğunu və ailə büdcəsinə "xüsusi qatqısı" olduğunu iddia edib. Xanım isə öz növbəsinbdə birlikdə yaşadıqları müddətdə təqribən 1 milyard funt sterlinq qazandıqlarını təkid edib. Nəticədə məhkəmə ər-arvadın ailə büdcəsinə "bərabər qatqısı" olması barədə qərar çıxarıb. Hakim həmçinin milyarderin qəfildən və naməlum səbəblər üzündən keçmiş xanımın tələblərinə etiraz etməmək barədə qərar qəbul etdiyini qeyd edib. Məhkəmə qərarının açıqlanma prosesində heç bir tərəf iştirak etməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?