GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Paşinyan Rusiyanın adamlarını qovur, silahlarından isə imtina etmir - nonsens

Paşinyan Rusiyanın adamlarını qovur, silahlarından isə imtina etmir - nonsens

Tarix: 26-05-2018, 12:53 Bölmə :Cəmiyyət Baxış: 298
Paşinyan Rusiyanın adamlarını qovur, silahlarından isə imtina etmir - nonsens


Rusiyanın “5-ci kolon”u yığışdırılır – ermənilər təlaşda; Yeni baş nazirin ordu rəhbərliyindəki son kadr təyinatı Kremlin qəzəbini daşıra bilər; Paşinyan Putinə “əlcək” atır? “Moskvanın cavabı gecikməyəcək, tezliklə Qarabağ cəbhəsində Bakının önü açılacaq” – erməni nəşrindən SOS

Ermənistanda 8 may hakimiyyət çevrilişindən sonra vəziyyət qeyri-müəyyən olaraq qalır. Bunun əsas səbəbi köhnə komandanın - “Qarabağ klanı”nın bir sıra dövlət strukturlarının müxtəlif pillələrində hələ də öz mövqeyini saxlaması, parlament çoxluğunun sabiq prezident Serj Sərkisyan partiyasında qalmasıdır. Yen baş nazir Nikol Paşinyan hələlik yalnız kadr təyinatları ilə situasiyanı öz xeyrinə dəyişib xalqa vəd elədiyi islahatları həyata keçirmək, növbədənkənar, azad və ədalətli seçkilər keçirmək niyyətindədir.

Onun yüksək vəzifələrə təyin elədiyi kadrlar isə əsasən Amerika və ya Qərbyönlü şəxslərdir. Bunlar - xarici işlər, müdafiə, iqtisadi inkişaf, mədəniyyət, kənd təsərrüfatı nazirləri, habelə Təhlükəsizlik Şurasının katibidir. Bütün bunların ardınca srağagün Paşinyanın israrlı təkidi ilə Baş Qərargah rəisi Movses Akopyan vəzifəsindən qovulub. Prezident Armen Sərkisyanın sərəncamı ilə onun yerinə Müdafiə Nazirliyinin idarə rəisi Artak Davtyanı təyin edilib.

*****

“Yeni Müsavat” xatırladır ki, Xocalı hərbi canilərindən olan Movses Akopyan (Xankəndindəki 366-cı alayın komandirlərindən olub) qarabağlıdır və Serj Sərkisyana yaxın adamlardandır. Təsadüfi deyil ki, məhz Sərkisyanın prezidentliyi dövründə o, separatçı rejimin “müdafiə naziri” vəzifəsindən Ermənistanın Baş Qərargah rəisi postuna gətirilmişdi. Ən əsası, Rusiyada hərbi təhsil alan Akopyan Moskvaya sadiq və bağlı bir adam, Rusiya “5-ci kolon”unun Ermənistan Müdafiə Nazirliyi sistemindəki ən etibarlı şəxsi və təsir agenti sayılırdı.

Yəni qənaət hasil olur ki, qərbyönlü baş nazir Nikol Paşinyan və qərbmeylli prezident Armen Sərkisyan birləşib həm də Rusiyanın Ermənistandakı təsir agentlərini, “5-ci kolonu”nu sıradan çıxarmaqla məşğuldur. Bu isə Kremlin ayağını tapdamaq, daha dəqiqi, ona əlcək atmaq, meydan oxumaq kimi bir şeydir və cavabı yəqin ki, olacaq.

Artıq bu xüsusda yerli erməni KİV-ləri həyəcan təbili çalmağa başlayıb.

*****

“Məsələ ondadır ki, Ermənistanda heç kimə sirr deyil ki, burada Rusiyanın maraqlarına xidmət edən nüfuzlu və çoxsaylı ”5-ci kolon" fəaliyyət göstərir. Son illər Moskva sanki erməni cəmiyyətində anti-Rusiya ovqatının güclənəcəyini hiss edərək, ikiqat güclə öz agentlərini bütün dövlət strukturlarında, ilk növbədə də Müdafiə Nazirliyində, KİV-lərdə yerləşdirib ki, geniş əhali təbəqələrinə təsirini artırsın".

paşinyan putin ile ilgili görsel sonucu

“Yeni Müsavat” xəbər verir ki, bu barədə qərbyönlü erməni portallarından sayılan armenianreport.com-dakı məqalədə deyilir.

Məqalədə ardınca bildirilir: “Movses Akopyan Rusiyanın Ermənistan hərbi dairələrindəki ”5-ci kolon"un nüfuzlu üzvlərindəndir. Hətta demək olar ki, dünənədək o, Baş Qərargahdan Yuru Xaçaturovun, Aytaz Baqmanyanın və Tiqran Parvanyanın uzaqlaşdırılmasından sonra orada rusların axırıncı iri əlaltısı idi. Yeri gəlmişkən, adı çəkilən hər üç şəxsi Moskva özünün kurasiyasında olan hərbi-siyasi təşkilatlarda isti yerlərə düzəldib (Xaçaturov hazırda KTMT-nin baş katibidir - YM). Yəni Kreml bununla göstərib ki, özünün “5-c kolonu”nu hətta onlar postlarından məhrum olandan sonra da atmır. Akopyan isə görünür suda batmaz imiş ki, hələ də vəzifədə qalırmış. Axı, kim Moskvanın kadrını qovmağa cürət edər? Ancaq budur, Paşinyan elan edir ki, Movses Akopyan tutduğu vəzifədən azad olunub".

paşinyan putin ile ilgili görsel sonucu

Nəşr bu qərarın Paşinyanın Soçidə Putinlə görüşündən sonra verilməsinə xüsusi diqqət çəkir: “Baş nazirin bu hay-küylü qərarı onun Soçidə hamımızın gördüyü kimi, Putinə necə yaltaqlanmasından, Ermənistanın KTMT və Avrasiya Birliyində qalacağı ilə bağlı verdiyi vədlərdən sonraya təsadüf eləməsi xüsusilə gözlənilməzdir. Ancaq görünür, baş nazirin əhatəsindəkilər başa düşüblər ki, Akopyanın Baş Qərargah rəisi vəzifəsində saxlanması yeni hakimiyyət üçün olduqca təhlükəlidir və o, Ermənistanın NATO ilə yaxınlaşmasına yönəlik istənilən cəhdinə zərbə vuracaq. Odur ki, riskə gedib onu bu vəzifədən götürdülər”.

Məqalədə bundan sonra Rusiyanın Paşinyan hökumətinə qarşı mümkün davranışından bəhs edilir: “Əlbəttə ki, Moskva Paşinyanın ”onun əsas adamını" strateji əhəmiyyətli Baş Qərargahdan qovulmasına görə qəzəbli olacaq. Nədən ki, “ordunun beyni” üzərində nəzarət Ermənistanın bütün silahlı qüvvələrinə nəzarət imkanı verir. O da aydındır ki, Rusiya erməni hökumətinin bu kadr dəyişikliyini cavabsız qoymayacaq".

karabakh osce ile ilgili görsel sonucu

Yazıda Kremlin mümkün kontur-cavabı kimi Moskvanın Qarabağ cəbhəsində Bakının önünü aça biləcəyinə işarə edilir. “Artıq yaxın günlərdəcə Bakı ilə Moskva arasında növbəti "bal ayı"nı gözləmək olar - hətta Azərbaycan hücuma sövq edilə bilər", - deyə məqalədə təlaşla qeyd olunur.

*****

Şərhdən də göründüyü kimi, Paşinyanın baş nazirliyi Ermənistana təkcə mifik daxili islahat deyil, eyni zamanda Rusiya ilə münasibətlərdə kritik həddə çata biləcək gərginlik, hətta qırılma nöqtəsi vəd edir. Müşahidələr göstərir ki, bu minvalla həmin qırılma nöqtəsi uzaqda olmayacaq. Çünki gec-tez Nikol Paşinyan “ya göründüyü kimi olmaq, ya da olduğu kimi görünmək” zorunda qalacaq.../musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan “Qarabağ klanı”na növbəti zərbə vurdu

    Paşinyan “Qarabağ klanı”na növbəti zərbə vurdu ...

    24-05-2018, 12:45

  • 
  • Paşinyan Ermənistanın bütün qubernatorlarını dəyişəcək

    Paşinyan Ermənistanın bütün qubernatorlarını ...

    22-05-2018, 12:58

  • 
  • Paşinyan: “Azərbaycanla Qarabağ danışıqlarını aparmağa hazıram”

    Paşinyan: “Azərbaycanla Qarabağ danışıqlarını ...

    8-05-2018, 12:46

  • 
  • Paşinyan general Movses Akopyanı qovdu

    Paşinyan general Movses Akopyanı qovdu ...

    24-05-2018, 13:37

  • 
  • Nikol Paşinyan: Yeni hökumətin tərkibi "mövcud siyasi durumu əks etdirməlidir"

    Nikol Paşinyan: Yeni hökumətin tərkibi ...

    7-05-2018, 12:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu