GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bibisini balta ilə öldürən gəncin məhkəməsində gərginlik: "Sənin nəslində mənim kimi kişi yoxdur"

Bibisini balta ilə öldürən gəncin məhkəməsində gərginlik: "Sənin nəslində mənim kimi kişi yoxdur"

Tarix: 9-04-2018, 20:03 Bölmə :Cəmiyyət Baxış: 367
Bibisini balta ilə öldürən gəncin məhkəməsində gərginlik: "Sənin nəslində mənim kimi kişi yoxdur"


24 yaşlı gənc hakim qarşısına çıxarılıb. O, bibisini öldürməkdə ittiham edilir. Bir uşaq atası olan təqsirləndirilən şəxs qətli namus üstündə törətdiyini deyir.

gundemxeber.az nusavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Vüsal Şıxəliyev bibisi Yeganə İmamverdiyevanı namus üstündə yatdığı yerdə öldürüb. O, bibisinə balta ilə 4 zərbə endirib. Belə ki, Vüsal Şıxəliyev bibisinin həyətində kirayədə yaşayan Röyal Əhmədova 50 manat borc verib. Vüsal pulunu almaq üçün R.Əhmədovun yaşadığı evə gəlib. Bu zaman həmin evdə bibisini görüb və aralarında münasibət olduğundan şübhələnərək onu döyərək həyətə çıxarıb. Səsə Yeganə İmamverdiyevanın uşaqları gəlib. Vüsal Şıxəliyev oradan uzaqlaşıb. Daha sonra isə bibisini qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə də səhər saat 7 radələrində bibisi yatarkən onun otağına girib və başına balta ilə zərbələr endirib. Bu zaman Yeganə İmamverdiyevanın yanında övladı da olub.

Məhkəmədə Vüsal Şıxəliyev özünü təqsirli bilib və əməlini etiraf edib. Bildirib ki, ittihamda düz yazılıb və o, qətli namus üstündə törədib.

Suallara cavab verən V.Şıxəliyev deyib ki, bibisi ailəli, uşaqları olduğu halda başqa şəxslə qapısı bağlı evdə olub.

"Mən gördüyümü görmüşdüm. Ailəli qadın evdə başqa kişi ilə, qapıda bağlı. Bundan artıq nə olmalı idi?"- deyən V.Şəxəliyevə əlavə suallar verilib.

Ondan bibisinin həmin şəxslə hansısa münasibətinin olub-olmaması haqda da soruşulub.

V.Şıxəliyev söyləyib ki, belə bir şübhəsi olub. Amma dəqiq məlumatı olmayıb: "Gördüyümü görmüşəm. Sonra da bu əməli törətmişəm. Biz belə bir şeyi qəbul etmirik. Amma görürəm ki, səhv etmişəm".

O, bibisini xəstə övladının yanında qətlə yetirməsinin səbəbini isə belə izah edib: "Mən otağa girəndə dedim bəlkə yanındakı nənəmdir. Bilsəydim ki, oğludur orada öldürməzdim".

Məhkəmədə zərərçəkmişin həyat yoldaşı, hüquqi varisi Kamil İmamverdiyev ifadə verib. Zərərçəkmiş ifadə verərkən bir neçə dəfə aralarında mübahisə düşüb. İlk olaraq zərərçəkmiş təqsirləndirilən şəxsi təhqir edib. Hakim zərərçəkmişə xəbərdarlıq edib və belə bir hal təkrarlanacağı halda onun barəsində tədbiR görəcəyini bildirib. ZərərçəkMiş məhkəmədən üzr istəyərək ifadəsinin davamında qeyd edib ki, Vüsalın həyat yoldaşı barəsində dedikləri yalandır.

Kamil İmamverdiyev bildirib ki, Vüsal hadisədən bir gün əvvəl də arvadını döyüb, amma səbəbini soruşa bilməyib: "Məndən ağsaqqallar xahiş etdi ki, şikayətçi olmayım. Sonra da işə getdiyim üçün maraqlana bilmədim ki, arvadımı döyməsinin səbəbi nə idi. Sonra da belə bir hadisə oldu. Vüsala mənim etdiklərimi heç əmisi, dayısı etməmişdi. Mənim yoldaşım kimi namuslu qadın heç Azərbaycanda yox idi".

Mərhumun həyat yoldaşı bildirib ki, Vüsal Şıxəliyev avara olub: "Bunun heç gecəsi-gündüzü yox idi. Heç kimi saymırdı. Bütün günü içirdi, başqa şeylər də edirdi".

Vüsal Şıxəliyev isə zərərçəkmişin bu sözlərinə qəzəblənib: "Heç sənin nəslində mənim kimi kişi yoxdur. Danışığına fikir ver. Sən yaxşı oğlan olsaydın, gəlib bir gün qabaq məndən soruşardın ki, arvadını niyə vurmuşam?".

Zərərçəkmiş İmamverdiyev isə cavabında Vüsal Şıxəliyevə belə cavab verib: "Mən sənin kimi oğlanlara kibrit çöpü kimi baxıram. Sən kimsən ki, mənim ailə işimə burun soxursan? Sənə kim ixtiyar verib".

Bu zaman da tərəflər arasında gərginlik yaşanıb. Hakim hər iki tərəfə xəbərdarlıq edib.

Məhkəmədə Vüsalın anası, mərhumun bacısı və mərhumun anası şahid qismində ifadə veriblər. Onlar hadisənin şahidi olmadıqlarını, Vüsalın mərhum haqqında dediklərinin doğru olmadıqlarını söyləyiblər.

Hadisənin əsas iki şahidi- mərhumun oğlu və kirayədə yaşayan Röyal Əhmədov ifadə verəcək

Məhkəmə prosesi aprelin 18-də davam edəcək.

Qeyd edək ki, hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Hadisəni törədən V.Şıxəliyev tutulub.

V.Şıxəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham edilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Namus üstündə anasını öldürən 16 yaşlı Maarifə cəza kəsildi

    Namus üstündə anasını öldürən 16 yaşlı Maarifə ...

    6-07-2017, 12:53

  • 
  • Həmkəndlisini öldürən 20 yaşlı gəncin məhkəməsi başladı

    Həmkəndlisini öldürən 20 yaşlı gəncin məhkəməsi ...

    18-04-2015, 22:53

  • 
  • "O MƏNİ VURACAQDI, MƏN VURDUM"- "Yaşa Bakinski"ni öldürən şəxsin məhkəməsi

    "O MƏNİ VURACAQDI, MƏN VURDUM"- ...

    1-11-2017, 13:40

  • 
  • Vüsal Şildlerin qatilinin barəsində axtarış elan edildi

    Vüsal Şildlerin qatilinin barəsində axtarış elan ...

    29-02-2016, 13:36

  • 
  • Pirallahıda bir qətlin təfərrüatları

    Pirallahıda bir qətlin təfərrüatları ...

    11-10-2016, 14:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu