Dələduzluq, rüşvət vermə, rüşvətə təhrik etmə və digər cinayətlərdə ittiham olunan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin sabiq direktoru Vasif Akifli ifadə verib. O, bildirib ki, cinayət işi üzrə zərərçəkmiş Həcər Kəngərli Kəmalə Ağazadənin işinin prokurorluqda olduğunu, ona təşkilatından çıxmağı məsləhət görüb: “Həcər Kəngərli də, Məlahət Abbasova da mənə Kəmalə xanım haqda xoş sözlər demirdilər. Mən də bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdim”.
Vasif Akifli deyib ki, bu şəxslər tərəfindən bu gün də təhqir olunur, həbslə hədələnir və nüfuzuna xələl gələn ifadələr eşidir. Şahid bildirib ki, bir neçə il əvvəl Türkiyəyə köçüb və hazırda da həmin ölkədə yaşayır.
İttihama görə, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edərək özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib. O, həmçinin vətəndaşları rüşvət verməyə təhrik edib. Kəmalə Ağazadə 1998-ci ilin oktyabrından “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri vəzifəsində işləyib.
O, Səhiyyə Nazirliyi ilə “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epitemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” layihəsinin tətbiqi üçün əməkdaşlıq edib.
Bu məqsədlə 2015-ci ilin avqustun 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb. Həmin müqavilənin müddəti bitdikdən sonra Kəmalə Ağazadə onlara bildirib ki, Səhiyyə Nazirliyində işləyən aidiyyətı vəzifəli şəxsə rüşvət verməklə, əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına nail olacaq və onlarla yenidən xidmət müqaviləsi bağlayacaq. Kəmalə Ağazadə 2015-ci ilin sentyabr və oktyabr ayında “Azərbaycan Uşaqları” İctimai Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600, Mahir Bayramovdan 2100 və Mahirə Sadıqovadan isə 2100 manat alıb. O, ümumilikdə 7800 manat məbləğində pul alaraq, özünün şəxsi ehtiyaclarına xərcləyib.
Kəmalə Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib. İstintaq orqanı tərəfindən Kəmalə Ağazadənin barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib. O, həbs edilməyib./publika.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?