GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Seçki prosesində pozuntu görənlər və görməyənlər…

Seçki prosesində pozuntu görənlər və görməyənlər…

Tarix: 9-04-2018, 10:58 Bölmə :Cəmiyyət Baxış: 369
Seçki prosesində pozuntu görənlər və görməyənlər…


3 gün sonra, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Sonuncu 2013-cü il prezident seçkisindən fərqli olaraq bu ilki seçkinin təşviqat kampaniyası həm çox sakit, həm də qanunvericiliyə edilən dəyişikilkdən asılı olaraq qısa keçdi. Bir sıra müşahidəçilər prosesin sakit keçməsini seçkinin 6 ay önə çəkilməsi ilə izah etsə də, fərqli düşünənlər də var.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı xatırladıb ki, təşviqat kampaniyası aprelin 10-u səhər saat 8-ə qədər davam edəcək.

"Olmayan pozuntunu necə deyim"

O ötən müddətdə 31 rayonda prosesi izlədiklərini söyləyib:

“Olduğumuz hər rayonda, kəndlərdə Mərkəzi Seçki Komissiyasının (MSK) seçkiyə çağırış plakatlarına rast gəldik. Martın 19-dan namizədlərin təşviqat plakatları yayıldı, ancaq hamısı eyni vaxtda olmadı. Bəziləri Novruz bayramından sonra təşviqata start verdilər. Müşahidəçilərə seminar keçirdiyimizdən namizədlərin təşviqatı kampanityasını qəzet və televiziyadan izləməli olduq”.

Məhərrəm Zülfüqarlı bildirib ki, yerlərdə icra strukturlarının hakim partiya namizədinin xeyrinə təbliğat aparmasına rast gəlməyiblər:

"Biz yalnız təşviqat materiallarını görmüşük".

"Heç bir pozuntu ilə rastlaşmamısınız" sualına Məhərrəm Zülfüqarlı "olmayan pozuntunu necə deyim" deyə reaksiya verib.

Onun sözlərinə görə, səfər etdikləri bölgələrdə sabitlik olub və seçki mühiti sakit şəkildə davam edir.

“Seçki dövründə alternativ seçim imkanı məhdudlaşdı”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli isə hesab edir ki, növbədənkənar prezident seçkisinin gözlənilmədən təyin olunması müxalifət və ictimai təşkilatların prosesdə aşağı səviyyədə iştirakına səbəb oldu:

“ Demək olar ki, rəqabətli, alternativ seçki yarışı yaşanmadı”

Onun fikrincə bunun birinci səbəbi azadlıqların mövcud səviyyəsinə uyğun olaraq bir çox siyasi qüvvələrin seçkidə iştirakdan imtina etməsi oldu. İkinci səbəb kimi isə O, seçkilərin növbədənkənar təyin edilməsi ilə müxalif partiyaların hazırlıqsız yaxalanmasını göstərir:

“ Heç bir rəqabətlilik yaşanmadı. Bununla da seçki dövründə alternativ seçim imkanı məhdudlaşdı”.

Anar Məmmədlinn fikrincə, rəqabətlilik təmin olunmasa da, bir sıra hallarda inzibati resurslardan istifadə etməklə əsas fovorit namizəd olan hazırkı dövlət başçısı İlham Əliyevin xeyrinə kampaniya aparıldı. “Məsələn, qeyri-hökumət təşkilatlarının, dini icmaların, yerli icra hakimiyyətlərinin prosesdə iştirak halları qeydə alındı. İcra hakimiyyəti strukturları müəllimlərin, müəyyən tədris ocaqlarının, iaşə obyektlərinin seçki prosesinə cəlb olunmasında iştirak etdilər. Bütün sadaladığım halları nəzərə aldıqda seçki təşviqat dövründə ədalətlilik, bərabərlilik və rəqabətlilik prinsiplərinin pozulmasının şahidi olduq. Xüsusi ilə medianın yanaşmasını qeydə almaq lazımdır. Faktiki olaraq bütün dövlət və əksər özəl elektron media hakimiyyətin təbliğatına qatıldılar. Bu mənada təşviqat dövrünü zəif rəqabət, alternativ seçim imkanlarının məhdudlaşması və demokratikliyin təmin olunmaması kimi qiymətləndirirəm”.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi altı ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi. Ümumilikdə səkkiz namizəd qeydiyyatdan keçib. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu"dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, NİDA Vətəndaş Hərəkatı, “ Müsəlman Birliyi” Hərəkatı isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri həbsdə olan REAL Hərəkatı da seçkiyə qatılmayıb.

Ancaq Mərkəzi Seçkilər Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

Hazırkı dövlət başçısı İlham Əliyev də vurğulayıb ki, seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli, şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əmindir.

Yerli hakimiyyət sturukturları isə bəyan ediblər ki, onlar prosesə heç bir qanunsuz müdaxilə etmirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda prezident oktyabrın 11 də seçiləcək

    Azərbaycanda prezident oktyabrın 11 də seçiləcək ...

    18-07-2013, 13:04

  • 
  • Ukraynada prezident seçkilərinə start verildi

    Ukraynada prezident seçkilərinə start verildi ...

    25-02-2014, 12:03

  • 
  • MSK-dan xəbərdarlıq: "Namizədliyin qeydiyyatı ləğv edilə bilər"

    MSK-dan xəbərdarlıq: "Namizədliyin ...

    9-10-2015, 19:20

  • 
  • Prezident Administrasiyası bəzi beynəlxalq təşkilatları seçki ilə bağlı saxta raportlar hazırlamaqda suçladı

    Prezident Administrasiyası bəzi beynəlxalq ...

    29-07-2013, 14:08

  • 
  • Prezident seçkisi necə izlənəcək?

    Prezident seçkisi necə izlənəcək? ...

    12-07-2013, 01:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu