Coda Media xəbər agentliyinin vebsaytında "Müəllif hüquqları onlayn mediaya qarşı yeni silahamı çevrilib?" adlı məqalə dərc olunub. Həmin məqalədə bu yaxınlarda Meydan TV-nin bir neçə videosunun YouTube-dan silinməsindən və onun səbəblərindən bəhs edilir.
Məqalədə YouTube-un müəllif hüquqlarının Azərbaycan höküməti tərəfindən sui-istifadəyə məruz qaldığı vurğulanır. Ölkənin az sayda müstəqil xəbər agentliklərinin verdiyi məlumata görə, onlar qlobal video-paylaşım saytındakı media materiallarına nəzarət etməyə çalışır.
Həm Azadlıq Radiosu, həm Meydan TV-nin videoları bərpa edilsə də, Milli xəbər agentliyinə qarşı təhlükənin davam etdiyindən narahatdır. O deyir ki, hazırda YouTube öz qaydalarını tətbiq etməkdə “uğursuzdur."
Meydan TV şəbəkəsi rəsmi səviyyədə korrupsiya ittihamlarını ilə bağlı dörd video reportajının YouTube-un müəllif hüquqları qaydalarını pozması səbəbilə qaldırılıb. Bu isə kanalın saytdan tamamilə silinməsinə gətirib çıxara bilərdi.
YouTube Meydan TV-nin Azərbaycandakı auditoriyaya çıxışının olduğu tək-tük vasitələrdən biridir. Hökümət ötən il onların saytlarını bloklayıb və jurnalistlərini həbs edib.
Meydan TV bir sıra məsələlərlə bağlı onlarla video hazırlayır. Lakin kanalın direktoru Emin Milli deyir ki, təkcə ölkənin avtokrat prezidenti İlham Əliyev və onun ailəsinin maliyyə tranzaksiyaları, dövlət neft şirkəti və polis zorakılığı ilə bağlı dörd video reportajı hədəf olunub.
"Bunlar təsadüfi videolar deyildi,” o deyir. Milli Meydan TV-nin görüntüləri bəzilərinin özlərinin çəkdiyini, digərlərindən istifadə hüquqlarını isə əldə etdiyini bildirir.
Meydan TV bu şikayətləri YouTube ilə əməkdaşlıq edən və kanallara kontentlərini təbliğ etməyə yardım edən Muse Network-un etdiyini bildirir. Şirkət Türkiyədə qərargahlanıb, amma Azərbaycanın paytaxtı Bakıda da ofisi var. Lakin Milli bu müdaxilənin arxasında Azərbaycan hökümətinin dayandığına inanır. “Hər şey çox düzgün təşkil olunmuşdu və müntəzəmdi,” o deyir.
Muse Network-un Bakı ofisi ittihamların əsassız olduğunu bildirir. “Dövlət bu cür xırda işlərlə məşğul olmur,” deyə şirkətin Azərbaycan üzrə direktoru Səhriyar Tağızadə bildirib. “Dövləti hər şeydə günahlandırmaq səhvdir,” o deyib.
O həmçinin Meydan TV-yə qarşı müəllif hüququ pozuntusu ilə bağlı sikayət etiyini inkar edir və buna YouTube-un sistemindəki “avtomatik” texniki səhvin səbəb olduğunu deyir. Lakin daha sonra o, “yalan və fantaziya filmləri adlandırdığı” həmin videoları bərpa edib.
Həmin şirkət həmçinin Azadlıq Radiosunun Azərbaycan xidmətinin də ötən həftə altı videosunun YouTube-dan silinməsində rol oynayıb. AzadlıqRadiosunun Azərbaycan xidmətinin direktoru İlkin Məmmədov bildirir ki, videolarda onların “əl ilə silindiyi” qeyd olunmuşdu.O bildirib ki, şirkətə şikayət ediləndən sonra həmin videolar bərpa edilib.
Dövlət bu cür xırda işlərlə məşğul olmur. Dövləti hər şeydə günahlandırmaq səhvdir.
Azərbaycan höküməti həmçinin AzadlıqRadiosunun vebsaytını da bloklayıb. Hər iki media şirkəti müəllif hüquqları pozuntularına dair ittihamların hökümətin onlara qarşı apardığı kampaniyanın bir hissəsi oalraq görür. Məmmədovun sözlərinə görə, bu yeni onlayn müdaxilə növüdür. “Onlar bir neçə saatlıq kanala çıxışı bağlayır və izləyicilər sizin blok olunduğunuzu görüb, başqa kanallara üz tutur.”
Məmmədovun dediyinə görə, müəllif hüququ pozuntuları ittihamlarından istifadə edərək məzmunu dağıtmaq ağıllı taktikadır. Bəzən bu şikayətlər nəzərdən qaçıla bilər. Lakin YouTube-un qaydalarına əsasən, bu, günahını qəbul etmək deməkdir. Bənzər üç qayda pozuntusundan sonra isə kanal həmişəlik bağlana bilər.
Həm Azadlıq Radiosu, həm Meydan TV-nin videoları bərpa edilsə də, Milli xəbər agentliyinə qarşı təhlükənin davam etdiyindən narahatdır. O deyir ki, hazırda YouTube öz qaydalarını tətbiq etməkdə “uğursuzdur"./amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?