GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Deputatlar parlament tribunasından Rüfət Aslanlını sərt tənqid etdilər

Deputatlar parlament tribunasından Rüfət Aslanlını sərt tənqid etdilər

Tarix: 4-04-2018, 11:27 Bölmə :Cəmiyyət Baxış: 290
Deputatlar parlament tribunasından Rüfət Aslanlını sərt tənqid etdilər


Parlamentdə Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərinin fəaliyyətsizliyi müzakirə edildi; “Oturub orada maaş alırlar, haradadır fəaliyyətlərinin nəticələri?”

Aprelin 3-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyin təsdiqlənməsindən sonra deputatların təkidini görən spiker Oqtay Əsədov cari məsələlər ətrafında danışmağa şərait yaratdı və gözlənildiyi kimi, parlamentarlar son günlərin ən çox danışılan mövzusuna münasibət bildirdilər.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, müstəqil Azərbaycan dövlətinin siyasəti bəzi dairələr tərəfindən qısqanclıqla qarşılandığı üçün iyrənc üsullara əl atırlar: “Son vaxtlar bəzi sosial şəbəkələrdə mənəvi, əxlaqi dəyərlərin nə olduğunu bilməyən insanlar Azərbaycan dövlətinə və xalqına qarşı iyrənc kampaniya aparırlar. Biz əminik ki, bunlar hamısı keçəcək. Çünki Azərbaycanda xalq-dövlət birliyi təmin edilib, həmrəylik yaranıb”.

Deputat Siyavuş Novruzov dedi ki, xaricdən maliyyələşən ayrı-ayrı insanlar Azərbaycan dövlətinin, xalqının, prezidentinin əleyhinə təbliğat aparırlar: “Bu gün erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı qarayaxma ilə məşğul olan dəstələr var. Bu günə qədər bir dəfə erməni səfirliyi qarşısında etiraz aksiyası keçirməyən insanlar Fransada, yaxud Köln şəhərində Azərbaycana qarşı etiraz tədbiri keçirirlər. Təəssüf ki, onların adı azərbaycanlıdır. Onların Azərbaycan xalqına qarşı fəaliyyəti göz önündədir. Sapı özümüzdən olan baltalar bax, bu cür insanlara deyirlər. Nəyisə qəbul etməyə bilərsən, siyasi mübarizə aparmaq istəyirsən, buyur. Amma erməni saytlarında, qəzetlərində məşhurlaşmaq istəyənlərdir bu insanlar. Vətənə, Azərbaycan ordusuna qarşı müxalif olmaq olmaz!”

Daha sonra YAP-çı deputat sükut edən həmkarlarına müraciət etdi: “Burada cəmiyyətimizin mövqeyi yekdil olmalıdır. Siz də mövqeyinizi qoyun ortaya, mövqeyinizi bildirin. Hamımız çəkilək bir tərəfə, bunun nəticəsi nə olacaq? Hər bir insan öz seçicisini təmsil edir. Bunlar seçicini təhqir edirlər. Biz nəyə göz yumuruq, niyə münasibətimizi bildirmirik? Azərbaycanın bir parçasıdır səfirliklərimiz. Səfirliklər təhqir olunursa, bu, həm də Azərbaycan dövlətinin və xalqının təhqir olunması deməkdir. Niyə susuruq? Burada baxıram, əgər tərif məclisi olsaydı, burada mənə növbə çatmayacaqdı. Amma Vətəni, dövləti müdafiə ilə bağlı söz demək məqamı gələndə hərə bir tərəfə çəkilir. Ona görə də hər kəs öz mövqeyini ortaya qoymalıdır!"

Deputat Eldar İbrahimov da həmkarının mövqeyini bölüşdü: “Bir var erməni danışır, bir də var azərbaycanlılar. Həmkarımız Adil Əliyev tədbir keçirərkən orada baş verənləri gördüm, təəssüf etdim. Onlar kimdir? Vaxtilə bizim ora təhsil almaq üçün göndərdiyimiz şəxslər. Təbii ki, bizim də nöqsanlarımız var. Heç bir dövlət nöqsansız deyil. Amma kimisə təhqir etmək Azərbaycan xalqını, dövlətini təhqir edir. Təkcə deputatlar yox, hər kəs belə çirkin, alçaq insanların cavabını verməlidir. Mən Azərbaycanı təhqir edənlərə ”Ar olsun!" deyirəm".

Deputat Ağacan Abıyev isə dedi ki, Azərbaycanı təhqir edənlərə azərbaycanlı adını qoymaq düzgün deyil: “Onlar azərbaycanlı deyillər. Onlar Azərbaycanın düşmənləridir. Hər bir azərbaycanlı onlara ”lənət" deməlidir“.

Deputat Novruzəli Aslanov isə dedi ki, Azərbaycan xalqı ölkə prezidentini, dövlətini müdafiə edir: “Biz də belələrinə cavab hazırlamışıq və yaxın günlərdə layihəmizi təqdim edəcəyik. Birmənalı şəkildə ictimai qınaq olmalıdır. Azərbaycan xalqı birmənalı şəkildə onları qəbul etmir. Azərbaycan xalqı 11 apreldə öz sözünü deyəcək. Siyavuş müəllim, siz tam arxayın ola bilərsiniz”.

Deputat Fazil Mustafa siyasi mübarizədə təhqirin yolverilməz olduğunu deməklə yanaşı, ayrı-ayrı məmurların neqativ fəaliyyətinə də toxundu. Eyni zamanda ixtiraçılarla bağlı maneələrin aradan qaldırılmasını, onlara dəstək verilməsini istədi.

Deputat Elmira Axundova söyüşcül dəstə ilə bağlı çox sərt danışdı: “Bu insanlar o qədər səviyyəsiz, o qədər kişilikdən uzaqdırlar ki, onlar heç bizim parlamentdə geniş müzakirələrə də layiq deyillər. Sonra gedib sevinəcəklər ki, bizimlə bağlı parlament səviyyəsində müzakirə açdılar. Siyavuş müəllimə demək istəyirəm ki, biz hər birimiz mövqeyimizi bildirmişik. Mən özüm müsahibə verib demişəm ki, opponentə qarşı kişi kimi mübarizə aparmaq lazımdır. Onlara demək istəyirəm ki, Azərbaycan kişisi kürəyə deyil, sinəyə zərbə vurur”.

Deputat Hikmət Məmmədov isə bu hadisələrin təsadüf nəticəsində baş vermədiyini bildirdi: “Qlobal imperializm lidersizləşdirmə və dövlətsizləşdirmə siyasətini yeridir, biz Yaxın Şərqdə bunun şahidi olduq”.

Deputat dedi ki, Azərbaycanda daxili sabitliyi pozmaq istəyənlər süni mühacirət yolu ilə müəyyən mərkəzlər yaratmağa başladılar: “Onlar öz ölkələrində siyasi teatr düzəldirlər. Gələcəkdə bu, siyasi drama çevriləcək. Gördünüzmü, Kölndə polis müdaxilə etmədi, həm bizim tədbirə, həm də qarşı tərəfə icazə verdi. Azərbaycanı təhqir edən şəxslərlə bağlı hüquqi müstəvidə tədbirlər görülməli və onların cəzalandırılması üçün addımlar atılmalıdır”.

Deputat Tahir Kərimli keçmiş silahdaşlarından gileyləndi: “Burada mənim ovaxtkı hakimiyyət yoldaşlarımdan var. Mən ovaxtkı iqtidara da, bugünkü müxalifətə də həmişə müxalif olmuşam. Başqa cür olmuşamsa kimsə desin. Heç kim deyə bilməz ki, nə vaxtsa qanundan, əxlaqdan kənar söz söyləmişəm”. Deputatın sözlərinə görə, radikal müxalifətə ona görə müxalif olub ki, onlar məhz bugünkü iqtidarın yanında olublar: “Gizli və açıq şəkildə. Bir nəfər mənə göstərsin ki, bu iqtidarın xeyrini görməyib. Parlamentində də oturublar, xeyrini də görüblər. İndi isə iqtidardan qovulandan sonra olublar qəhrəman, radikal müxalifət. Kim inanar sizə? Hansı partiya və onun sədri deyə bilər ki, Azərbaycanda sabitliyi təmin edə bilərəm. Heç biri cürət edib bəyan edə bilməz. Dursun desin ki, gələrəm hakimiyyətə və Azərbaycan Suriyanın halına düşə bilməz. Bunu heç kim deyə bilmir. Ancaq söyürlər, təhqir edirlər. Yaxşı dağıdaq, bəs əvəzində nə olsun? Ona görə biz də öz növbəmizdə bunu edənləri pisləyirik”.

Spiker “hələ 21 nəfər də yazılıb” deyərək söz istəyən deputatlara irad tutdu və sözü komitə sədri Əli Hüseynliyə verdi. Ə.Hüseynli də cəmiyyəti bu məsələyə münasibət bildirməyə çağırdı: “Hər kəs bilməlidir ki, prezidentə və dövlətə ünvanlanan təhqir bizim hər birimizə ünvanlanıb”.

O.Əsədov ardınca gündəliyin müzakirəsinə keçməyi təklif etdi: “Hökm deyil ki, Milli Məclisin mikrofonu olsun və bu məsələ ilə bağlı burada mövqe bildirilsin. Gərək Milli Məclis işini qoyub ancaq bu məsələdən danışa. Ayrı-ayrı saytlar, qəzetlər var, orda da mövqe bildirmək olar”.

Banklarla bağlı müzakirələrdə çıxış edən deputat Siyavuş Novruzov kreditlərlə bağlı komitə sədri Ziyad Səmədzadəyə və aidiyyəti qurumların rəhbərliyinə xitab etdi: “Mən istərdim ki, Ziyad müəllim və müvafiq qurumların rəhbərliyi bu məsələni ciddi araşdırsın. Bu kreditləri bir-birindən ayırmaq lazımdır. Bir gün burada hesabat versinlər ki, nə qədər insan kredit götürüb maşın almaqdan, iş yeri yaratmaqdan ötrü. Kimsə iş yeri yaratmaq üçün kredit götürübsə və təbii fəlakət nəticəsində ziyana düşübsə, ona dəstək verilməlidir. Amma biri kredit götürüb 50 minlik avtomobil almaq istəyibsə, getsin, dövlətin kreditini ödəsin. Eləsi var ki, hüzr məclisini həyata keçirməkdən ötrü kredit götürüb, bu insanları nəzərə almaq lazımdır”.

S.Novruzov Maliyyə Bazarlarına Nəzarət Palatasını tənqid etdi: “Biz bu qurumu iki il əvvəl yaratdıq. Ancaq nə səs var, nə soraq. Banklarda şuralar, rəhbərlər dəyişir, hələ Milli Məclis qarşısında deməyiblər ki, nəticə necə oldu. Ən əsası insanların vəziyyətidir, cənab prezident də həmişə insanlarımızın problemlərinin həlli üçün çalışır. Biz qanun qəbul etdik, valyutadəyişmə məntəqələri yenidən bərpa olunsun. Orada 9 mindən artıq insan ailəsinə çörək aparırdı. Amma məsələ indiyə qədər həllini tapmayıb. Bu, kiminsə inhisarına çevrilib, qanun qəbul olunmasına baxmayaraq, imkan verilmir. Hər bir insanı cənab prezidentdən gözləməli deyilik ki. Hər kəs öz işi ilə məşğul olmalıdır”.

Deputat Fəzail Ağamalı da həmkarını dəstəklədi: “Bu gün Azərbaycanda ən ciddi problem vətəndaşlarla kommersiya bankları arasında yaranmış problemlərdir. Vaxtilə kommersiya bankları aşağı faizlə vəsait götürərək, vətəndaşlara ikiqat artıq kredit verəndə bilməliydi ki, belə bir durumla üzləşəcək. Əgər bunu anlamırdılarsa, onda onlar nə üçün bank işi ilə məşğul olublar? Biz Maliyyə Bazarlarına Nəzarət Palatasını yaratdıq. Ümid edirdik ki, bu qurum problemləri həll edəcək. Ancaq məlumatlar var ki, orada intriqalar hökm sürür, faktiki olaraq iflic vəziyyətdədirlər. Onlar maaş alırlar, oturublar orda, hardadır fəaliyyətinin nəticələri? Biz sözümüzü deyirik, nəticəsi yoxdur. Oqtay müəllim, xahiş edirəm siz seçkilərdən sonra bu məsələni nəzarətə götürün, vətəndaşları narahat edən problemin həllində yardımçı olun!”

Spiker isə “çox sağ olun, Fəzail müəllim, tapşırığını eşitdim” -deyə, maraqlı bir reaksiya verdi.

Deputat Fazil Mustafa Azərbaycanda orden və medalların sayının artırılmasına etiraz etdi. Bildirdi ki, ölkədə orden, medalların sayı həddən artıq çoxdur və bunu ləğv etmək lazımdır: “Bir vaxtlar məsələ qaldırırdılar ki, Bakıya İkinci Dünya müharibəsi ilə bağlı qəhrəman şəhər adı verilsin. Niyə axı? Bakını Rusiyanın qəhrəman şəhəri etməliyik? O cümlədən sovet ənənəsi olan bu orden və medalları da yığışdırıb, bunun əvəzində insanlara stimul vermək üçün pul mükafatlarının ayrılmasını təşkil etməliyik”. Deputat qeyd etdi ki, keçmiş sovet ənənəsinin ən çox yaşadığı dövlət Azərbaycandı: “Məsələn, Mendeleyevin bəzi elementlərinin Bakıda kəşf edilməsini öz adımıza bağlaya bilmərik. Bakıya qəhrəman şəhər adını niyə vermirlər deyə müzakirələr var idi. Bakıya Rusiyanın qəhrəman şəhəri adı verilməli idi?"

Spiker deputatın sözlərinə reaksiyası zamanı bildirdi ki, hər şeyi maddiyyata bağlamaq lazım deyil.

Daha sonra çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov da F.Mustafanın fikirlərinə etiraz etdi. Bildirdi ki, Bakının qəhrəman şəhər statusu almasına maneçiliyin olması barədə vaxtilə özü deyib. Odur ki, vitse-spiker iradın yanlış olduğunu söylədi: “Bu, bizim tarixdir və tariximizə verilən qiymətdir. Vaxtilə SSRİ-nin əsas günahı olub ki, Bakıya qəhrəman şəhər adı verilməyib. Bunu da qısqanclıqdan ediblər”. Z.Əsgərov F.Mustafanın “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018) yubiley medalının təsis edilməsi ilə əlaqədar” qanun layihəsi barədə dediklərinə də etiraz etdi. Bildirdi ki, Azərbaycan tarixini yalnız 1918-20-ci ildən, yaxud 1991-ci ildən sonrakı dövrlə məhdudlaşdırmaq olmaz.

Deputat Siyavuş Novruzov dedi ki, hər bir təltif insana, onun ailəsinə, gələcəyinə olan diqqətdir: “Fazil Mustafa təklif edir ki, medal əvəzinə pul verilsin. ”Şöhrət" ordeninə görə nə qədər vəsait vermək lazımdır? Bunu necə müəyyənləşdirmək olar. Dövlətin atributlarından biri olan titullar olmalıdır. Həm Milli Məclisdə fərqlənən əməkdaşları, onun üzvlərini, bura gələn qonaqları təltif etməliyik. Bu dövlətçiliyin diqqətinin nümunəsidir".

Deputat Cavid Qurbanov da məsələyə münasibət bildirdi: “At yarışında at çapanda at sevinir, ya onu çapan? Fərqlənən adamları fərqləndirmək lazımdır: Yəni bu insan neçənci yeri tutubsa, onu digərlərindən fərqləndirməyin bir forması olmalıdır”.

Plenar iclasda “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli məlumat verdi. Layihəyə əsasən, peşə təhsili müəssisələrinə lisenziyanın müddətsiz verilməsi nəzərdə tutulub.

Qanun layihəsinin səsverməsi zamanı spiker Oqtay Əsədov deputatlara iradını bildirdi. Belə ki, qanunun qəbul edilməsi üçün səsvermədə deputatların sayı kifayət etmədiyindən spiker əsəbiləşərək “Deputatları çağırın, deyəsən, boğazları quruyub, çay içməyə gediblər” söylədi. Bundan sonra yenidən səsvermə keçirildi və qanun layihəsi qəbul olundu./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Parlament 2014-cü ilin büdcəsini qəbul etdi

    Parlament 2014-cü ilin büdcəsini qəbul etdi ...

    22-11-2013, 12:42

  • 
  • Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən çıxırıq

    Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən ...

    12-11-2013, 13:20

  • 
  • Oqtay Əsədov – İsmayılov qarşıdurması yeni mərhələyə keçir

    Oqtay Əsədov – İsmayılov qarşıdurması yeni ...

    3-04-2014, 12:32

  • 
  • Azərbaycanda bu dövlət məmuru ayda 65 min AZN rəsmi maaş alır

    Azərbaycanda bu dövlət məmuru ayda 65 min AZN ...

    11-07-2017, 16:07

  • 
  • Ziyad Səmədzadə bankları faiz dərəcələrini azaltmağa çağırdı

    Ziyad Səmədzadə bankları faiz dərəcələrini ...

    7-02-2014, 12:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu