GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ABŞ-ın “ögey-doğma işğalçı” siyasəti: Qarabağda müharibəyə başlasaq...

ABŞ-ın “ögey-doğma işğalçı” siyasəti: Qarabağda müharibəyə başlasaq...

Tarix: 3-05-2018, 10:32 Bölmə :Cəmiyyət Baxış: 393
ABŞ-ın “ögey-doğma işğalçı” siyasəti: Qarabağda müharibəyə başlasaq...


Dövlət katibinin köməkçisi Mitçell “Rusiya qoşunları Gürcüstandan çıxmalıdır” dedi, Azərbaycanı “unutdu”; işğalçı Ermənistan isə mayın 1-də rüsvay oldu; Bakı savaşa “siyasi məhbuslar”la getsə...

Bu günlər Ermənistanda yaşanan məlum hadisələr fonunda ABŞ-dan Qarabağ məsələsinə də dəxli olan maraqlı açıqlama gəlib. “Yeni Müsavat” xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell Tiflisdəki NATO-Gürcüstan xalq diplomatiyası forumunda bəyan edib ki, “Rusiya öz hərbi kontingentini Gürcüstan ərazisindən çıxarmalıdır”. Mitçell ardınca öz ölkəsinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bəyan edib.

Xatırladaq ki, az öncə - ötən ay ABŞ-ın ATƏT-dəki missiyası analoji bəyanat yaymış və Rusiyanı işğalçı adlandırmışdı. Bundan əlavə, postsovet ölkələri arasında Gürcüstan Ukraynadan sonra ABŞ-dan ən çox maliyyə-humanitar yardımı alan ölkədir: 2018-ci il üçün onun həcmi təxminən 500 milyon dollar nəzərdə tutulur.

Gürcüstan və Ukrayna üstəlik, Birləşmiş Ştatların NATO-dan kənar hərbi müttəfiqləri elan edilib. Həmçinin bu il ABŞ Senatının təsdiqlədiyi maliyyə sənədində xüsusi vurğulanır ki, Gürcüstanın işğal altındakı Abxaziya və Cənubi Osetiya regionlarında iş görən, ora maliyyə yatıran bütün şirkət və qurumlar avtomatik şəkildə Amerikanın sanksiyaları altına düşəcək.

*****

Bunları xatırlatmaqda məqsəd postsovet məkanındakı işğal faktlarına və separatçılığa dünyanın 1 nömrəli dövlətinin ikili standart yanaşmasını diqqətə gətirməkdir. Çünki Azərbaycanın da ərazisinin bir qismi öz qonşusu Ermənistan tərəfindən işğal edilib. 1 milyondan çox insanımız öz tarixi yurd yerindən qovulub, ərazilərimizdə etnik təmizləmə, hətta soyqırımı (Xocalı) həyata keçirilib.

Amma Vaşinqtondan bir dəfə də olsun, bu işğalı və erməni separatizmini pisləyən, Ermənistanı işğalçı adlandıran, “Ermənistan Azərbaycan ərazisindən hərb kontingentini çıxarmalıdır” kimi bəyanat eşitməmişik. Halbuki, Mitçelin tədbirə qatıldığı Tiflis təcavüzkar Ermənistanın cəmi 100 km-liyində yerləşir.

Bəyanatlar bir yana qalsın, üstəgəl, biz Azərbaycana qarşı hələ də aradan qaldırılmayan bədnam “907-ci düzəlilş”in, Azərbaycan türməsinin darıxdığı erməni separatçı-quldurlara ABŞ-a vaxtaşırı səfərləri üçün vizalar verilməsinin (özü də məlumatlara görə, qondarma rejimin saxta sənədləri əsasında), bəzi amerikalı konqresmenlərin cəzasız şəkildə Qarabağa qanunsuz səfərlər etməsinin şahidi olmuşuq. Habelə separatçı bölgəyə və işğalçı Ermənistana hər il ABŞ-ın maliyyə yardımları ayrılıb. Ötən həftə isə Ermənistandakı məlum hadisələrlə bağlı ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda işğalçı “dost və qardaş ölkə” adlandırılırdı...

*****

“Dost-qardaş işğalçı”. İkili standart göz deşir, deyilmi?

Görəsən, bu, o anlama gəlmirmi ki, günün birində Azərbaycan beynəlxalq hüquqa, Qarabağla bağlı BMT TŞ-nin qətnamələrinə söykənərək öz ərazilərin güc yolu ilə azad eləməyə başlasa, ABŞ-ın simpatiyası “dost-qardaş”, “doğma” Ermənistana olacaq? Yəni Amerika Gürcüstan kimi işğala məruz qalan Azərbaycanın yanında yer alacaq, yoxsa işğalçının?

Bu sualın cavabı bizim üçün Rusiyanın mövqeyi qədər vacibdir və onu özümüz üçün dəqiqləşdrməmiş hərəkətə keçmək yəqin ki, riskli olar.

Sözsüz ki, özünün əlverişli coğrafi mövqeyi, təbii resursları və balanslı xarici siyasəti ilə Azərbaycan ABŞ üçün qat-qat önəmli ölkə, mühüm strateji tərəfdaşdır, nəinki Ermənistan. Avropanın Rusiyadan energetik asılılığının azalmasında ölkəmizə mühüm dəyər verilir. Bundan əlavə, Əfqanıstandakı ABŞ sülhməramlı hərbi kontingenti üçün yük daşınmalarında Azərbaycan vacib tranzit ölkə, Vaşinqtonun daima hədəfində olan İranın qapı qonşusudur. Azərbaycan eyni zamanda vassal Ermənistandan fərqli olaraq, Rusiyanın siyasi-hərbi təsir zonasından maksimum uzaq duran, ərazisində rus hərbi bazası saxlamayan ölkədir.

*****

Bütün hallarda sağlam məntiq diktə edir ki, Moskva kimi rəsmi Vaşinqtonun da ən azından, neytrallığına əmin olmadan Bakı Qarabağla bağlı güc yoluna əl atmağa tələsməməlidir. Paralel surətdə ABŞ-Azərbaycan münasibətlərinin daha proqnoza yatımlı və isti olması, ölkənin demokratik imicinin möhkəmlənməsi üçün əlavə addımlar atmalıdır. Bura təməl insan haqları, siyasi məhbus adlandırılanlarla bağlı vaxtaşırı məkrli dairələr tərıfindən qabardılan məsələlər də daxildir. Necə deyərlər, Azərbaycan müharibəyə siyasi məhbuslarla gedə bilməz.

Belə addımlar xüsusən də Ermənistanda guya demokratik hərəkatın, “məxməri” inqilabın baş verməsi fonunda Amerikanın işğalçı ölkəyə artan rəğbətindən dolayı ikiqat vacib görünür. Bu mənada işğalçı ölkədə daxili ictimai-siyasi proseslərin dinc, demokratik məcradan çıxaraq qanlı ssenari üzrə inkişaf eləməsi, iğtişaşların yaşanması, yekun etibarilə hərəkatın Qərbin, ABŞ-ın gözündən düşməsi Azərbaycanın maraqlarına tamamilə cavab verir - öncəliklə də işğal altındakı ərazilərimizi silah gücünə azad eləmək üçün daha əlverişli fürsətin yaranması baxımından...

Bu xüsusda erməni politoloq Ovannes İgityanın aşağıdakı fikri ibrətamizdir. Sitat: “Çox təəssüf ki, Ermənistan bu prosesin (etiraz hərəkatının - red.) ədalətli həll ehtimalının olduğunu bütün dünyaya göstərmək şansını itirdi. Həmin 58 millət vəkili (mayın 1-də baş nazir seçkisini əngəlləmiş hakim partiya deputatları - red.) beynəlxalq aləmdə erməni xalqının çətin vəziyyətdə məntiqli qərar qəbul edə bilmədiyi təəssüratını yaradaraq Ermənistanı rüsvay etdilər”.

İşğalçı ölkənin rüsvayçı durumu isə əlbəttə ki, Azərbaycanın, Qarabağın nəfinədir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Putinin Abxaziya səfərinə sərt reaksiya verib

    ABŞ Putinin Abxaziya səfərinə sərt reaksiya verib ...

    10-08-2017, 12:07

  • 
  • ABŞ-dan Azərbaycana hərbi dəstək

    ABŞ-dan Azərbaycana hərbi dəstək ...

    13-08-2014, 00:34

  • 
  • Türkiyənin qərarının ardınca Jirinovskidən təklif

    Türkiyənin qərarının ardınca Jirinovskidən təklif ...

    21-04-2018, 13:06

  • 
  • Gürcüstan Rusiyada xəstəlik yaydı

    Gürcüstan Rusiyada xəstəlik yaydı ...

    2-06-2013, 13:34

  • 
  • ABŞ-ın Minsk qrupunda yeni həmsədri məlum olub  Böyüt

    ABŞ-ın Minsk qrupunda yeni həmsədri məlum olub ...

    24-08-2017, 10:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu