GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İslahat selinin aparacağı general: Ramiz Zeynalov üçün çətin dönəm

İslahat selinin aparacağı general: Ramiz Zeynalov üçün çətin dönəm

Tarix: 11-05-2018, 17:04 Bölmə :Cəmiyyət Baxış: 693
İslahat selinin aparacağı general: Ramiz Zeynalov üçün çətin dönəm


Aprel seçkilərindən sonra həm idarəçilik sistemində, həm də bu sistemin idarəçiləri sırasında ciddi dəyişikliklər müşahidə olunmaqdadır. O sahələrdə ki dəyişiklik artıq çiban kimi yetişmişdi. Ölkədə sosial gərginliyə, təbəqələşməyə, yoxsulluq və məmur qudurğanlığına səbəb olan halları təcili və qeyd-şərtsiz aradan qaldırmaq lazım idi.

gundemxeber.az bildirir ki, proses hələ davam edir və cumhuriyyet.az-a daxil olan məlumata görə, kütləvi ictimai narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) olduğu üçün, bu qurumla da bağlı köklü dəyişikliklər məsələsi müzakirə olunmaqdadır.xeyli müddətdir ölkədə narazı qalınan əsas dövlət qurumları içində iki strukturun xüsusi olaraq adı çəkilirdi. Onlardan biri Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Nəqliyyat Müfəttişliyi idisə, digəri də Dövlət Yol Polisi Xidmətiydi. Bildirək ki, bu iki nəhəng dövlət qurumundan artıq biri yoxdur. Və işin qəribə tərəfi odur ki, Nəqliyyat Müfəttişliyi ləğv edilərək, ən çox şikayət olunan digər quruma, Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) verilib.

BDYPİ də ləğv olunur?

Məsələ belədir ki, Nəqliyyat Nazirliyinin səlahiyyətsizləşdirilməsindən sonra daha bir neçə qurumun da eyni aqibət yaşayacağı proqnozlaşdırılır. Artıq proqnozlara uyğun olaraq bəzi qurumlar artıq ləğv olunub. Məsələn, MTN artıq yoxdur. Eyniylə, Dövlət Satınalmalar Agentliyi də dövlət başçısının fərmanı ilə ləğv edilib.
Sırada isə digər qurumların olacağı istisna deyil. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumatlarda qeyd olunur ki, BDYPİ-nin ləğv edilməsi məsələsi də artıq gündəmə gəlib. Məsələ belədir ki, Nəqliyyat Müfəttişliyinin birləşdirildiyi BDYPİ-nin ləğv edib, yerində Dövlət Avtomobil Müfəttişliyinin yaradılması nəzərdə tutulur.
Belə bir zərurətin yaranmasının tutarlı əsasları təbii ki, var. Məsələ belədir ki, artıq təkcə mediada deyil, eyni zamanda sosial şəbəkələrdə də DYP-nin fəaliyyəti ən ağır formada tənqid edilir. Və bu tənqidlər əvvəlki dönəmlərdən fərqli olaraq, hansısa şikayətlərin əsasında deyil, elə canlı şəkildə çəkilmiş videogörüntülərin əsasında formalaşıb. Cəmiyyətin tələbi budur ki, ya BDYPİ ləğv olunmalıdır, ya da tamamilə dəyişdirilməlidir. Yəni, ən azından keyfiyyət dəyişikliyi baş verməlidir.

Prezidentin iradəsi

Məlum olduğu kimi, ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində İdarəetmə sistemi formalaşdırmaq, ölkədə nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb. Cumhiriyyet.az oxuculara xatırladır ki, 2007-ci ildən bu qurum dövlət büdcəsindən maliyyələşir. Yəni hər il bu quruma dövlət büdcəsindən külli miqdarda pul ayrılır. Ölkə ərazisində kameralar, informativ bələdçilər və digər texniki avadanlıq quraşdırılır. NİİM-in yüksək səviyyədə çalışması üçün ayrıca mərkəz inşa olunur və əməkdaşlar cəlb edilir. Bunların hamısına dövlət özü xərc çəkir. Ümumiyyətlə, NİİM-in formalaşdırılması təqdirə layiq və innovativ bir addım olub, amma onun normal fəaliyyəti üçün digər parallel addımlar atılmalıdır. Sual yaranır ki, hansı addım? İlk olaraq, həmin qurumun tam azad, şəffaf və müstəqil rejimdə çalışması.
İkincisi və ən əsası isə, Dövlət yol polisi tam restrukturizasiyasına ehtiyac var. Çox uzaqa getmədən, elə yaxın qonşumuza baxsaq, kifayətdir. Burada islahatlar nəticəsində vahid polis sistemi quruldu. Lazımsız və büdcədən artıq vəsait yeyən, korrupsiyada mühüm rol oynayan yol polisi tam olaraq ləğv edildi. Post Patrul Xidmətinin səlahiyyəti artırılaraq xidməti funksiyaları genişləndi. NİİM-in nəzərdə tutulan, amma illərdi işləyə bilməyən missiyası da həyata keçirilməlidir.

Generala yol görünür

Aydın məsələdir ki, ləğv ediləcək və bazasında yeni bir qurum yaradılacaq dövlət təşkilatının başına kimin rəhbər gətiriləcəyi də maraqlı müzakirələrdən biridir. Bu posta yetərli qədər layiqli adamın olduğuna şübhə yoxdur. Həmçinin polisdə BDYPİ-dən də daha artıq qurumları idarə edə biləcək şəxslər var və bunu kimsə inkar edə bilməz.
Yeni qurumun yaradılmasından sonra onun başına yenidən BDYPİ-nin rəisi, general Ramiz Zeynalovun gətirilib, gətirilməyəcəyi məlum deyil. Məsələ belədir ki, faktiki olaraq mövcud durumda general günahkar hesab edilir və ona qarşı əsas ittiham da budur ki, BDYPİ-ni lazımi səviyyədə idarə edə bilmədiyi üçün bu qədər neqativ hallar meydana çıxır. Belə olan təqdirdə, xüsusən də indiki həssas məqamda rəhbərlik də dəyişiklik etməkdə məcburiyyət hiss edəcəklər. Ona görə ki, cəmiyyətdə sosial səbəblərdən narazılıq baş qaldırdığı bir vaxtda, bir də BDYPİ kimi çoxlu şikayətlər edilən qurumda əsaslı dəyişiklik etmək zərurəti var. Yeni kadrın ən azı keçid dönəmində durumu düzəldə biləcəyi istisna edilmir. Hərçənd Ramiz Zeynalovun pensiya yaşından 5 il keçib. Amma bu müddət ərzində onun işdən çıxarılması məsələsi gündəmə belə gəlməyib. Özü də bunca şikayət varkən.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nəqliyyat Nazirliyinin səlahiyyəti Dövlət Yol Polisinə verilir

    Nəqliyyat Nazirliyinin səlahiyyəti Dövlət Yol ...

    17-09-2015, 20:28

  • 
  • Ölkənin bir nömrəli DYP rəisi Bakıda baş verən ağır yol qəzasından — DANIŞDI

    Ölkənin bir nömrəli DYP rəisi Bakıda baş verən ...

    4-08-2017, 14:44

  • 
  • DYP-dən sürücülərə və avtomobil sahiblərinə MÜRACİƏT

    DYP-dən sürücülərə və avtomobil sahiblərinə ...

    20-07-2017, 10:48

  • 
  • Yol polisi sürücülərə 1 AY VAXT VERDİ

    Yol polisi sürücülərə 1 AY VAXT VERDİ ...

    12-10-2017, 16:45

  • 
  • Bakıda 23 yol polisi xidmətdən qovulub...

    Bakıda 23 yol polisi xidmətdən qovulub... ...

    14-01-2015, 14:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu