GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsi dələduzlara havadarlıq edir-Fakt-Yenilənib

Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsi dələduzlara havadarlıq edir-Fakt-Yenilənib

Tarix: 30-03-2018, 23:28 Bölmə :Cəmiyyət Baxış: 622
Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsi dələduzlara havadarlıq edir-Fakt-Yenilənib


28 mart 2018-ci il tarixdə "Araz Media" xəbər portalında, Yasamal rayon Polis İdarəsinin müstəntiqi haqqında yazı dərc etmişdik. Həmin yazı Daxili İşlər Nazirliyində, Baş Prokurorluqda və cəmiyyətdə böyük rezonans doğurmuşdur. Yasamal polisinin bu kimi qanunazidd hərəkətləri haqlı olaraq, cəmiyyətin ictimai qınağına səbəb olmuşdur. Bununla əlaqədar olaraq, tabe olduqları qurumların və ictimaiyyətin "gözünə kül üfürmək" məqsədiylə, Yasamal Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Şahin zərərçəkmişləri sakitləşdirmək üçün," uğursus, ucuz metod"-dan istifadə etmişdir. "Xətrinə dəymədikləri, süd verən inəyə bənzətdikləri, məqsədli şəkildə ortaya çıxarmadıqları məttah" dələduz Ərəstun Poladovu, guya "əməliyyat-axtarış fəaliyyəti" həyata keçirərək, "həbs etmiş", faktla bağlı "cinayət işi" açmışlar. Zərərçəkmişi də dəvət edərək, bu "şou"-ya tamaşa etdirərərək "sakitləşdirmiş", 30 mart 2018-ci ildə isə dələduzu sərbəst buraxmışlar.

Hansı ki, həmin şəxsin barəsində, Bakı şəhər Nizami rayon prokurorluğunda, 29.11.2016-cı ildə CM-in 178.1 maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılması Nizami rayon Polis İdarəsinə tapşırılmışdır. Ərəstun Poladov istintaqdan yayındığından, 29.01.2017-ci ildə «Cinayət işinin istintaqının dayandırılması barədə» qərar qəbul edilmişdir. Lakin onun barəsində axtarış elan olunmuşdur. Eyni zamanda, 1-ci qrup Qarabağ əlilinin ailəsi, 2017-ci ilin iyul ayında onlara qarşı dələduzluq etmiş, Ərəstun və Məmmədhəşim barəsində bütün yuxarı aid orqanlara dəfələrlə müraciət etmişdir. Bunların arasında Baş Prokuror Zakir Qaralov, Daxili İşlər Naziri Ramil Usubov, Bakı Şəhər Prokuroru İlqar Abbasov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisiMirqafar Seyidov, Yasamal rayon Polis İdarəsinin rəisi, Yasamal rayon prokuroru var. Ailə təxminən 10 dəfə də, Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət etmişdir.

Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsi, "Polis müstəntiqi Əlibala Hacıyev dələduzlara havadarlıq edir" başlıqlı məqalədən sonra, "qəhrəmanlıq" edərək, "Ərəstunu həbs edərək", 1-ci qrup Qarabağ əlilinin ailəsini bir günlük sevindirmiş, daha sonra naməlum səbəbdən, "davam edən" şəxsi maraqlarına görə, 1 il 2 ay axtarışda olan cinayətkarı sərbəst buraxmışdır.

Burada məntiqli suallar meydana çıxır. Necə oldu ki, 1 il 2 ay axtarışda olan şəxs, bir neçə saatın içərisində tutuldu? Bu ondan xəbər vermirmi ki, istintaq şöbəsi dələduzla əlaqədə imiş və onun yerini dəqiq bilirmiş? Az qala il yarım atarışda olan şəxsi, həmdə cəmiyyətə ictimai təhlükə saçan dələduzu niyə sərbəst buraxiblar? Bəs nə üçün zərərçəkmişə istintaqın rəisi söz veribmiş ki, Ərəstunun barəsində 3 ay həbs qəti-imkan tədbiri seçiləcək? Kim zəmanət verir ki, Ərəstun Poladov bu günə qədər başqa insanları aldatmayıb və bundan sonra da azadlıqda qaldığı müddətdə insanları aldatmayacaq? Yasamal Polis İdarəsində, digər dələduz Məmmədhəşimin niyə xətrinə dəyən yoxdur? Niyə sual qoyulmayıb ki, "satdığın" torpağa aid hər hansı bir sənədin varmı? Birinci qrup Qarabağ əlilinin pulunu küçə adamlarına, cəmiyyətdə heç bir rolu olmayan şəxslərə yedirdən polisə nə ad vermək olar?

(Ardı var)...

Danılmaz faktdır ki, Azərbaycan polisinin imicinə illər öncə dəyən zərbələr artıq aradan qalxıb. Polis bu gün vətəndaşın güvənc yerinə çevrilib. Respublikada sabitliyin qorunmasında, xalqı narahat edən problemlərin aradan qaldırılmasında əvəzsiz rolu olan Daxili İşlər Nazirliyinin hərtərəfli inkişafı, yeni-yeni nailiyyətləri göz önündədir.
Gündən-günə müasirləşərək daha operativ fəaliyyət göstərən, illərdir ki, MDB məkanında öz öncül yerini qoruyaraq saxlayan Azərbaycan polisi, inkişaf etmiş dünya dövlətlərinin polis sistemi ilə hər mənada ayaqlaşır. Bu gün həmin dövlətlərin daxili işlər orqanlarının Azərbaycan polisi ilə əməkdaşlıq etməsi də sevindirici haldır. Təbii ki, ölkə rəhbərliyinin bu sistemə hədsiz diqqət və qayğısı bütün bunlara əsaslı zəmin yaradıb.Qanun keşikçilərinin sərəncamına verilən gözoxşayan, yüksək şəraitli iş və yaşayış binaları, ən müasir texniki vasitələr, avtomobillər, onların sosial müdafiəsinin gücləndirilməsi üçün məvaciblərinin bir neçə dəfə artırılması və sairə amillər bu sahədə daha da vicdanlı işləməyə stimil verir.

Daxili İşlər Nazirliyinə göstərilən qayğıya, diqqətə, dəstəyə görə, effektiv, səmərəli fəaliyyətinin daha da gücləndirilməsi üçün, ən müxtəlif addımlar atan peşəkar polis naziri general-polkovnik Ramil Usubov da, hər dəfə, ölkə polisi adından möhtərəm Prezident İlham Əliyev cənablarına öz dərin təşşəkürünü bildirib.

Təəssüf ki, cənab nazirin şəxsi nəzarəti hədsiz tələbkarlığı və diqqəti sayəsində, son illər digər hüquq-mühafizə orqanları ilə müqayisədə, haqqında ən az şikayət edilən, insanların problemlərinə daha operativ yanaşan, onların şikayətlərinə dərhal reaksiya verən bir sistemə çevrilən polis orqanında da, peşəkarlığı zəif olanlar, öz mənafelərini qanundan, dövlət maraqlarından üstün tutanlar da var.

Bu səbəbdən rast gəlinən müəyyən iradlara da cənab nazir səviyyəsində dərhal reaksiya verilir və belələri haqqında məlumat daxil olan kimi, onların cəzalandırılmasının şahidi oluruq.

Bu hallar, bütövlükdə polisə başucalığı gətirmir və Ramil Usubovun apardığı uğurlu kadr siyasətinə, illərdir çəkdiyi əziyyətə kölgə salmağa cəhd kimi qiymətləndirilir.

Belə neqativ hərəkətlər edən, polis adına ləkə gətirənlərdən biri də, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin müstəntiqi Əlibala Hacıyevdir.

Redaksiya olaraq, bizim onunla nə qərəzimiz var, nə də onu yalandan "vurmaq" istəyirik. Sadəcə onun polis kimi əməlləri ürəkaçan deyil və etdiyi qanunsuzluqlar göz önündədir. Belə ki, üç ay öncə, 29-cu Polis Bölməsi tərəfindən iki nəfərin barəsində dələduzluq maddəsi ilə cinayət işinin başlanması üçün göndərilən materialı, şəxsi maraqlarına uyğun, qanunları ayaq altına ataraq, polis adına ləkə gətirəcək bir şəkildə rədd etmiş, onları məsuliyyətdən uzaqlaşdırmışdir. Baxmayaraq ki, hər iki şəxsin dələduzluq əməllərini açıqcasına ifşa edən dəlil-sübutlar var. Video və səs yazıları, canlı şahidlər bunu tam olaraq təsdiq edir. Lakin hansısa maraqlarının qurbanına çevrilən Əlibala Hacıyev bunları görməzdən gəlmiş və bir nəfər də olsa şahidi dindirməmişdir. Hələ bu məsələnin bir tərəfidir. Məsələ ondadır ki, müstəntiq heç zərərçəkmişi belə dindirməmiş, əksinə bu işin bağlı qalması üçün əlindən gələni etmişdir. Halbuki, şahidlərin çoxluğu, video və audio yazıların ortada olması, dələduzluq edənlərin Bakı şəhərində pasport qeydiyyatında olmamaları, özəl və dövlət sektorunda daimi işləməmələri nəinki onlara 178-ci maddənin tətbiqinə, hətta dərhal onların həbs olunmasına əsas verir. Nəzərə alsaq ki, bunların birinin barəsində eyni əmələ görə, Nizami rayon Polis İdarəsində də, cinayət işi var və müstəntiq bunu nəzərə almayıb, o zaman Əlibala Hacıyevin özünün də, bu işdə əlinin olması insanda şübhə yaratmaya bilməz.

Qanunvericiliyə görə, dələduzluq ictimai təhlükəlilik saçan cinayət əməli hesab edilir. Bu gün dələduzların həbs olunmamaları, sabah daha ağır dəhşətlərə səbəb ola bilər. Bu gün cəzalanmayan dələduzlar, hər kəsə qarşı bunu edə bilərlər. Bir sözlə dələduzluq real təhlükədir və ictimaiyyətə dəhşət saçır...

Xatırladaq ki, redaksiyamıza Birinci qrup Qarabağ əlilinin notarial qaydada hüquqi nümayəndəsi yuxarıda qeyd etdiyimiz faktları göndərib.

Yuxarıda sözüdedən iki şəxs, torpaq satmaq adı ilə, Birinci qrup Qarabağ əlilinin pulunu, etibardan sui-istifadə etməklə mənimsəmişdir. Birinci qrup Qarabağ əlilinin notarial qaydada nümayəndəsi dələduzların bu dələduzluq əməlləri, müstəntiqin qanunazidd hərəkətləri ilə bağlı, aid yuxarı orqanlara, eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etmişdir. Müharibə əlilinin qanuni nümayəndəsi bildirir ki, ölkə rəhbərliyi əlilin haqlı şikayətinə baxmasa, hüquqlarını qoruduğu müvəkkili Birinci qrup Qarabağ əlili Avropa Məhkəməsinə, Avropa Şurasına, Avropa Birliyinə müraciət edəcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bu qanunazidd əməllərə hüquqi, qanuni qiymət verilənədək mövzunu gündəmdə saxlayacağıq. (ardı var).../Arazmedia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ŞOK: YASAMAL POLİSİNİN YAXINLIĞINDA İNSAN SKELETİ TAPILIB

    ŞOK: YASAMAL POLİSİNİN YAXINLIĞINDA İNSAN SKELETİ ...

    10-12-2013, 15:19

  • 
  • Ramil Usubov rəisi işdən çıxardı - Yeni təyinatlar

    Ramil Usubov rəisi işdən çıxardı - Yeni təyinatlar ...

    21-10-2015, 16:20

  • 
  • Bakıda polis əməkdaşına kəllə vuran şəxs tutuldu

    Bakıda polis əməkdaşına kəllə vuran şəxs tutuldu ...

    14-05-2013, 12:09

  • 
  • Bakıda 60 yaşlı qadın QƏTLƏ YETİRİLDİ

    Bakıda 60 yaşlı qadın QƏTLƏ YETİRİLDİ ...

    13-01-2018, 13:11

  • 
  • Bakıda marketi soyanlar tutuldular

    Bakıda marketi soyanlar tutuldular ...

    22-02-2016, 17:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (500)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu