"Ötən 1 ildə məhkəmə ədalətinə ümidlər o qədər çox qırılmışdı ki, Əzizin məhkəməsi olacağını anam Almaz xanıma belə deməmişdik".
Bu sözləri "Kanal 13" internet televiziyasının təsisçisi Anar Orucov televiziyanın Bakı bürosunun rəhbəri, qardaşı Əziz Orucovun həbsdən azad olunmasına münasibət bildirərkən deyib:
"Qardaşım, siyasi məhbus Əziz Orucov Ali Məhkəmənin hökmü ilə 3 il şərti azadlığa buraxıldı! İnanılmaz bir sevincdir, inanılmaz bir xəbərdir!!! Hər məhkəmə prosesi dustaq üçün bir ümiddir! Bu məhkəmə də eləcə idi! Amma bu ötən 1 ildə məhkəmə ədalətinə ümidlər o qədər çox qırılmışdı ki, Əzizin məhkəməsi olacağını anam Almaz xanıma belə deməmişdik: hər ümidsiz məhkəmə onu bir az da yıxırdı! İndicə anama göz aydınlığı verə bildim! Anamın səsini bir ildən sonra bu qədər gümrah eşidə bilirdim... Allah bu sevinci bütün analara nəsib eləsin İnşAllah! Şura xalaya, Rüfət Səfəroun anası Tahirə xanıma və bütün siyasi məhbus analarına, bacılarına, qardaşlarına qismət eləsin! Amin! Ardı gəlsin inşAllah! Ey HAQQ üçün mübarizə aparanlar: ANAlarımızın duaları, alqışları qorusun Sizi!!!"/sozcu.az
Sorğu
Yeni dizaynımız necədir?