GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR

Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR

Tarix: 8-02-2018, 10:30 Bölmə :Cəmiyyət Baxış: 388
Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR


Kolbasa və sosislərin halal olub-olmaması həmişə müzakirə edilib. Heç kimə sirr deyil ki, bu gün satılan kolbasa və sosislərin bir hissəsi əslində yalançı " Halal” sertifikatı ilə satılır.

Azərbaycanda " Halal” sertifikatı almış müəssisələrin adları açıqlansa da, bu sənədi almayan bəzi şirkətlər də öz məhsullarını " Halal” yarlığı ilə təqdim edib, insanları aldadırlar. Belə qurumlar əvvəlcə akkreditasiyadan keçməlidir, Ancaq Azərbaycanda akkreditasiyadan keçməyən və insanala saxta "halal qida” yedizdirən onlarla sahibkar fəaliyyət göstərir.

gundemxeber.az bakunews.az-a istinadən xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xiddmətinin rəhbəri Fazil Talıblı Modern.az-a bildirib ki, Azərbaycanda sertifikatlaşdırma fəaliyyətini akkreditasiya edilmiş qurumlar həyata keçirir:

"Standartlaşdırma,Meterologiya və Patent üzrə Dövlət Komitəsi standartlaşdırmayla məşğul olmur. Azərbaycanda "halal qida” məhsullarının sertifikatlaşdırılmasını Akkreditasiya mərkəzində akkreditasiya olunan qurum - "AzeSERT Halal” MMC həyata keçrir”.

Komitə rəsmisi bildirib ki, müəssisələrə sertifikatın verilib-verilməməsi auditin nəticəsindən asılıdır:

""Halal qida” istehsal edən və bunu təsdiqləyən sənəd üçün sahibkarlar məhz həmin quruma müraciət etməklə öz müəəsisələrindəki mövcud vəziyyətli istehsal prosesini bu orqanın auditorlarına nümayiş etdirməli, auditin nəticəsinə uyğun olaraq ona sertifikat verilməlidir”.

Fazil Talıblının sözlərinə görə, "halal qida” ilə bağlı dövlət standartları mövcuddur: " Bu standartların qərarları çox sərtdir. " Halal qida” standartları İslam Əməkdaşlıq Təşkilatının Standartlaşdırma Şurasının qəbul etdiyi standartlardır. Müsəlman ölkələrində tətbiq edilən vahid beynəlxalq " Halal” standartıdır. İslam dininin bütün tələbləri burada əksini tapır”.

O qeyd edib ki, tələblər sərt olduğuna görə, sertifikat alanların sayı 10-nu keçmir:

"Təbii ki, müraciət edənlərin sayı çoxdur. Amma auditin nəticəsinə görə, sertifikat alanlar qeyd etdiyim kimi, 10-dan çox deyil. Çox təəssüf edirəm ki, bəzi qurumlar " Halal” sertifikatı almış kimi özlərini təqdim edir və istehlakçıları aldadırlar. Biz bunun əleyhinəyik. Əgər bu sahədə stabil vəziyyət yaratmaq istəyiriksə, bu cür sahibkarların qarşısını almaq bizim üçün vacibdir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, dövlət tərəfindən iki il öncə yaradılan "AzeSERT Halal” MMC-nin ayrıca laboratoriyaları var:

"Biz bu prosesi diqqətlə izləyirik. Azərbaycanda "Halal” sertifikatını qanuni yolla almış müəəsisələr bu günə kimi qanuni olan "Səhliyalı” kiçik müəəsisəsi, "Hakan Foods Azərbaycan Trading Co Ltd MMC”, "Qafqaz Konserv zavodu” MMC, "AzProtein Foods Group” MMC,, "Zəhmət-Ruzi” MMC, "Səba” Səhmdar Cəmiyyəti, "Orxan- SS” müəssisəsi, "Ovçular və ət məhsulları” MMC, "M&T” LTD firmasıdır. Hazırda bir neçə müəəsisədə də bu istiqamətdə işlər gedir”.

Eyyub Hüseynov deyir ki, ümumilikdə götürdükdə, əmtəə bazarında olan malların 80%- i yalançı "Halal” sertifikatı ilə satılır:

"Məsələn "28 May” metrostansiyasının çıxışında alman sosiskaları satılır, hətta bir nişan da qoyublar ki, guya "Halal” sertifikatı ilə satırlar. KFC xaricilərə məxsus böyük bir qida qrupudur, onlar da özlərini guya "Halal” sertifikatı almış kimi göstərirlər. Bunlar istehlakçıların aldadılmasıdır. Dövlətin qanunlarına görə, "Halal” sertifikatı verən qurum akkreditasiyadan keçməlidir, dövlət tərəfindən tanınmalıdır. "AzeSERT Halal” MMC xaricində Azərbaycanda heç bir qurum akkreditasiyadan keçməyib, dövlət tərəfindən tanınmayıb. Təəssüf ki, bu gün də Azərbaycana Ukraynadan, Braziliyadan və başqa ölkələrdən məhsullar gətirilir, "halal” adı ilə təqdim olunurlar”.

Müsahibimiz bildirib ki, Azad İstehlakçılar Birliyinin "Halal” sertifikatı ilə əlaqədar özəl təqvimi var: "Mən bu günlərdə İslam İnkişaf Bankının Azərbaycandakı nümayəndəsi ilə görüşmək niyyətindəyəm. Biz məsələ qaldırmışıq ki, "Halal” sertifikatı almış müəssisələrdə iki məsələ də həll olunsun. Birincisi budur ki, onlayn izləmə sistemi olsun. Dünyanın istənilən yerindən insanlar izləyə bilsin ki, bu müəəssisədə nə baş verir. Digər məsələ isə "halal mal” istehsal edən müəəssisələrin maliyyə mənbəyinin halal olmasıdır. Maliyyə mənbəyi əgər haramla qurulubsa, oğurluqla, korrupsiya pulu ilə, faiz məsələsiylə yaradılıbsa, bu halal sayıla bilməz”.

Onun sözlərinə görə, diqqətdə olan məsələlərdən biri də, kolbasaların tərkibinə qarışdırılan qida əlavələridir: " Qida əlavələrinin mənbəyinin halal olması ciddi məsələlərdən biridir. Hazırda Azərbaycanda qida mənbələrinin yerli bitkilərdən hazırlanması üçün müəyyən işlər gedir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda “Halal” sertifikatı almış malları tanıyın! - SİYAHI

    Azərbaycanda “Halal” sertifikatı almış malları ...

    5-07-2017, 20:03

  • 
  • “Halal” sertifikatı uğrunda mübarizə başlandı

    “Halal” sertifikatı uğrunda mübarizə başlandı ...

    26-02-2014, 15:19

  • 
  • “Halal“ standartı üzrə məhsul istehsal olunmur - Rəy

    “Halal“ standartı üzrə məhsul istehsal olunmur - ...

    25-01-2014, 01:29

  • 
  • Şeyxin «halal» blefi

    Şeyxin «halal» blefi ...

    24-12-2012, 11:27

  • 
  • Şeyxin «halal» blefi

    Şeyxin «halal» blefi ...

    24-12-2012, 11:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (264)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu