GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Köhnə Bakı : “nərdtaxtalar parkı”ndan – Reportaj (FOTOLAR)

Köhnə Bakı : “nərdtaxtalar parkı”ndan – Reportaj (FOTOLAR)

Tarix: 26-03-2018, 16:39 Bölmə :Cəmiyyət Baxış: 748
Köhnə Bakı : “nərdtaxtalar parkı”ndan – Reportaj (FOTOLAR)


Köhnə Bakı məhəllələrini bir-bir yox edirlər. İndi nə “Basin”, nə “Dmitrov” qalıb, “Sovetski” bu gün-sabah tamamilə xəritədən silinəcək, “Kubinka”, “Papanin”in də ömrünə çox qalmayıb…

Bu məhəllələrin koloritliyi nərd oynayan kişiləri, pinəçisi, dərzi dükanı, ora-bura qaçan uşaqlarında idi.

Kimi seçkidən, kimi pensiyadan danışır…

Dünyanın çox yerində, lap elə Amerikada, Türkiyədə, İranda şəhərlərdə məhəllələr bir-birindən spesifik cəhətlər ilə seçilirlər.

Köhnə Bakı : “nərdtaxtalar parkı”ndan – Reportaj (FOTOLAR)


Bugünkü Bakıda isə şumlanan məhəllələrin yerlərini göydələnlər, parklar, “mal”lar əvəzləyir.

Yeni parklar isə daha köhnə bakılıların, şəhər adamlarının nərd oynamağa, təsbeh çevirib dərdləşmək üçün məkanına çevrilmirlər.

Köhnə Bakı : “nərdtaxtalar parkı”ndan – Reportaj (FOTOLAR)


Belə gedişlə Füzuli meydanındakı parkdan da əsər-əlamət qalmayacaq. Və köhnə Bakı məhəllələri, parkları yalnız keçmişdə xatırlanacaq.

gundemxeber.az bildirir ki, azeuronews.com-un “Köhnə Bakı” rubrikası üçün belə parklardan birinin axtarışına çıxarkən Bakıxanov qəsəbəsindəki parkda köhnə şəhər mənzərəsinin şahidi olduq.

Köhnə Bakı : “nərdtaxtalar parkı”ndan – Reportaj (FOTOLAR)


A.A.Bakıxanovun adını daşıyan bu kiçik parka “nərdtaxtalar parkı” adını da vermək olar.

Hər gün səhər açılandan axşama kimi parkın içində pensiyaçılar nərd, domino oynayırlar. Bunun üçün özləri masalar da düzəldiblər.

Və parka gələndə böyük nərd meydançasına daxil olduğunu təsəvvür edirsən. Hər masa ətrafında 4-5 kişi toplaşıb domino çırpırlar, zər cütləyib nərd atırlar.

Kimisi skamyada oturub pensiyadan gileylənir, kimisi seçkilərdən danışır, kimisi də televizorda eşitdiyini xəbər verir.

Köhnə Bakı : “nərdtaxtalar parkı”ndan – Reportaj (FOTOLAR)


“İndiki cavanlar nərdi də kompüterdə oynayır”

Zöhrab kişi bizimlə söhbətində deyir ki, hər gün evdən çıxıb bu parka gəlir: “Neyniyim bala? Öyrəşmişəm bura.

Mən 25 ildir ki, “Razin”də yaşayıram. Səhər evdə nahar elədim, ayaqqabılarımı geyinib gəlirəm. Burda mənim köhnə dostlarım da var, qonşularım da. 3-4 saat vaxt “öldürüb” gedirəm evə”

Söhbətimizə qoşulan Nadir dayının sözlərinə görə, bu park onların ikinci evidir: “Pensionerlərin hamısı bura yığışır. Cavanların maşallah hər şeydən başları çıxır.

Biz interneti zadı bilmirik. Hərdən evdə nəvəm qoyur internetdə maraqlı videolar göstərir mənə.

İndiki cavanlar nərdi, şahmatı da komputerdə oynayırlar. Yox ay bala, bizlik deyil, bu daha e, üzbəüz kişi kimi oynamaq lazımdır (gülür)”.

Sabit müəllim vaxtilə Memarlıq və İnşaat universitetində işləyib. Təqaüdə çıxandan sonra vaxtaşırı evə yaxın olan Bakıxanov parkına gəlir.

Köhnə Bakı : “nərdtaxtalar parkı”ndan – Reportaj (FOTOLAR)


Dediyinə görə, nərd çox oynamır, əsasən oyunçulara tamaşa edir: “İşləyən adam üçün pensiyaya çıxmaq çətin olur. Mən işə gedib-gəlməyə öyrəşmişəm. Düzdür, yolum uzaq idi. Ancaq iş adamı gümrah saxlayır”.

Nərd oynayanlar isə zəri cütləyib atırlar, arada seçkilərdən danışırlar. Deyirlər ki, seçən də bəlli, seçilən də…

Onları pensiyanın məbləği də artıq maraqlandırmır. Çünki uzaqbaşı 10 manat artım olur ki, dərhal bazarlarda qiymətlər qalxır. Özləri belə deyirlər.

Ona görə də “nərdtaxtalar parkı” bu insanların dərd-sərini unutduğu yeganə məkandır, evə gedəndə isə…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Köhnə və yeni Bakı - Fotolar

    Köhnə və yeni Bakı - Fotolar ...

    8-11-2013, 14:14

  • 
  • Bu gün köhnə Yeni ildir

    Bu gün köhnə Yeni ildir ...

    13-01-2014, 01:11

  • 
  • Hacıbala Abutalıbov park çəmənliklərdə oturmağı qadağan etdi- QƏRAR

    Hacıbala Abutalıbov park çəmənliklərdə oturmağı ...

    11-05-2016, 13:47

  • 
  • Köhnə Yasamalın köhnə dərdi - sazaq gündə sızqa qaz; sakinlər aksiya keçirdi (FOTOLAR)

    Köhnə Yasamalın köhnə dərdi - sazaq gündə sızqa ...

    29-01-2018, 17:15

  • 
  • Köhnə «Sovetski»ni Şeyxin adamları satın almaq istəyir ETİRAZ VAR

    Köhnə «Sovetski»ni Şeyxin adamları satın almaq ...

    23-01-2014, 16:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu