GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Cənnət park"da mənzil biznesi: əvvəl satırlar, sonra əlavə 8500 manat istəyirlər — ARAŞDIRMA

"Cənnət park"da mənzil biznesi: əvvəl satırlar, sonra əlavə 8500 manat istəyirlər — ARAŞDIRMA

Tarix: 2-02-2018, 16:33 Bölmə :Cəmiyyət Baxış: 317
"Cənnət park"da mənzil biznesi: əvvəl satırlar, sonra əlavə 8500 manat istəyirlər — ARAŞDIRMA


gundemxeber.az bildirir ki, vətəndaş Quliyeva Rübabə Xasay qızı Ölkə.Az-ın redaksiyasına "Cənnət park" yaşayış kompleksində onlara qarşı edilən özbaşınalıq barədə şikayət məktubuyla müraciət edib.

Şikayətçi bildirir ki, 20.09.2016-cı il tarixində Abşeron rayonu "Cənnət park" yaşayış kompleksində tikilməkdə olan ikinci binadan 65 kvadramtmetrlik mənzil alıb. Mənzili almaq üçün 8150 manat ilkin ödəniş etməli olduğu halda, iki dəfə artıq-16300 manat ödəyib:

"Rəsmi şərtlərə görə üç il müddətinə ayda 355 manat ödəməliydim. Ödəniş edərkən şirkətin Sona adlı meneceri bildirdi ki, borularda su var. Ancaq mənzilin təmirinə başlayarkən məlum oldu ki, su yoxdur. Şirkətdə İlhamə adlı başqa bir menecer də var. Bu adam özünü digər menecerin vəkili kimi aparır. Məsələn, biz hər hansı problemlə bağlı Sona xanıma müraciət edəndə, dərhal İlhamə xanım müdaxilə edir".

Şikayətçi bildirir ki, mənzilini çətinliklə də olsa, təmir etdirib köçəndə binanın lifti də işləmirmiş:

"Bu barədə dəfələrlə kompleksin rəhbəri Qəmbər Fətullayevlə danışdıq amma xeyri olmadı. Əşyaları yuxarı qaldıranda ayağımdan ağır zədə aldım. Ancaq buna baxmayaraq, yenə də hər ay ödənişi edirdim. Subyektiv səbəblərdən işimi itirdiyim üçün evimi tərk edib, qohumumgildə qalası oldum. Həm də o ərəfədə binanın nə işığı, nə də suyu yox idi. 2017-ci ilin mart ayında qohumumuzun vasitəsilə Moskvaya köçəsi olduq. Həmin ilin iyun ayında şirkətə 250 manat ödəniş etdim və bildirdim ki, xahiş edirəm, biz sizi anlayışla qarşıladığımız kimi siz də eynisini edin. Yəni, ödənişləri gecikdirdiyimə görə bizə güzəştə gedin. Yeri gəlmişkən, şirkətin təqdim etdiyi çıxarışda gecikdirilməyə görə ödəniləcək məbləğin bir faiz olduğu göstərildiyi halda, göndərdiyim beş yüz manatı qəbul etməyərək, bildirdilər ki, əlavə 8500 manatlıq faiz ödənməlidir. Halbuki binaya işıq və su bu ilin yanvarında verilib. Bunu həmin binada yaşayan sakinlər də təsdiq etməyə hazırdırlar. Halbuki bizə mənzili satarkən fotoda gördüyünüz kompelksin üç ay ərzində tikiləcəyini bildirmişdilər. Ancaq özünüz də gedib kompleks dedikləri yerin nə vəziyyətdə olduğunu görə bilərsiniz".

R.Quliyeva bildirir ki, məhz sözügedən şirkətin məsuliyyətsizliyi ucbatından vətənindən didərgin düşüb:

"Həyat yoldaşımı itirmişəm, vətənimdən məhz bu adamlara görə didərgin düşmüşəm. Bəlkə də həmin binaya köçərkən xəsarət alıb işimi itirməsəydim, ödənişi də vaxtında edərdim. İki övladımla vətənimdən uzaq düşmüşəm. Aidiyyatı qurumlardan xahiş edirəm ki, haqqımın tanınmasında mənə yardımçı olsunlar və şirkətin mənə qarşı qaldırdığı əsassız iddianın reallaşdırılmasına imkan verməsinlər".

Sözügedən şikayətlə bağlı yaşayış kompleksi ilə şərti müştəri qismində əlaqə saxladıq.

Məlum oldu ki, kompleks müştərilərini aldadaraq asan qazanc yolunu tapıb. Belə ki, şirkət rəsmi internet səhifəsindəki məlumatda (reklamda) mənzillərin daxili kreditlə (5 illik) satışında ilkin ödənişin 10%-50% arası olduğu bildirir. Əslində isə 5 illik daxili kreditdə tikinti olan bina üçün 10 min manat, təmirə hazır olan və yaşayışa hazır olan binalarda isə 15-18 min manatdan başlayaraq ilkin ödəniş edilməlidir. Bunlardan başqa şirkət rəsmi internet səhifəsində mənzilin 1kv. m-nin 349 manat olduğu bildirilsə də, bu rəqəm 599 manatdan başlayaraq 699 manata qədər dəyişir. Bu isə Azərbaycan Respublikası reklam haqqında qanunun 4.2. maddəsinə tamamilə ziddir. Çünki maddədə qeyd olunub ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı və çaşqınlıq hissi yaratmamalıdır.

Sözügedən şirkət Azərbaycan qanunlarının 18.0.5. maddəsini də pozub. Maddədə bildirilir ki, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılması qəti qadağandır

Şirkət qeyd etməsə də bildirmək istəyirik ki, şirkət sadəcə daxili kredit verir və dövlət ipoteka kreditindən imtina edir.

Mövzunu diqqətdə saxlayacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ayda 150 manatadək ödənişlə mənzil satışı başladı

    Ayda 150 manatadək ödənişlə mənzil satışı başladı ...

    28-09-2015, 16:57

  • 
  • Vergilər Nazirliyindən “AAAF Park”ın yoxlanmasına dair AÇIQLAMA

    Vergilər Nazirliyindən “AAAF Park”ın yoxlanmasına ...

    25-09-2017, 12:58

  • 
  • Məhkəməyə şikayət etdi, 3541 manat kommunal xidmət pulunu geri aldı

    Məhkəməyə şikayət etdi, 3541 manat kommunal ...

    29-06-2016, 15:45

  • 
  • Tolik: "İlhamə Quliyeva çox mərd öldü"

    Tolik: "İlhamə Quliyeva çox mərd öldü" ...

    25-02-2016, 14:34

  • 
  • İlhamə Quliyeva Nazpərini yenə məhkəməyə verdi

    İlhamə Quliyeva Nazpərini yenə məhkəməyə verdi ...

    12-08-2013, 14:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (327)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu