Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə onu tənqid edənlərə sərt cavab verib.
O, 2016–ci il də şəhidin məzarını ziyarət edən zaman çəkilən şəklini paylaşaraq qeyd edib: "Məni söyən bəziləri gərək yaddaşınızı hər dəfə təzələyim. Keçən il mən Xaçmaza gedib, şəhidimizin məzarın üstünü, solmuş bayrağı təzələdim. Öz adımdan deyil, Azərbaycan xalqının adından gül aparıb qoydum. Amma bu xalq hər şeyi tez unudur. Necə ki 3 gün sonra Zəhranı unudacaq. Vətənim ayda 1 və ya 2 şəhid verir guya siz onun şəklini paylaşırsız? Hamı sosial şəbəkələrdə qəhrəman olub. Bir əməlinizi göstərin. Mənim heç vecimə deyil, əsas Allah bilir bəsdir. Bəzilərinin yadına məncə hər dəfə salmaq lazımdır.”
Qeyd edək ki, bəzi sosial şəbəkə istifadəçiləri Toliki şəhidlərlə bağlı paylaşım etməməkdə suçlamışdı./azxeber.com
Sorğu
Yeni dizaynımız necədir?