GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nazirlikdən XƏBƏRDARLIQ: "Bu şəxslər 25 min manat cərimələnəcəklər"

Nazirlikdən XƏBƏRDARLIQ: "Bu şəxslər 25 min manat cərimələnəcəklər"

Tarix: 11-05-2018, 14:06 Bölmə :Cəmiyyət Baxış: 443
Nazirlikdən XƏBƏRDARLIQ: "Bu şəxslər 25 min manat cərimələnəcəklər"


Ekologiya və Təbii Sərvətlər Nazirliyində atmosfer havasında zərərli maddələrin təsiri ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda bildirilib ki, ictimai-iaşə obyektlərinin fəaliyyəti zamanı ayrılan tüstünün, qazların və iy-qoxunun yayılması atmosfer havasını zərərli maddələrin təsirinə məruz qoyur, ətrafdakılara neqativ təsir göstərir.

Nazirliyin sözçüsü İradə İbrahimova bildirib ki, bununla bağlı son vaxtlar nazirliyə sakinlər tərəfindən çoxsaylı müraciətlər daxil olur:

"Xüsusən də, şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır".

Daha sonra jurnalistlərə məlumat verən Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva bildirib ki, atmosfer havasının mühafizəsi üçün bəzi şadlıq evləri və ictimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıqlar qurulmalıdır:

"Nazirliyin vəzifəsi əhalini narahat edən bütün problemlərlə maraqlanmaqdır. Belə də edirik. Fərqi yoxdur ki, problem böyük şəhərə və ya kiçik bir ərazisiyə aiddir. Məsələ varsa, həll olunmalıdır. Şadlıq evləri və ictimai iaşə obyektlərinin fəaliyyətində müəyyən funksiyalar var. Obyektlərin çoxalması insanlara mənfi təsir edir. Bu ziddiyyətləri aradan qaldırmaq üçün nazirlik müvafiq işlər görür".

Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşı Kənan Kərimli zərərli qaz birləşmələrdən hava nümunələri götürüldüyünü bildirib:“Şadlıq evləri ətrafında yoxlamalar aparılır. Şadlıq evlərində müasir avadanlıqların qurulması üçün bu iaşə obyektlərinin sahiblərinə müvafiq məktublar göndərilib”.

Ətraf mühit üzrə Milli Monitorinq departamentinin əməkdaşı Cəlayir Səmədov bildirib ki, havada yanma məhsullarının miqdarı normadan dəfələrlə çox olub: “Karbon monooksidin miqdarı 12, kükürdördoksidin miqdarı normadan 4 dəfə çox müşahidə edilib. Bu iaşə obyektərində istifadə eidlən avadanlıqlar yenilənərsə, karbon monooksidin miqdarı tamamilə azala bilər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq departamentinin əməkdaşı Mirsalam Qəmbərov bildirib ki, ötən həftə paytaxtın Sabunçu, Xətai, Səbail və bir sıra ərazilərdə atmosferdə kəskin qoxu müşahidə edilib və bu da insanlara mənfi təsir göstərib. Bununla bağlı müvafiq təşkilatlara xəbərdarlıq etmişik.

Aparılan monitorinq nəticəsində şəhərin bir sıra ərazilərində kəskin qoxu yayıldığı müəyyənləşib: “Mayın 4-də nazirliyin müvafiq qurumları tərəfindən bununla bağlı araşdırma aparılıb. Müəyyən etdik ki, pis qoxu şəhərin müvafiq nöqtələrində dörd yerdə daha kəskin yayılıb. Bu bilavasitə Neft Emalı Zavodu və onun əhatə dairəsinə aid olan ərazilərdir. Havanın isti və rütubətin normaya uyğun olmaması bu maddələrin daha çox yayılmasına səbəb olub. Neftayırma zavodunun əməkdaşları prosesin onlarda baş vermədiyini deyir. Mənbədən alınan tullantı texnologiyaya uyğun ola bilər.

Lakin atmosferə atılanda bu atmosfer havası üçün zərərli olur. Ayrılan tullantıların atmosfer havası üçün zərərsiz olması üçün bütün lazımi tədbirlər görməkdə istehsalçı müəssisələr öhdəlik daşıyır. Qanunverciliyin tələbi pozulursa, qanunamüvafiq tədbir görülməlidir. Buna uyğun protokol tərtib edilib. İşçi qrupumuz hazırda pis qoxu yayılan ərazilərdə ətraf mühitə vurulan ziyanı hesablayır, yaxın günlərdə bu rəqəm açıqlanacaq”.

Nazirliyin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirib ki, restoranlardan havaya atılan tüstünün aradan qaldırılması üçün sahibkarlara və müvafiq icra hakimiyyətinə müraciət etmişik: “Restoran sahibləri problemin aradan qaldırılması üçün bizdən yardım istəsələr, onlara köməklik göstərməyə hazırıq. Onlara rəsmi surətdə məktub göndərilib. Bildirilib ki, qısa zamanda problem aradan qaldırılmalıdır”.

M.Avazova onu da vurğulayıb ki, ötən əsrin 60-ci illərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyində komissiya fəaliyyət göstərir: "Komissiya Bakıda daha çox monitorinqlər aparır. Sənaye müəssisələrinin sayı artır, kiçik sahibkarlıq inkişaf edir. Bunu nəzərə alaraq monitorinqlərdə ciddi dönüşlər aparmışıq. Proqramımızdan əlavə atmosfer havasındakı iy-qoxu ilə bağlı çoxsaylı monitorinqlər aparılıb. Artıq bəzi regionlarda müşahidə olunan qoxunun miqdarında azalma var”.

Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşı Kənan Kərimli isə vurğulayıb ki, qanunvericiliyin tələblərini pozan iaşə sahiblərinə qarşı İnzibati Xətalar Məcəlləsinin 237.2 maddə müvafiq tələblərinə uyğun olaraq tədbirlər görüləcək. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi, aparatlardan istifadə edilməməsinə görə fiziki şəxslər 600 manatdan 25 min manata qədər, hüquqi şəxslər 20-25 min manat cərimələnməsi nəzərdə tutulub”./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sinoptiklər hava şəraiti ilə əlaqədar  xəbərdarlıq edirlər

    Sinoptiklər hava şəraiti ilə əlaqədar xəbərdarlıq ...

    18-11-2013, 12:38

  • 
  • Azərbaycanın ən çirkli şəhərləri - SİYAHI

    Azərbaycanın ən çirkli şəhərləri - SİYAHI ...

    14-01-2015, 14:17

  • 
  • Restoranların üçdə birindən çoxu Bakıda cəmləşib

    Restoranların üçdə birindən çoxu Bakıda cəmləşib ...

    6-12-2013, 18:03

  • 
  • İki nazirliyin 30 əməkdaşı işdən çıxarıldı

    İki nazirliyin 30 əməkdaşı işdən çıxarıldı ...

    16-11-2015, 12:47

  • 
  • DİN-dən əhaliyə XƏBƏRDARLIQ

    DİN-dən əhaliyə XƏBƏRDARLIQ ...

    16-12-2015, 17:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu