Ukrayna prezidentliyinə keçiriləcək növbədənkənar seçki kampaniyasına start verilib. Növbədənkənar prezident seçkilərnini mayın 25-də keçirilməsi qərara alınıb. Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) təqvim planına əsasən bu gündən – fevralın 25-dən namizədlərin irəli sürülməsi prosesinə start verildi. Ukrayna qanunvericiliyinə görə, namizədlərin irəli sürülməsi prosesi martın 30-dək davam edəcək. Aprelin 4-də isə namizədlərin qeydiyyatı müddəti yekunlaşacaq.
Xatırladaq ki, artıq prezident olması niyyətini Xarkov Vilayətinin qubernatoru Mixail Dobkin, müxalifətdən olan keçmiş baş nazir Yuliya Timoşenko və “Maydan” hərəkatının tanınmış simalarından olan boks üzrə dünya çempionu Vitaliy Kliçko açıqlayıb. Xatırladaq ki, Ukraynada “Maydan” hərəkatı zamanı ölkədə qanlı toqquşmalar baş verib. Nəticədə hakimiyyət əlehidarları və güc strukturları arasında 100-dən artıq adam toqquşmaların qurbanı olub, 700-dən çox vətəndaş isə xəsarət alıb.
Fevralın 22-də isə Ali Rada prezident Viktor Yanukoviçə etimadsızlıq göstərib. Fevralın 24-də isə V. Yanukoviçin sədri olduğu Regionlar Partiyası müxalifətə keçməsini rəsmi şəkildə bəyan edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?