Tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev aclıq aksiyası keçirən iş adamları ilə görüşüb.
gundemxeber.az sozcu.az-a istinadla xəbər verir ki, bu haqda hüquq müdafiəçisi özünün feysbuk səhifəsində yazaraq məlumat verib:
"Sumqayıtın icra başçısı Zakir Fərəcovun onları aldadaraq 2 milyon 100 min manatını mənimsədiyini bildirən bir qrup iş adamı aclıq aksıyası keçirir. Bu gün onları ziyarət edib görüşdüm və tələbləri ilə tanış oldum.
Çox maraqlı və dəhşətlidir. Şəhərin abadlaşması üçün İcra hakimiyyətinə ayrılan vəsaitlər mənimsənilir, bədəlini iş adamlarına ödətdirirlər...
Az öncə aldığım məlumata görə əraziyə polis gəlib və aksiyanın dayandərılmasını tələb edib. Ölkədə hüquqi nihilizm hökm sürür..."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?