KXCP Ali Məclisinin növbədənkənar sessiyası keçirilib.
Sessiyada partiyanın növbədənkənar prezident seçkiləri ilə bağlı mövqeyi müəyyən edilib. KXCP Ali Məclisi növbədənkənar prezident seçkilərinin keçirilməsini Azərbaycan Respublikası Konstitusiyasının və seçki qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirir və seçici siyahılarının dəqiqləşdirilmədiyi, uzun illərdir seçkiləri saxtalaşdıran seçki komissiyalarının tərkibini dəyişdirilmədiyi, həbsxanalardakı siyasiərin, jurnalistlərin, blogerlərin və vicdan məhbuslarının azad edilmədiyi, demokratik seçki mühitinin yaradilmadığı şəraitdə keçiriləcək növbədənkənar prezident seçkilərini baykot edir. Baykotun gerçək nəticələrə ulaşması üçün demokratik qüvvələri, aydınları birgə fəaliyyət göstərməyə çağırır. Ali Məclisdə təşkilatdaxili məsələlərlə bağlı müzakirələr aparılıb. Oktay Güləliyev KXCP Ali Məclis üzvlüyündən xaric edilib.
17 vevral 2018-ci il. Bakı şəhəri. KXCP Ali Məclisi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?