"Hesab edirəm ki, Milli Şuranın Moskvanın vasitəçisi olaraq Azərbaycanda həyata keçirmək istədiyi plana qarşı çıxmaq lazımdır". Bu barədə Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.
Əli Əliyev Azərbaycan hakimiyyətini bu məsələdə konstitusion hüquqlarını icra etməyə çağırıb: "Hesab edirəm ki, Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təhdid altına salmağa cəhd edən şəxslər dərhal həbs olunmalıdırlar. Əgər belə faktlar varsa və Eldar Namazov da Moskvaya Azərbaycan dövlətçiliyinin əleyhinə çevrilmiş təlimatlar alınması ilə bağlı gedibsə, o da həbs olunmalıdır". Əli Əliyev hesab edir ki, Milli Şuradan ümumi bir şəxsin Moskvaya səfər etməsi görünür, Kremillə hansısa məsləhətləşmələrin aparılması və yaxud da yeni təlimatların telefon, internet vasitəsi ilə yox, canlı olaraq ötürülməsi məqsədi güdür: "Yəqin ki, Milli Şuranın növbəti sessiyaları həmin təlimata uyğun istiqamətləndiriləcək. Mən Milli Şuranın növbəti sessiyasının təxirə salınmasını bunda görürəm".
VİP sədri Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi məsələsinə də toxunub: "Hesab edirəm ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyə qorxur, ona buradan qorxu duası yazdırıb aparmaq lazımdır ki, üstündə gəzdirsin. Azərbaycanın siyasi hakimiyyəti uğrunda mübarizə aparan adamın mətbuat vasitəsi ilə "qorxuram" ifadəsini işlətməsi siyasi natamamlıqdır və bu adamın mövqeyi gülünc doğurur".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?