Suraxanı rayonu Günəşli qəsəbəsi A-B massivi, bina 38 ünvanında yaşayan Həmidə adlı qadın kredit götürdüyü "Nikoil Bank"a borcu olduğu üçün məhkəmə onun evini musadirə etmə barədə qərar qəbul edib. Bu qərara etiraz əlaməti olaraq qadın özünü yandıracağını deyir.
Hazırda FHN-nin xilasediciləri və polis əməkdaşları qadını fikirindən daşındırmağa cəhd göstərirlər.
Əldə olunan məlumata görə, qadın bankdan 18000 dolar kredit götürüb. Devalivasiyadan sonra bu məbləği ödəyə bilmədiyi üçün borcu 29 000 dollara qalxıb.
Bu səbəbdən məhkəmə sözügedən qadının əmlakının müsadirə edilməsi ilə bağlı qərar çıxarıb.
Məhkəmə icraçıları hazırda qadının evindən çıxmasını tələb edir. O, isə buna etiraz edərək qapını açmayaraq, özünü yandıracağını deyir./unikal.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?