GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Lənkəranda məmur özbaşınalığı

Lənkəranda məmur özbaşınalığı

Tarix: 28-03-2018, 15:29 Bölmə :Cəmiyyət Baxış: 347
Lənkəranda məmur özbaşınalığı


Məmurların səhlənkarlığı hamilə gəlinin faciəli ölümünə səbəb oldu

“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləmiş Elmir Axundov və Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləmiş Famil Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Elmir Axundov və Famil Şükürov vəzifəli şəxs olmaqla işlərinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyiblər. BU səbəbdən onların hərəkəti ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olub.

Belə ki, onlar Lənkəran rayonunun Şağlakücə kəndində yerləşən İsabala Tağıyevə məxsus fərdi yaşayış evinə təbii qazın verilməsi ilə bağlı nəzarət etməyiblər, qaz borularının bacalarını təmizləməyiblər.

Nəticədə 21 dekabr 2015-ci il tarixdə saat 13 radələrində həmin evdə yaşayan Təliyə Təqiyeva hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Bu hadisədən sonra Elmir Axundov öz səhlənkar hərəkətlərini gizlətmək üçün özü və tabeçiliyində olan çilingər Famil Şükürovla cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil ediblər. Onlar hadisədən əvvəl həmin evə baxış keçirmələrini qeyd etməklə vəzifə saxtakarlığına yol veriblər.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Elmir Axundov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, 2015-ci ilin yanvarında Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsinə təyin edilib: “Həmin il dekabrın 21-də, günorta saatlarında mənə Şağlakücə kəndində bir qadının hamam otağında çimərkən dəm qazından zəhərlənərək öldüyü bildirildi. Bu səbəbdən hadisə yerinə getdim. Orada ölən şəxsin ev sahibi İsabala Tağıyevin gəlini Təliyənin olduğu məlum oldu”.

Elmir Axundovun sözlərinə görə, hadisənin baş verdiyi evə təbii qazın nəql olunduğu daxili və xarici qaz xətlərinə, həmin evdə, o cümlədən hamamda yerləşən qaz cihazlarının texniki vəziyyətinə mütəmadi olaraq nəzarət edilməsi və texniki baxış keçirilməsi çilingər Famil Şükürova həvalə edilib: “Lakin Famil Şükürov xidmət etdiyi ərazidə yaşayan abonentlərinin evlərindəki qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini və bu barədə müvafiq jurnalda qeydiyyat aparılmasını təmin etməli olub. O hadisənin baş verdiyi evə təbii qazın nəql olunduğu daxili və xarici qaz xətlərinə, həmin evdə və hamam otağında yerləşən qaz cihazlarının texniki vəziyyətinə 2015-ci ilin sentyabr və oktyabr aylarında texniki baxış keçirməli olduğu halda, öz xidməti vəzifələrinə səhlənkarcasına yanaşaraq bunu etməyib”.

Elmir Axundov qeyd edib ki, sözügedən hadisədən sonra Famil Şükürovdan hadisənin baş verdiyi evə texniki baxış keçirib-keçirmədiyini soruşub: “Famil həmin evə heç vaxt texniki baxış keçirmədiyini bildirdi. Famil Şükürovun səhlənkarlığı barədə dəfələrlə rəhbərliyə yazılı məlumatlar vermişəm. Yazmış olduğum məlumatlar əsasında 2015-ci il ərzində Famil Şükürova rəhbərlik tərəfindən bor dəfə “töhmət”, bir dəfə isə “yazılı xəbərdarlıq” elan edilib”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Şağlakücə kəndində baş vermiş hadisədən sonra Lənkəran Regional Qaz İstismarı İdarəsindən Əsədulla Abdullayev ona zəng edib və həmin ünvanda texniki baxış keçirilməsi barədə soruşub: “Mən də ona belə bir aktın olmadığını bildirdim. Bundan sonra Əsədulla Abdullayev idarəyə gələrək belə bir aktın yazılmasını tələb etdi. Mən də saxta aktı yazmaqdan imtina etdim. Bu zaman Familin köçürmək üçün akt nümunəsi yazaraq, ona verməyimi təklif etdi. Mən də onun təklifi ilə razılaşdım. Bundan sonra aktın orta hissəsini qaralama şəklində yazaraq Əsədulla Abdullayevə verdim. Sonradan mənə məlum oldu ki, qaralama şəklində yazdığım aktın qalan hissəsini kimsə doldurub və Familə imza etdirərək aparıb. Daha sonra isə həmin aktın əsli itmişəm”.

Elmir Axundov qeyd edib ki, həmin sənədin əsli olmaya-olmaya, sübut kimi işə əlavə olunmuş aktın kserosurətinə əsasən ibtidai istintaq tərəfindən ona ittiham irəli sürülüb: “Hesab edirəm ki, qaralama şəklində yazdığım akt kimsə tərəfindən sonradan fotomontaj vasitəsilə Familin imza etdiyi boş akt blank ilə birləşdirilib və nəticədə saxta akt düzəldilib. Bunu nəticəsində də haqqımda əsassız olaraq ittiham irəli sürülüb”.

Digər təqsirləndirilən Famil Şükürov bildirib ki, 2014-cü ildən idarədə cilingər vəzifəsində işləməyə başlayıb, 2016-cı ildə isə öz ərizəsi ilə işdən çıxıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, xidmət etdiyi əraziyə Lənkəran rayonunun Şağlakücə, Qurunba, Narbağı, Rvo, Bəlləbur, Lüvəsər, Darquba və Kərgəlan kəndləri aid edilib: “İşə qəbul edilərkən peşə təlimatı ilə tanış edilmişəm. Həmin təlimatın tələbləri və təlimatda göstərilmiş işinin xüsusiyyətləri mənə izah edilib. Dekabrın 21-də günorta saatlarında rəisim Elmir Axundov mobil telefonuma zəng edərək Şağlaküçə kəndində bir hamilə qadının hamam otağında çimərkən dəm qazından zəhərlənərək öldüyünü bildirdi. Mən də dərhal hadisə yerinə getdim”.

Famil Şükürov bildirib ki, hadisə yerinə baxış zamanı hamam otağının qapısının aşağı hissəsində dəliklərin olmadığı və hamam otağındakı su qızdırıcısının kustar üsulla hazırlandığı müəyyən edilib: “İşimin çoxluğu ilə əlaqədar vəzifəmin öhdəsindən gəlmədiyimə görə həmin evdə, o cümlədən hamamda yerləşən qaz cihazlarının texniki vəziyyətinə 2015-ci ilin sentyabr və oktyabr aylarında texniki baxış keçirməli olduğu halda, bunu etməmişəm. Evə texniki baxış keçirmiş olsaydım, nöqsanları aşkar edilərdi, Nəticədə bədbəxt hadisə baş verməyəcəkdi”.

Famil Şükürovun sözlərinə görə, bundan bir müddət sonra Elmir Axundov ondan hadisənin baş verdiyi evə texniki baxış keçirib-keçirmədiyini soruşub: “Həmin evə texniki baxış keçirmədiyimi etiraf etmişəm. Dekabrın sonlarında Elmir Axundov məni xidməti otağına çağırdi. O, qarşısıma daxili qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işləri keçirilməsi haqqında boş akt qoyaraq imzalamağımı xahiş etdi. Sonra bu aktı özü arxa tarixlə tərtib edəcəyini bildirdi. Mən də həmin boş aktı imzaladım”.

Famil Şükürov qeyd edib ki, daha sonra Elmir Axundov “Yaşayış evlərində, ictimai binalarda və digər obyektlərdə qaz avadanlıqlarına texniki baxış və profilaktiki xidmət işlərinin keçirilməsinin qeydiyyat və təlimat jurnalı” ondan tələb edib: “Mən də həmin jurnalı Elmir Axundovun yanına gətirmişəm. O, həmin imzalanmış aktı arxa, yəni 10 noyabr 2015-ci il tarixlə tərtib etdi”.

Lənkəran rayon Məhkəməsinin hökmü ilə Elmir Axundov 2 il, Famil Şükürov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmə əsasən, Elmir Axundov 900 manat, Famil Şükürov isə 700 manat miqdarında da cərimə olunublar. Məhkəmə hər iki təqsirləndirilən şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmələri barədə qərar qəbul edib.

Hökmdən narazı qalan Elmir Axundov apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxs isə apelyasiya şikayəti verməyib.

Elmir Axundovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, birinci instansiya məhkəməsinin hökmü Elmir Axundova aid hissəsində dəyişdirilib.

Elmir Axundova Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cəza təyin edilməyib. Buna səbəb həmin maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi nəzərə alınıb.

Elmir Axundov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib və cəzası 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hökm qalan hissədə qüvvədə saxlanılıb.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SOCAR-ın vəzifəli şəxsindən ittihamedici ifadələr

    SOCAR-ın vəzifəli şəxsindən ittihamedici ifadələr ...

    13-12-2017, 16:25

  • 
  • Paytaxtda qaz problemi nə vaxt həll olunacaq? - AÇIQLAMA

    Paytaxtda qaz problemi nə vaxt həll olunacaq? - ...

    17-10-2016, 17:23

  • 
  • Piyadanın ölümünə səbəb olan sürücü azadlığa buraxıldı — Məhkəmə qərarı

    Piyadanın ölümünə səbəb olan sürücü azadlığa ...

    19-02-2018, 12:47

  • 
  • Velosipedçini öldürən sürücüyə şərti cəza

    Velosipedçini öldürən sürücüyə şərti cəza ...

    22-04-2016, 00:52

  • 
  • Bakının bu ərazisində qaz olmayacaq

    Bakının bu ərazisində qaz olmayacaq ...

    10-02-2017, 12:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu