GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabah Azərbaycanda prezident seçkisidir

Sabah Azərbaycanda prezident seçkisidir

Tarix: 10-04-2018, 11:11 Bölmə :Cəmiyyət Baxış: 308
Sabah Azərbaycanda  prezident seçkisidir


ATƏT DTİHB-nin 280 nəfərlik seçki müşahidə qrupu Azərbaycana gəldi

Aprelin 10-da saat 8-də prezident seçkiləri ilə bağlı namizədlərin seçkiqabağı təşviqatı başa çatıb. Ona görə də aprelin 10-u “sükut günü”dür. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır.

Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat martın 19-u başlayıb.

Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı dünən açıqlanıb. MSK-nın Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, aprelin 9-dək prezident seçkiləri ilə əlaqədar 60 təşkilat və 59 ölkədən 890 beynəlxalq müşahidəçi akkreditə olunub. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.

Seçki günü seçkiləri izləyəcək qısamüddətli beynəlxalq müşahidə missiyaları isə dünəndən ölkəyə gəlməkdədir.

ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları Bürosunun (DTİHB) prezident seçkilərini müşahidə edəcək qısamüddətli missiyası Azərbaycanda səfərdədir. Qısamüddətli müşahidə missiyasına 280 ekspert daxildir. Daha əvvəl 30 nəfərlik nümayəndə heyəti ilə uzunmüddətli missiya Azərbaycanda səfərdə idi. Missiyaya Korien Yonker başçılıq edir. ATƏT Parlament Assambleyası, ATƏT DTİHB və AŞ PA seçki günü koordinasiyalı şəkildə Bakı və bölgələrdə müşahidə missiyasını həyata keçirəcəklər. Parlamentar Nilza de Sena 3 qurum arasında koordinasiyanı həyata keçirəcək. Seçki ilə bağlı ilkin müşahidə səsvermədən sonrakı gün mətbuat konfransında açıqlanacaq.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyası da Bakıya gəlib. Missiyanın tərkibində yer alan AŞ PA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak məlumat verib ki, səfər zamanı nümayəndələr ATƏT DTİHB müşahidə missiyasından olan həmkarları, eləcə də prezidentliyə namizəd olan 8 şəxslə görüşəcəklər. Viorel Rikard Badeanın (Rumıniya) rəhbərlik etdiyi AŞ PA missiyasına 33 müşahidəçi daxildir.

MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası da Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün Bakıya gəlib. Beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğızıstandan olan deputatlardan ibarətdir. Bundan əlavə, beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də Bakı və bölgələrdə olacaqlar. Həmçinin beynəlxalq müşahidəçilərin Milli Məclis, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər mətbuat konfransı keçirəcəklər.

Missiya üzrə koordinator Rusiyanın Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov təyin edilib. Missiyaya 6 MDB ölkəsindən 17 deputat və parlament əməkdaşları daxildir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə «RİA Novosti»yə müsahibəsində bildirib ki, prezident seçkilərində seçicilərin ənənəvi yüksək fəallığı gözlənilir. M.Pənahov deyib ki, cəmiyyətdə seçkilərə böyük maraq müşahidə olunur, elektorat arasında maarifləndirmə işi aparılıb. O əlavə edib ki, 11 partiya öz nümayəndələrini müşahidəçi kimi qeydiyyata alıb: “Bütün bunları nəzərə alaraq fikirləşirəm ki, seçici fəallığı yüksək olacaq. Adətən prezident seçkilərində fəallıq yüksək olur”.
M.Pənahov həmçinin qeyd edib ki, prezident seçkilərinə müdaxilə cəhdlərinin olmadığını demək sadəlövhlük olardı: “Müdaxilə cəhdlərinin olmadığını söyləmək, yumşaq desək, sadəlövhlük kimi çıxardı. Böyük təəssüflə təsdiq edirik ki, müdaxilə cəhdləri, arzuları müasir dünyanın reallığına çevrilib”.

MSK sədrinin sözlərinə görə, ötən illərdə belə cəhdlər uğursuzluğa düçar olub, belə ki, onların ciddi amil olan sosial bazası mövcud deyil: “Seçkiqabağı kampaniya zamanı ciddi pozuntular qeydə alınmayıb”.

MSK sədri sonra bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun prezident seçkilərinin müşahidəsi üzrə fəaliyyəti normal davam edir, artıq aralıq hesabatla çıxış ediblər: “Bizim razılaşmadığımız müəyyən məqamlar da var. Ondan başlayım ki, Azərbaycan yerində dayanmır, yəni inkişaf edir, dünyada tanınır. Bu, reallıqdır, faktdır. Ölkəmiz haqqında müsbət fikirlər var. Problem isə hər yerdə mövcuddur. Düşünürəm ki, ölkə inkişaf etməklə münasibətlər, yanaşma da dəyişir. Azərbaycan, belə demək mümkünsə, demokratik ailənin bir hissəsidir. Konkret olaraq ATƏT-ə gəldikdə isə bəli, yuxarıda deyilənlər bu təşkilata da aiddir. Bizim münasibətlərimiz, əlbəttə, 2000-ci illərin əvvəllərindəki kimi deyil. Biz hazırda fəal surətdə əməkdaşlıq edirik.

Müşahidə prosesinin özü çox həssas işdir. Bu işin məqsədi nöqsanları aşkar etmək və qeydə almaqdır. Məhz o zaman aydın olur ki, kim konstruktiv mövqeyə sahibdir, kim yox. Bəziləri üçün nöqsanlar seçki prosesinə aidiyyəti olmayan məsələləri reallaşdırmağa bir bəhanədir".

M.Pənahov aprelin 9-da Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirib. Sechki-2018.az saytının xəbərinə görə, M.Pənahov seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənildiyini söyləyib.

O deyib ki, ölkəmizdə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur. Yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin, o cümlədən digər aşkarlıq institutlarının azad və sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb.

M.Pənahov qeyd edib ki, seçkilərdə “exit-poll” keçirmək məqsədilə MSK-ya ünvanlanmış bütün müraciətlər müsbət qarşılanıb və dörd təşkilat qeydə alınıb ki, onların da ikisi öz işlərini nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirəcək: “Bunlarla yanaşı, şəffaflığın təmin olunmasında digər vasitə kimi, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində vebkameraların quraşdırılmasını qeyd etmək olar. Bu isə dünyanın istənilən yerində olan internet istifadəçilərinə hətta Azərbaycana gəlmədən, seçki məntəqəsində olmadan MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan seçki günü birbaşa onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə imkan yaradır. Seçki günü Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə edə bilərlər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məzahir Pənahov: "Seçki bülletenlərinin dərci bir həftəyə başa çatacaq"

    Məzahir Pənahov: "Seçki bülletenlərinin ...

    24-03-2018, 13:27

  • 
  • Prezident seçkiləri ilə bağlı bu prosedurlar başa çatır

    Prezident seçkiləri ilə bağlı bu prosedurlar başa ...

    19-03-2018, 15:55

  • 
  • MSK: 890 beynəlxalq müşahidəçi akkreditə olunub

    MSK: 890 beynəlxalq müşahidəçi akkreditə olunub ...

    9-04-2018, 14:33

  • 
  • MSK-dan xəbərdarlıq: "Namizədliyin qeydiyyatı ləğv edilə bilər"

    MSK-dan xəbərdarlıq: "Namizədliyin ...

    9-10-2015, 19:20

  • 
  • 23 gün seçki təşviqatına kifayət edəcəkmi?

    23 gün seçki təşviqatına kifayət edəcəkmi? ...

    6-08-2013, 11:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu