Prodüser Tarix Əliyev (Tolik) qalmaqallı açıqlaması ilə gündəmdədir.
Xəzər TV-nin Prodüser aparıcısı olduğu “Hər şey daxil” verilişində müğənni Üzeyir Mehdizadə ilə bağlı fikirlərini bölüşərək bunları deyib:
“Bir kütlə ki, Üzeyiri bu gün sevirsə, o, azərbaycanlı kütləsidir. O nə ermənidi, nə talışdı, nə qazaxdı. Biz onu kütlələrə bölməməliyik. 50 milyonluq azərbaycanlıyıq. Üzeyirə qulaq asanlar yaxşı adam deyil, Miri Yusifə qulaq asanlar yaxşıdır? Bu nə deməkdir? Bunu hansı kriteriyalarla götürürük?”.
gundemxeber.az Axşam.az-a istinadla bildirir ki, Tolik bu açıqlamasından sonra talışları ermənilərlə bir tutduğu üçün tənqid atəşinə tutulub. Prodüser İnstaqram hesabında bununla bağlı belə bir açıqlama verməli olub:
“Bəzi qanmazlara demək istəyirəm ki, özünüzlə məni səhv salmayın. Azərbaycanın hər bölgəsi mənə əzizdir. Canlı efirdir, bəlkə nəsə düz cümlə qurub fikrimi çatdıra bilməmişəmsə, dərhal gic-gic fikirlər səsləndirməyin. Burada yazanlar, qurban olasınız talışlara da, qazaxlılara da. Mənim hər iki bölgədən elə dostlarım var ki... Həmişə demişəm, ana nənəm Boradigahdandır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?