GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qeydə alınan namizədlərin sayı 7-yə çatdı

Qeydə alınan namizədlərin sayı 7-yə çatdı

Tarix: 12-03-2018, 13:59 Bölmə :Cəmiyyət Baxış: 284
Qeydə alınan namizədlərin sayı 7-yə çatdı

Namizədliyi verilən şəxslər üçün verilən müddət bu gün bitir...

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədliyin qeydə alınması üçün seçki sənədlərinin və seçici imzalarının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti bu gün saat 18.00-da başa çatır. Təqvim Planına əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış MSK-ya təqdim edilməlidir. Seçkiyə tam 30 gün qalıb.

Martın 19-dan seçkinin təbliğat-təşviqat mərhələsi başlayacaq. Namizədlərin təbliğat-təşviqatı aprelin 10-da səhər saat 8-də başa çatmalıdır.

Qanunda namizədlərə təşviqat aparmaları üçün ödənişsiz və ödənişli efir vaxtı ayrılması nəzərdə tutulub. Ödənişsiz təşviqat İctimai Televiziya və Radio Yayımları Şirkətində, “Azərbaycan”, “Bakinski raboçi” qəzetlərində və “Xalq qəzeti”ndə aparılacaq. Ayrılacaq ümumi vaxt namizədlər arasında bərabər bölünəcək.

Növbədənkənar prezident seçkisinin ödənişli təşviqatına qoşulan media qurumlarının sayı isə artıb. MSK-dan verilən xəbərə görə, “Xalq qəzeti” və Aktual.az saytı Mərkəzi Seçki Komissiyasına bildiriş göndəriblər. Daha əvvəl İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Cümhuriyət”, “Olaylar”, “Səs”, “Palitra” qəzetləri, “Səs”, “Olaylar” informasiya agentlikləri, Repor. taz, Moderator.az, Cəbhə.info, Avropa.info saytları bildiriş göndəriblər.

Qaydaya görə, ödənişli təşviqata qoşulmaq istəyən media qurumları MSK-ya bildirişlər göndərməli, ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkinin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Bundan başqa, namizədlərə seçicilərlə görüşlər keçirmək üçün yerlərin də ayrılması nəzərdə tutulub.

MSK martın 10-da daha üç şəxsin namizədliyini qeydə alıb. MSK-nın iclasında Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb. Bununla qeydə alınan namizədlərin sayı 7 nəfərə çatıb. MSK bundan əvvəl Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyini qeydə almışdı.

Daha 7 iddiaçıdan AĞ Partiyanın sədri Tural Abbaslı, ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev imzatoplama kampaniyasını başa çatdırıblar. Digər 4 iddiaçıdan isə məlumat yoxdur. Onların prosesi necə yekunlaşdırdıqları bu gün bəlli olacaq.

Tural Abbaslının seçki qərargahının rəhbəri Əhəd Məmmədli “Yeni Müsavat”a bildirib ki, 69 seçki dairəsindən 43 min 150 imza toplayıblar. İmzalar və qeydiyyata alınmaq üçün lazım olan sənədlər bu gün MSK-ya təqdim olunacaq: “İmzaları və sənədləri dünən təqdim etdik, lakin bəzi sənəd çatışmazlığına görə geri qaytardılar. Bankdan əlavə sənəd verməliyik. Şənbə və bazar banklar işləmədiyinə görə martın 12-də əlavə sənədləri qaydasına qoyandan sonra təqdim edəcəyik”.

Sərdar Cəlaloğlunun seçki qərargahından verilən xəbərdə isə bildirilir ki, Sərdar Cəlaloğlunun namizədliyinin müdafiəsi üçün 107 seçki dairəsinin ərazisindən 45000 seçici imzası toplanılıb. Bunlardan 1500 imza qeyri dəqiq olması və səliqəsiz yazı səbəbi ilə partiyanın mərkəzi seçki qərargahında araşdırma zamanı çıxdaş edilib və bu barədə yekun protokolda müvafiq qeyd göstərilib. Beləliklə də MSK-ya ADP sədrinin prezidentliyə namizədliyini dəstəkləyən 43500 vətəndaşın imzasının təqdim edilməsi qərara alınıb. İmzaların qruplaşdırılması və yekun protokolun hazırlanması başa çatdırılıb və qanunvericiliyə müvafiq olaraq seçkinin indiki mərhələsinə aid bütün sənədlər MSK-ya təqdim edilib.

Partiyanın Mərkəzi Seçki Qərargahından onu da bildiriblər ki, imza kampaniyasına bəzi bölgələrdə yerli hakimiyyət mənsublarınınm qanunsuz müdaxilə cəhdləri olub və onlar haqqında müvafiq qaydada müraciətlər edilib.

Seçkinin beynəlxalq müşahidəçiliyinə gəlincə, prosesi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası, MDB-nin, bir sıra xarici təşkilatların müşahidə missiyaları, ayrı-ayrı dövlətlərin müşahidəçiləri izləyəcək.

Martın 12-dən 16-dək Parisdə Avropa Şurası Parlament (AŞ PA) Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları keçiriləcək. Sechki-2018.az saytının xəbərinə görə, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Tədbirlərdə Azərbaycanda və Monteneqroda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndərilməsi və digər mövzularda müzakirələr aparılacaq.

MSK sədri Məzahir Pənahov isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb. M.Pənahov müşahidə görüş üçün təşəbbüsü yüksək qiymətləndirib.

ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri K.Yonker müşahidə missiyası barədə məlumat verərək bildirib ki, onlar seçkiqabağı və səsvermə günü proseslərini müşahidə edəcəklər. Sonra müşahidə missiyasının üzvləri seçkilərinə hazırlıqlarla maraqlanıblar.

M.Pənahov seçkilərin yüksək səviyyədə hazırlanıb şəffaf və ədalətli keçirilməsi istiqamətində görülmüş işlər və MSK-nin genişmiqyaslı maarifləndirmə proqramı barədə danışaraq ölkə vətəndaşlarının seçmək və seçilmək hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün Komissiyanın fəaliyyəti, gerçəkləşdirilən çoxsaylı layihələri müşahidə missiyası üzvlərinin diqqətinə çatdırıb.

Rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman açıq olduğunu diqqətə çatdıran sədr M.Pənahov həmçinin qeyd edib ki, hazırda MSK-da peşəkar işçi qrupu təqdim olunmuş imza vərəqələrini və digər seçki sənədlərini yoxlayır. İctimaiyyətə tamamilə açıq olan yoxlama prosesi siyasi partiyaların, prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri və kütləvi informasiya vasitələri tərəfindən mütəmadi şəkildə izlənilir. M.Pənahov digər beynəlxalq təşkilatlarla yanaşı, seçki müşahidə missiyasının üzvlərini də istədikləri vaxt həm imza vərəqələrinin yoxlanılmasında, həm də seçkilərlə bağlı ümumiyyətlə hər hansı istənilən digər proseslərdə yaxından iştirak etməyə dəvət edib. MSK sədri hətta onu da bildirib ki, yoxlama davam edir və hal-hazırda istənilən digər maraqlı şəxslər kimi, onlar da bu prosesin gedişini birbaşa izləyə bilərlər./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtları harada olacaq? - Siyahı

    Prezidentliyə namizədlərin ödənişsiz efir ...

    9-08-2013, 12:45

  • 
  • Bu gündən prezidentliyə namizədlərin sənədləri MSK-ya təqdim olunacaq

    Bu gündən prezidentliyə namizədlərin sənədləri ...

    20-02-2018, 11:47

  • 
  • Prezidentliyə namizədlərin sənədləri sabahdan MSK-ya təqdim olunacaq

    Prezidentliyə namizədlərin sənədləri sabahdan ...

    19-02-2018, 12:30

  • 
  • 23 gün seçki təşviqatına kifayət edəcəkmi?

    23 gün seçki təşviqatına kifayət edəcəkmi? ...

    6-08-2013, 11:43

  • 
  • Növbədənkənar prezident seçkilərinin təqvim planı dərc edilib

    Növbədənkənar prezident seçkilərinin təqvim planı ...

    9-02-2018, 10:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu