Rusiya DİN-in Cinayət Axtarışı Baş İdarəsi, Federal Təhlükəsizlik Bürosu və Milli Qvardiya əməkdaşlarının həyata keçirdikləri səs-küylü həbs Moskva kriminal aləmində ciddi dəyişikliklərə səbəb olacaq.
Xatırladaq ki, Moskvanın “Ağ Ev”i xatırladan restoranında “Hacı Beyləqanski” ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı saxlanılıb. Onun adı bütün dünyada onlarla qətldə hallanır. İstintaqdan bildirilib ki, Hacı Rusiya paytaxtında da bir neçə cinayət törədib.
Rusiya İstintaq İdarəsinin Moskva bürosunun rəsmi nümayəndəsi Yuliya İvanova“Moskovskiy komsomolets”ə (“MK”) bildirib ki, “Beyləqanski”yə qarşı qətl, qətlə cəhd və qanunsuz silah saxlama maddələri üzrə ittiham irəli sürülüb. O, azərbaycanlı kriminal avtoritet İlqar Əliyevin (“Danabaş” ləqəbli) öldürülməsində təqsirli bilinir.
Aslan Usoyanın (“Ded Xasan”) yaxın adamı və “Staraya kibitka” restoranının sahibi İlqar Əliyev 2012-ci il aprelin 19-da öldürülüb. Onun avtomobili işıqforda dayanan zaman qatil maşına yaxınlaşıb, İlqar və həyat yoldaşı Alena Yevteyevanı güllələyib (Hadisə nəticəsində İlqar ölüb, Alena isə sağ qalıb).
Cinayətin sifarişçisi kimi bir neçə şəxsin adı hallanıb, ancaq əsas “namizəd” kimi Rövşən Lənkəranski ləqəbli avtoritet Rövşən Canıyev göstərilib.
O, uzun müddət Moskvadakı Azərbaycan diasporuna nəzarət edib və dünyadakı kriminal aləmdə yeri ilə bağlı “Ded Xasan”la mübarizə aparıb
Usoyan “Staroy kbitika” restoranında 2013-cü il yanvarın 16-da öldürülüb. Canıyev isə 2016-cı il yanvarın 18-də İstanbulda qətlə yetirilib.
“MK” yazır ki, Rusiya xüsusi xidmət orqanları Lənkəranskinin ətrafını diqqətlə araşdırır. “Hacı Beyləqanski” bu siyahıda ilk pillələrdən birini tuturdu və Rövşən bir çox məsələlərdə ona güvənirdi. Hacı 2012-ci ildə Dubayda Lənkəranskinin təşəbbüsü ilə taclandırılıb.
Maraqlıdır ki, Canıyevin ölümündə onun “sağ əli” olan “Beyləqanski” ittiham olunub (baxmayaraq ki, hadisə zamanı Hacı Lənkəranskinin maşınında olub və hətta onu xilas etməyə çalışıb). Bu qətldə əsas səbəb kimi Hacının qısa zamanda varlanması göstərilib: o, “Mersedes” markalı zireli avtomobil və Antalyada ev alıb.
Hacı həbs olunsa da, heç bir sübut aşkar olunmadı. Hacının növbəti həbsi isə Lənkəranskinin qatı düşməni Lotu Quli ləqəbli Nadir Səlifovla bağlı idi.
Lotu Quli hazırda Albaniyada yaşayır. O, Tiranaya İstanbuldan gedib. Hacı 2017-ci il sentyabrın 12-də Tbilisidə Qulinin yaxın adamı Elşən Məmmədovun qətlində ittiham olunur.
Noyabrda isə Hacı Lotu Qulinin evinə basqın edib. Ancaq Nadir Səlifov bu hadisədən yayına bilib. Bir müddət öncə yayılan məlumatlara görə, Hacı Quliyə hücum üçün Moskvada yeni plan hazırlayır. Və bu işdə ona Lənkəranskinin qardaşı Zaur Əhmədov kömək edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?