Tanınmamış "Dağlıq Qarabağ Respublikası dövlət naziri (sabiq baş nazir)" Arayik Harutyunyan və polis rəisi Kamo Ağacanyan istefaları haqqında bəyanat veriblər.
Bu istefalar Xankəndi (Stepanakert) şəhərində şənbə günündən bəri davam edən kütləvi etirazlardan sonra baş tutub.
Maraqlıdır ki, Arayik Harutyunyan 33 millət vəkilindən ibarət yerli parlamentdə 15 mandata malik çoxluq təşkil edən "Azad vətən" partiyasının lideridir.
Polis rəisi isə police.nkr.am rəsmi səhifədə yazıb: "Narahatlığıma tək istefa verməyimə dair tələblər olmayıb. Mənim məqsədim, həmçinin, ölkədaxili təhlükəsizliyi təmin edib, daxili siyasi gərginliyə yol verməmək olub".
Məlumatlara görə, etirazlara "məişət zəminində" iki mülki şəxslə iki MTX əməkdaşı arasında mübahisə nəticəsində başlanan əlbəyaxaya 20-dək MTX xüsusi təyinatlının qatılması və həmin iki mülki şəxsin döyülməsi səbəb olub.
Bazar ertəsi səhərdən 200-ə yaxın sakin şəhərin mərkəzi Azatamartikner prospektini (keçmiş Kirov) bağlayıb və tələbləri yerinə yetirilməyincə, nəqliyyat hərəkətini iflic vəziyyətdə saxlayacaqlarını bildirirlər.
Tanınmamış "DQR prezidenti" Bako Sahakyan etirazçıların nümayəndələri ilə görüşüb və güc strukturlarında dəyişiklik ediləcəyini vəd edib.
Qarabağ "parlamentində" isə hüquq mühafizə və milli təhlükəsizlik strukturlarının qeyri-qanuni hərəkətlərini araşdırmaq üçün xüsusi komissiya təşkil edilib.
Lakin etirazçılar güc strukturlarını özbaşınalıqda ittiham edirlər.
Nikol Paşinyan məsələni həll etmək üçün Bako Sahakyana "sakit əsəbsiz şəraitdə işləməyə" vaxt verməyi xahiş edib. Onlar "Qarabağda polis diktaturasını yaradan" baş prokuror Artur Mosiyan, polis rəisi Kamo Ağacanyan və MTX rəisi Arşavir Ğaramyanın vəzifədən kənarlaşdırılmasını tələb edirlər.
Etirazçılar əks təqdirdə aksiyanın davam etdiriləcəyini bildirirlər.
Hərçənd ki, onlar Ermənistanın Baş naziri Nikol Paşinyann müraciətindən sonra prospektdə nəqliyyat vasitələrinin hərəkətını bərpa ediblər.
Paşinyan tələblərin yerinə yetirilməsi üçün Bako Sahakyana "sakit əsəbsiz şəraitdə işləməyə" vaxt verməyi xahiş edib.
"Əslində mitinqlər öz niyyətinə çatıb, top Qarabağ hakimiyyətinin meydanındadır. Yaxşı olar ki, orada da qalsın, və əgər qarşılıqlı razılıq çərçivəsində məsələ həll olunmasa, topu yenidən öz tərəfinizə çəkə bilərsiniz", - Ermənistan baş naziri deyib.
Eyni zamanda etirazçılar hakimiyyət tərəfindən tələbləri yerinə yetirilməzsə, yenidən itaətsizlik aksiyalarına davam edəcəklərini bəyan ediblər.
Sorğu
Yeni dizaynımız necədir?