Adətən Azərbaycanın səriştəsizliyi və iradəsizliyini nəzərdə tutaraq yazırlar: anlamırlar və ya cavab vermirlər...
Yaradılmasından bir neçə il sonra mən təsadüfən “Qafqaz üçlüyü” (2015, rejissorlar Eldar Şengelay, Fuad İbrahimbəyov, ssenari Rüstəm İbrahimbəyov) filmini gördüm – başa düşdüm və cavab verirəm.
Filmin proloqunda uşaqlar qayadan suya tullanırlar. Onlardan biri - ən cəsarətlisi – dostunu həvəsləndirir.
Sonradan aydın olduğu kimi, həmin qorxaq – azərbaycanlı, bax o cəsur isə (filmin əsas qəhrəmanıdır) böyüyəndə oftalmoloq, yüksək peşəkar, həm də nəcib və qərəzsiz biri olacaq Bakı ermənisidir.
Həmin erməni həkimlik bacarığını Moskvada nümayiş etdirdiyi vaxtda onun oğlu – istedadlı aktyor Bakıda Azərbaycan soyadı ilə ögey ata evində yaşamağa davam edir. Bu oğul da Moskvaya köçməyi planlaşdırır. O, aktyor kimi taleyini həll edəcək tamaşa ilə məşğuldur. Ləyaqətli həkimə vərəsəlik üçün nədənsə bioloji oğlunun özünün əsl erməni soyadını təcili şəkildə qaytarması lazımdır.
Bax burada ən qorxulu hadisələr başlayır.
Qəddar azərbaycanlı kənd uşaqları bədbəxt aktyorun etnik köklərini bir şəkildə aşkar etdikdən sonra onu quyuya atırlar və üzərinə daş atmağa başlayırlar - ekranda qansız türk vəhşilərinin əlindən erməni ziyalılarının sonsuz əzabları təsvir olunur.
Oğlunun yoxa çıxması xəbərini eşidən ata cəsarətlə sərhədi keçir və bədbəxt, unudulmuş dostuna (düzdür, artıq yetkin kişidir) - Azərbaycanda neft ehtiyatlarının tükəndiyini proqnozlaşdırdığı üçün işdən qovulan şəxsə qonaq gəlir.
Qəddar, bədnam azərbaycanlılar dərhal nəcib erməninin gizləndiyi evin ətrafında toplanırlar. Elə burada da televiziya müxbiri linç edilməni lentə almaq üçün hazır dayanıb.
Hər halda bədbəxt, yaşlı həkimi döyməyə nail olurlar – bunu hava limanında sərhəd xidmətinin əməkdaşı edir. Həzz alaraq döyür, bununla sanki çoxdankı gizli arzusunu reallığa çevirir.
Qalır bir şeyi əlavə etmək, sözügedən filmlə erməni kinematoqrafçılarının heç bir əlaqəsi yoxdur.
Bu “dostluq” səhnəsinin rejissoru gürcü filminin klassiki sayılan və öz dövründə Bakıda 26 komissar haqqında film çəkmiş klassik Nikolay Şengelayın oğlu Eldar Şengelaydır.
Qısası, Şengelay Abxaziya mövzusunda heç vaxt bənzər bir film çəkməzdi. Lakin rejissorun özünə bəraət qazandırmaq üçün bir bəhanəsi - müraciət edəcəyi şəxs var. Bu şəxs filmin ssenari müəllifi, tanınmış yazıçı, dramaturq və ssenarist azərbaycanlı Rüstəm İbrahimbəyovdur.
Yeri gəlmişkən, filmdə onun pyesinə əsasən, tamaşada məhz döyülmüş aktyor oynamalıdır. Bundan əlavə, filmdə öz pyesini qəhrəmanlardan birinin dili ilə məhz ssenari müəllifi Rüstəm İbrahimbəyovun (hansı ki, bir dəfə Bakıda keçirilən film festivalında özünü mükafatlandırması ilə yadda qalıb) özü tərifləyir.
Xalqı 25 ildən çoxdur işğal edilmiş doğma torpaqlarının geri qaytarılması arzusu ilə yaşayan, qana bulanan əl və ayaqlarını açaraq uzanan öldürülmüş azərbaycanlı uşaqların fotolarını görə bilməyən yazıçı İbrahimbəyovu bu gün bir problem - Bakıya gələn ermənilərin təhlükəsizliyi və rahatlığı narahat edir. Üstəlik, filmdən də göründüyü kimi, şəxsin azərbaycanlılara qarşı xüsusi sevgisi də yoxdur.
O, tələsik yazdığı “Ermənilər əleyhinə məqaləni” “lənətlənmiş” adlandırır. Bakıda özünü çox həyasızcasına aparır, çünki azərbaycanlılar aqressiv olsalar da, həm də qorxaqdırlar.
Hətta filmdə bir-birinə yaxın adamların əlaqələri ən ibtidai əxlaq və insanlıqdan məhrumdur. Gənc aktyoru bir saat içində onu böyüdən və tərbiyə edən şəxsi satdığına görə vicdanı narahat etmir, ögey ata isə oğlu hesab etdiyi şəxsin birdən-birə yeni atasının tərəfinə keçməsinə zərrə qədər təəssüf etmir. Hətta o, buna görə şad da olur: “Nəhayət, mənim oğlum qorunacaq”.
Həqiqətən də filmin müəlliflərinin təqdim etdikləri Azərbaycanda - nazirdən hava limanındakı təcrübəsiz qeydiyyat işçisinə qədər hər kəsin əclaf olduğu, hamının kütləvi şəkildə yaşlı gürcünü ölənə qədər döyməyə hazır olduğu belə bir dünyada heç kim qoruna bilməz.
Bu filmdə yaxşı şeylər yalnız bir nəfərdə toplanıb. Moskvada qoca erməni bizim qəhrəmanımızdan soruşur: “Bəs tamaşa necə adlanır? – İbrahimbəyovun “İlmə”si. “İbrahimbəyov? Bu kimdir, azərbaycanlıdır?” – “Bax belə” (baş barmağını yuxarı qaldırır - "özününkülər kimi deyil, yaxşıdır").
Moskva bu filmdə vəd edilən torpaq və başqa bütün problemlərin həll edildiyi, hər kəsin xoşbəxtliyə çatdığı yerdir. Xüsusilə bu fikir dəqiq şəkildə finalda sadə müqayisəli posterlə əks olunub. Alçaqlar verdikləri vədi pozaraq Bakıda bədbəxt azərbaycanlının ofisini dağıdırlar (vəhşilərin hətta sevimli oyuncağa belə yazıqları gəlmir). Bu vaxt ərzində qaçmağı bacaranları isə Moskvada sürətli yüksəliş gözləyir. Sətiraltı məna aydındır. Həm Bakıdakı qapalı ofis, həm də Moskvadakı tamaşaçılar Sovet İmperiyasının süqutuna görə təəssüfləndiyini heç vaxt gizlətməyən müəllifin öz həyatındandır.
Gürcü rejissorları nə hərəkətə gətirib?
Görəsən, şüuraltının hansı guşəsində azərbaycanlıları alçaq və cəllad kimi göstərmək arzusu meydana gəlib? (indiki Gürcüstan prezidenti də Xocalı qurbanlarının xatirəsini yad etməkdən imtina edib).
Rejissor Puşkin operettasının tapançası ilə “xaltura” işi görərək, açıq-aşkar qarşısına heç bir yaradıcı tapşırıq qoymayıb. Bakı milliyətçilərini filmdə iyrənc simalı gürcülər oynayırdı, çünki filmdə çəkilməkdən yalnız ssenari müəllifinin yaxın qohumları olan azərbaycanlılar imtina etməmişdi.
“Ermənilər – bizim bir nömrəli düşmənlərimizdir”, - filmdəki personajlardan biri deyir. Məhz burda müəllif bizə Qarabağ probleminin səbəbini nədə görməsi barədə aydın izah verir.
Filmdə Azərbaycan torpaqlarının işğalı ilə bağlı bir kəlimə də deyilmir. İbrahimbəyovun fikrincə, səbəb azərbaycanlıların ermənilərə qarşı izaholunmaz nifrətidir. Bunu bir azərbaycanlıdan eşitmək çox “dəyərli”dir. Belə bir şey açıq şəkildə filmin sonunda pyesin müəllifinin mükafatlandırıldığı alqışlar üçün minnətdarlığa hesablanaraq edilir.
Bu film – “Böyük Ağ Çar”ın qılığına girmək cəhdidir (və ilk cəhd deyil), öz həmvətənlərinin vəhşiliyi fonunda özünə humanitar və cəsarətli olduğunu göstərməkdir. O vəhşilər ki, müəllif yaxın keçmişdə prezidentliyə namizədliyini irəli sürərək, rəhbərlik etmək fikrinə düşmüşdü.
Belə sənətçilər Sovet İmperiyasının tipik məhsullarıdır. Ümid etdikləri təşəkkür və şəfqəti onlar əldə edirlər, ancaq həmişə nifrətlə birlikdə...
Bəs yaxşı, hələ də Bakıda fəaliyyət göstərən və hələ də bu insanın normal şəkildə rəhbərlik etdiyi təşkilatın üzvləri hansı hisləri keçirirlər?/axar.az
Sorğu
Yeni dizaynımız necədir?