Ombudsman Elmira Süleymanova gənc fəal Emin Aslanovun həbsi məsələsini araşdırıb.
Ombudsman Aparatının mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, iyunun 4-də internet səhifələrində və sosial şəbəkələrdə vətəndaş Emin Aslanovun həmin gün günorta saatlarında Dənizkənarı Milli Parkda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılması və polis orqanları tərəfindən saxlanılması haqqında məlumatlar yayılıb.
Eyni zamanda Ombudsmanın qaynar xəttinə E.Aslanovun yaxınları və KİV-lər tərəfindən eyni məzmunlu müraciətlər daxil olub və köməklik göstərilməsi xahiş edilib.
Məsələ ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən dərhal daxili işlər naziri Ramil Usubova həmin şəxsin yerinin müəyyən edilməsi və hüquqlarının təmin olunması ilə bağlı müraciət edilib.
Araşdırma nəticəsində, hazırda E.Aslanovun inzibati qaydada həbs olunaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlama məntəqəsində saxlanıldığı müəyyən edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?