GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Deputat oğlunun düşdüyü "piramida"- gömrükdəki mallar, Milli Məclis və məhkəmədəki tenderlər

Deputat oğlunun düşdüyü "piramida"- gömrükdəki mallar, Milli Məclis və məhkəmədəki tenderlər

Tarix: 1-06-2018, 11:47 Bölmə :Cəmiyyət Baxış: 437
Deputat oğlunun düşdüyü "piramida"- gömrükdəki mallar, Milli Məclis və məhkəmədəki tenderlər

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Zərərçəkmişlərdən biri deputat oğludur.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rahib Salmanovun sədrliyi keçirilən proses davam edir.

Bir neçə nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən İbrahimov Elnur Rauf oğlu istintaqa ifadəsində deputat Elmira Axundovanın oğlu Həbib Axundovla aralarındakı ticarət əlaqələrindən və sonra yaranan borc məsələsindən danışıb.

Əvvəlcə onu qeyd edək ki, Elnur İbrahimov ittihamla özünü təqsirli bilmir.

O deyir ki, 2007-2009-cu illərədək “İntelekt” MMC-də kuriyer və satış meneceri, daha sonra isə “OfisOne” şirkətində satış meneceri işləyib. Həmin şirkətin satış müdiri vəzifəsində də çalışan E.İbrahimov işdən çıxaraq 2011-ci ildə özünə ofis və dəftərxana ləvazimatlarının və katriclərin satışını həyata keçirmək üçün “E Plus E Company” MMC şirkətini yaradıb.

İttiham olunan şəxs ifadəsində göstərib ki, müxtəlif şirkətlərdən nisyə mal alaraq satmağa başalyıb.

E.İbrahimov kartric alverini əsasən “Falkon” şirkətinin direktoru Rövşən Məmmədovla edirmiş.

Müxtəlif şəxslərdən əvvəlcə xırda məbləğlər alaraq iş görən E.İbrahimov onlara qısa zamanda qazanclar da qaytarıb. Bu işlər bir müddət davam etdikdən sonra Elnur İbrahimov daha çox qazanc əldə etmək üçün işlədiyi şəxslərdən böyük məbləğlərdə borclar almağa başlayıb.

E.İbrahimovun qazanc vəd edən bu işinə Rövşən Məmmədovun tanışı Müjgan Mehtiyeva qoşulub. Müjgan Mehtiyeva də bu işə qardaşı Muradı cəlb edib.

Fuad daha sonra dostu Anar Babayevdən borca pul alıb, qazancı ilə geri qaytarıb. Babayev də öz dostu Anar Surxayzadəni bu işə qoşub. Bu iş deputat oğlu Həbib Axundova qədər gedib çatıb. Həbib Axundov da tanışları Fərman Məmmədov və Nazir Mirzəyevi də bu işə qoşaraq onların da qazanc əldə etmələrinə şərait yaratmaq istəyib.

E.İbrahimov xaricdən ucuz qiymətə aldığı kartric və digər ofis ləvazimatları ilə qısa zamanda pul qazandığını vəd edərək yuxarıda adı çəkilən və daha bir neçə şəxsdən külli miqdarda pul alıb. İlk başda onalara günlük, həftəlik və aylıq qazanclar versə də, sonradan vədinə əməl etməyib.

Elnur İbrahimov Həbib Axundovla əlaqələri və biznesi barədə bunları danışıb:

“Həbib Axundovu sinif yoldaşım Orxan Xanbabayevə görə tanımışam. 2006-cı ildən aramızda münasibət yaranıb. Məclislərdə görüşmüşük. İlk dəfə Həbibdən mal almaq üçün 5 min istədim. O da verdi. Axşam əlavə 500 manat qazancla pulu qaytardım. Sonra bir günlüyə 10 min aldım. 1500 artığı ilə qaytardım. Sonra 25 min istədim. Həbib o qədər pulunun olmadığını dedi, Fərman Məmmədovdan alıb verdi. 25 mini 30 min kimi qaytardım. Sonra 90 min istədim. Həbib dedi ki, Fərmanda da yoxdur. Faizə pul verən Nazir adlı şəxslə danışdılar. Ondan 90 min alıb, 99 min qaytardım. Daha sonra həftəsi 12 min qazanc olmaqla 90 min məbləği bir neçə dəfə alıb qaytarmışam. Sonra işlər yaxşı getmədi deyə pulları qaytara bilmədim. Həbib özünün, Fərmanın və Nazirin pulunu tələb edirdi.

2013-cü ildə söhbət zamanı məlum oldu ki, onlardan aldığım ümumi məbləğ 535 min manatdır. Həbib tanışları Orxan və Zarinadan aldığım pulları da ona qaytarmağımı tələb etdi. Buna görə də aramızda 735 min manatlıq borc müqaviləsi imzalamığımızı istədi.

Mən onlara bu müddət ərzində qazanc verdiyimi dedim və heç olmasa əsas məbləğdən həmin qazancın çıxılmasını istədim. Fərman 125 min qazanc götürdüyünü və ona 450 min pul ödəməli olduğumuzu dedi. 200 min də Orxan və Zarinanın idi. Sonra Həbib Axundov da məcbur qalıb həmin məbləği Fərmana ödəyib. Çünki pulu onun adına görə almışdım”.

Zərərçəkmiş Fərman Məmmədov da bu iş üzrə ifadə verib.

O ifadəsində Elnur İbrahimovla yox, Həbib Axundovla iş görmək adı ilə danışdığını bildrib.

Qeyd edib ki, Həbib Axundov ona dostu Elnurla biznes sahəsi yaratdıqlarını və yaxşı qazanc əldə edəcəklərini deyib.

“Ofis ləvazimatları və kartricləri xaricdən gətirib Azərbaycanda satacaqdılar. Həmçinin gömrükdə müsadirə olunmuş malların da satışını təşkil edəcəklərini deyirdi. Anası Elmira Axundovanın Milli Məclisin, məhkəmə sisteminin və digər dövlət təşkilatlarının dəftərxana tenderlərini udduğunu söyləyirdi. Deyirdi ki, mal çatdıra bilmirlər. Həbib borca pul istədi. Qaytaranda qazancdan verəcəyini dedi. Mən də ona inanırdım. İlk dəfə Həbibə 10 min verdim. 11 min qaytardı. Həmin pulun Elnura verildiyini bilmirdim.

Sonra müxtəlif tarixlərdə cəmi 435 min manat vermişəm.

2013-cü ildə görüşəndə Həbib dedi ki, Elnur pulları ələ keçirib. Mənim pulumu qəpiyinə qədər geri qaytaracağını dedi.

Həmin gün Həbib zəng elədi ki, uşaqlar Elnuru tutub Şüvəlandakı bağlarına aparırlar. Mənim də ora gəlməyimi istədi. Orada Elnur kimlərdən pul aldığını etiraf elədi".

Image result for həbib axundov



Zərərçəkmiş Fərman Məmmədov deyir ki, pullarını geri almaq üçün Elmira Axundova ilə də görüşüb:

"Bir gün sonra Elmira Axundova mənə zəng edib Elnurla danışdığını və digər şəxslərlə də razılığa gəlindiyini dedi. Həbiblə görüşdük. Ona mənim 450 min manatımı qaytaracağını bildirdi. Bu razılaşmadan 20 gün sonra Həbib məni evlərinə dəvət elədi. Elmira Axundova 200 mini şəxsən özü verdi. Qalanını da yaxın günlərdə verəcəyini bildirdi. Sonra Elmira Axundova məni çağıraraq 50 min manat da verdi. Lakin sonra Həbib qalan məbləği qaytarmaqdan imtina etdi. Buna görə də mənə dəymiş ziyanı Həbib Axundovdan tələb edirəm”.

İş üzrə Həbib Axundov da ifadə verib. O söyləyib ki, Elnur İbrahimov onu və digər tanışlarını aldadaraq “piramida” qurub.

Ayrı-ayrı şəxslərdən aldığı pulu digər şəxsrlə qazanc kimi verərək onların etibarını qazanıb. Və daha sonra onlardan külli miqdarda pul alıb.

Həbib Axundov özünün də Elnur İbrahimova iş görmək üçün pul verdiyini və sonra geri aldığını qeyd edib. Zərərçəkmişlərdən Fərman Məmmədovun Elnur İbrahimova verdiyi pullalara görə zamin durmasına da münasibət bildirən Həbib Axundov qeyd edib ki, həmin pulu özü ödəmək məcburiyyətində qalıb.

H.Axundov qeyd edib ki, Fərman Məmmədovun Elnura verdiyi 450 min manatı ödəmək üçün bankdan 200 min manat kredit götürüb. Daha sonra isə 50 min manat ödəyib.

İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digərlərindən biznes qurmaq adı ilə ümumilikdə onların 1 milyona yaxın pulunu alıb.

Bu işdə deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş kimi tanınır.

E.İbrahimovun H.Axundova məxsus 100 min manat pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.

Məlumata görə, E.İbrahimovla deputatın oğlu dost olub. Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Onu da qeyd edək ki, zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova veriblər./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aşıq Namiq 54500 manatını və təqsirləndirilənlərin həbsini istədi

    Aşıq Namiq 54500 manatını və ...

    7-02-2018, 12:56

  • 
  • Vəzifəli şəxslərin adından dələduzluq edənlərə ağır cəza

    Vəzifəli şəxslərin adından dələduzluq edənlərə ...

    5-10-2017, 16:24

  • 
  • Deputat oğlunun müstəntiqlə gizli danışığı – AUDİO

    Deputat oğlunun müstəntiqlə gizli danışığı – AUDİO ...

    22-01-2016, 12:43

  • 
  • Aygün Kazımovanın qardaşına 10 il iş verildi

    Aygün Kazımovanın qardaşına 10 il iş verildi ...

    29-07-2013, 17:23

  • 
  • Hakim qardaşı hakim qarşısında- dələduzluq işi

    Hakim qardaşı hakim qarşısında- dələduzluq işi ...

    1-11-2017, 11:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu