Rusiyanın baş dövlət sanitar həkimi Gennadi Onişşenko bəyan edib ki, Rusiyada donuzlar arasında donuz vəbasının yayılması Gürcüstanın planlı iqtisadi diversiyasının nəticəsidir. “Bunun belə olduğuna şübhə yoxdur. Sözsüz ki, bu, Gürcüstan ərazisindən həyata keçirilib. Məqsəd Rusiyanın cənubi və şimali Qafqaz bölgələrinin iqtisadiyyatını pozmaqdır”, - Gennadi Onişşenko “İnterfaks”a açıqlamasında deyib.
Qeyd edək ki, daha əvvəl Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, Afrika vəbası Gürcüstandan keçə bilməz. Çünki, Gürcüstanda belə xəstəlik yoxdur.
Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin mayın 27-də açıqladığı rəqəmlərə görə, Afrika vəbası Rusiyaya 2 milyard rubl ziyan vurub. 2008-ci ildən indiyədək 400 min baş donuz məhv edilib. Nazirlik bəyan edib ki, xəstəliyi Rusiya ərazisinə Gürcüstandan vəhşi qabanlar gətiriblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?