Ali Məhkəmə qəzetin cərimələnməsi haqda hökmü qüvvədə saxladı
İyul ayının 22-də Ali Məhkəmədə “Azadlıq”a qarşı qərar qəbul edilib. Qərar “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası üzrədir.
K.Məmmədova “Azadlıq” qəzetini ticarət mərkəzində baş verənlərlə bağlı yazısına görə məhkəməyə vermişdi. Yasamal Rayon Məhkməsi onun iddiasına baxaraq, qəzetin 30 min, məqalə müəllifinin 2 min manat cərimələnməsi haqda qərar qəbul etmişdi. Apelyasiya Məhkəməsi də bu qərarı qüvvəsində saxlamışdı.
İyul ayının 22-də Ali Məhkəmədə bu işə baxılıb. Maraqlıdır ki, Ali Məhkəmə məhz Mətbuat günündə “Azadlıq” qəzetinin 32 min manat cərimələnməsi aşağı instansiya məhkmələrinin qərarlarını dəstəkləyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?