GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Eldar Mahmudovun qızının məhkəməyə verilməsinin pərdəarxası

Eldar Mahmudovun qızının məhkəməyə verilməsinin pərdəarxası

Tarix: 28-03-2018, 11:09 Bölmə :Cəmiyyət Baxış: 352
Eldar Mahmudovun qızının məhkəməyə verilməsinin pərdəarxası


Sabiq nazirin xüsusi agenti olan “Akula Akif”in şəriki Nərgiz Mahmudovanı tikinti şirkətindəki payından məhrum etməyə çalışır

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı Nərgiz Mahmudova və digər 2 nəfər məhkəməyə verilib. Eks nazirin qızını məhkəməyə çəkənsə “Eyfel” MMC tikinti şirkətidir. İddiaçı qismində tanınan tikinti şirkəti tələb edir ki, MMC ilə Nərgiz Eldar qızı Mahmudova, Q.Şahqasımov və T.Əzimova arasında bağlanmış müqavilələr etibarsız hesab edilsin.

Bununla yanaşı, “Eyfel” MMC hər 3 şəxsə qarşı işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və sair tələbi barədə qarşılıqlı iddia tələbi də irəli sürüb. Yasamal Rayon Məhkəməsi tikinti şirkətinin heç bir iddiasını təmin etməyib. Bundan sonra “Eyfel” MMC Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Ölkə.az-ın məlumatına görə, şikayətə martın 30-da hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Sayt yazır ki, “Eyfel” MMC-nin rəhbəri Yavər Qurbanov şirkəti “MTN işi”nə görə hazırda axtarışda olan “Akula Akif” ləqəbli Akif Mustafayevlə birgə təsis edib. Belə ki, Eldar Mahmudovun ölkədə “at oynatdığı” dönəmdə Yavər Qurbanov MTN-in (ləğv olunub) dəstəyi altında bir sıra qanunsuzluqlara imza atıb. O, törətdiyi dələduzluq əməlinə görə 10 ildən artıq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı olduğu halda MTN-in dəstəyi ilə cəmi 8 aylıq cəza ilə canını qutara bilib. Yavər Qurbanov bundan sonra da qanunsuzluq etməkdə davam edib. Bu dəfə Nəsimi rayonu ərazisində, Azadlıq prospekti, 80 ünvanında yerləşən beşmərtəbəli binaları içərisində yaşayış ola-ola, sakinlərin hamısı köçürülmədən sökməyə başlayıblar.

Söküntünü “Fədək” MMC aparıb. Sakinlər isə buna etiraz ediblər. 2017-ci ilin martında baş verən söküntü işləri gedərkən məlum olub ki, bu MMC-nin təsisçisi Yavər Qurbanovdur. Onun keçmişi haqda məlumat alan sakinlər mənzillərindən çıxmaq istəmir, şirkətin təklif etdiyi şərtləri qəbul etmirdilər. Deyirlər ki, cəmi 10 manat nizamnamə kapitalı olan hansısa MMC-nin möhürünə etibar edib mənzillərinin dağıdılmasına razı ola bilməzlər. Çünki bu şirkətin müqavilə öhdəliklərinə əməl edəcəyinə onlarda əminlik yoxdur. Əsas da odur ki, MMC-nin təsisçisi Yavər Qurbanov bundan əvvəl mənzil dələduzluğuna görə həbs olunub. Yada salaq ki, 2009-cu ildə Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən Bakı şəhər sakini, “Eyfel” MMC-nin direktoru Yavər Qurbanov saxta sənəd tərtib etməklə yeni inşa edilən çoxmərtəbəli binadan Rasif Sultanov adlı şəxsə mənzil satıb. Bu dələduzluq faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi təqdim edilib. Ərizə əsasında cinayət işi başlanıb və Qurbanov həbs edilmişdi. Yavər Qurbanovun direktoru olduğu “Eyfel” MMC Bakı metrosunun Nizami stansiyasının yaxınlığında çoxmərtəbəli yaşayış binasının inşasını həyata keçirib. Mətbuatda yer alan xəbərlərə görə, o, həmçinin Eldar Mahmudovun xüsusi agenti, hazırda beynəlxalq axtarışda olan “Akula Akif”lə birlikdə 2010-cu ildə “ZAZ” MTK adlı digər tikinti şirkəti də təsis etmişdi.

“Akula Akif” kimi tanınan Akif Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri hesab olunur. Mustafayev Akif İsmayıl oğlu özünü iş adamı kimi tanıtsa da əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub.

“Akula”nın sxeminə əsasən MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyir və həbs edirdi. Bu zaman “Akula” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun “xilas edilməsini” həyata keçirirdi. O, E.Mahmudovun işdən çıxarılması barədə 2015-ci il oktyabrın 17-də elan edilən fərmandan və həmin gün MTN-in binasında Baş Xüsusi Dövlət Mühafiə İdarəsinin keçirdiyi əməliyyatdan xəbər tutan kimi ölkədən qaçmaq qərarına gəlib. Növbəti gün o, səhər saat 08:40 reysi ilə Bakıdan Belarusun paytaxtı Minskə, oradan isə Parisə qaçıb. Hazırda isə İnterpolun axtarışındadır. Beynəlxalq polis təşkilatının rəsmi saytında göstərilir ki, 1955-ci ildə anadan olmuş Akif Mustafayev Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib, ona qarşı rüşvət ittihamı var./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun göydələnlərinin tikintisi dayandırıldı – FOTOLAR

    Eldar Mahmudovun göydələnlərinin tikintisi ...

    27-10-2015, 19:37

  • 
  • Eyfel qülləsi BAĞLANACAQ

    Eyfel qülləsi BAĞLANACAQ ...

    30-01-2018, 23:04

  • 
  • Parisdə təşviş: bıçaqla silahlanıb Eyfel qülləsinə qalxmaq istədi

    Parisdə təşviş: bıçaqla silahlanıb Eyfel ...

    6-08-2017, 11:44

  • 
  • Tikinti firmasının sahibi həbslə üz-üzə

    Tikinti firmasının sahibi həbslə üz-üzə ...

    7-05-2015, 13:48

  • 
  • Eldar Mahmudovun qohumuna və Aparat rəhbərinə 13 il, qalanlara şərti cəza

    Eldar Mahmudovun qohumuna və Aparat rəhbərinə 13 ...

    27-07-2017, 12:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu