“Maşın” şounun aparıcısı Murad Dadaşov Anadolu Universiteti Azərbaycan Proqramları ilə tərəfdaşlıq edir.
Soumen hər gün yarışmada təhsil müəssisəsinin reklamını edir və təriflər yağdırır. Lakin Anadolu Universiteti Azərbaycan Proqramları haqqında istər mətbuatda, istərsə də sosial mediada dəfələrlə mənfi yazılar yer alıb.
Belə bir qalmaqallı yeri ölkənin ən çox reytinqi olan şousunda reklam edilməsi tələbə olmaq istəyən yüzlərlə gəncin gələcəyini sual altına qoymaq deməkdir. Çünki təhsil müəssisəsinin diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır. Eyni zamanda qurum Anadolu Universiteti Azərbaycan Proqramlarına lisenziya verməyib.
Məsələ ilə bağlı Təhsil Nazirliyi Minval.info-nun sorğusuna cavab verib:
““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq ( lisenziya) almalıdır. Həmin Qanunun 16.5-ci maddəsinə görə Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Anadolu Universitetinin Bakı filialına Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməyib”.
Anadolu Universiteti Azərbaycan Proqramlarından minval.info-ya konkret cavab verilməyib. Belə ki, təhsil müəssisəsi onlara ünvanlanan diplom və lisenziya ilə bağlı suallardan yayınıb.
Hər halda nazirliyin rəsmi açıqlaması məsələnin nə yerdə olduğunu gün kimi aydın edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?