GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məmurların pullu biznesi-uşaqlardan yığılan milyonlar

Məmurların pullu biznesi-uşaqlardan yığılan milyonlar

Tarix: 13-06-2018, 11:47 Bölmə :Cəmiyyət Baxış: 288
Məmurların pullu biznesi-uşaqlardan yığılan milyonlar


Qalmaqallı "Kid Studio" Uşaq Mərkəzi lisenziyasız fəaliyyət göstərirmiş; məmurların son illər böyük maraq göstərdiyi, milyonlar qazanılan sahələrdən biri də uşaq əyləncə mərkəzləri və bağçalardır

Cəmi bir neçə ay əvvəl fəaliyyətə başlamış "Kid Studio" Uşaq Mərkəzinin ömrü uzun olmadı. Tərbiyəçinin azyaşlı uşağa qarşı amansız davranışları bağçanın fəaliyyətinə son qoydu.

İşgəncə faktını üzə çıxaran videomaterial dünəndən bəri xəbər saytlarında yayımlanır. Yayımlanar-yayımlanmaz da insanlar arasında dəhşət yaratdı. Necə olur ki, valideynlərin böyük məbləğdə pul ödəyərək etibar etdikləri uşaq tərbiyəçi tərəfindən döyülür? Qeyd edək ki, sözügedən bağçanın aylıq qiyməti nə az-nə çox 250 manatdır.

Bu cür hadisələr tək bizdə olmur. Ara-sıra sosial şəbəkələrdə müxtəlif ölkələrdə baş vermiş bu tip hadisələrin görüntülərinə rast gəlirik. Bizdən fərqli olaraq, xaricdə hadisəyə yanaşma fərqli olur. Uşağı şiddət görmüş valideyn dərhal hüquq mühafizə orqanlarına müraciət edir. Uşağının haqqını tələb edir. Bizdə isə döyülən uşağın ailəsi hansısa səbəbdən ya susurlar, da uşağını döyən müəllim, tərbiyəçinin müdafiəsinə qalxırlar.

Suallar çox olsa da, bağçadan cavab verən yoxdur. Bağça ilə əlaqə saxlayan həmkarımıza bildirilib ki, bağça müdiri jurnalistlərlə danışmaq istəmir. Jurnalistlərin danışdıra bilmədiyi mərkəzin müdiri Nigar Müseyibovanı isə Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları danışdırıb. Həmçinin Yasamal rayon icra başçısı Əziz Əzizov da bağçaya gəlib. Danışıqların və ziyarətin nəticəsi haqda isə mətbuata açıqlama verilmir.

2015-ci il noyabr ayının 2-dən etibarən bağçalara lisenziyanı İqtisadiyyat Nazirliyi “ASAN xidmət” vasitəsilə verməyə başlayıb. İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib ki, bu müddət ərzində nazirlik uşaqların Firuzə Tağıyeva adlı müəllim tərəfindən döyüldüyü “Kids Studio" Uşaq Mərkəzi adlı bağçaya lisenziya verməyib. Abbas Əliyevin sözlərinə görə, nazirlik bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızdır.

Vergilər Nazirliyinin Vergi ödəyiciləri üzrə axtarış sistemində həmin bağça haqqında məlumat yoxdur. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatda bu ada uyğun VÖEN müəyyən edilməyib.

Qeyd edək ki, məmurların son illər böyük maraq göstərdiyi, milyonlar qazanılan sahələrdən biri də uşaq əyləncə mərkəzləri və bağçalardır.

Maraqlıdır, uşaqlara qarşı kobud rəftar edən, uşaqları döyən o tərbiyəçini hüquqi məsuliyyət gözləyirmi?

Hüquq müdafiəçisi, “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirir ki, uşağı döyən tərbiyəçi Cinayət Məcəlləsinin 126-cı maddəsi -qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə cəza almalıdır: “Məsələnin KİV və elektron mediada yayılmasını nəzərə alaraq hüquq-mühafizə orqanları və ya prokurorluq artıq hüquqi proseduru başlatmalı idi”.

Hazırda ölkəmizdə 1656 dövlət, 96 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi var. Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır.

Təhsil eksperti Kamran Əsədov kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilərin dünyanın aparıcı dövlətləri ilə müqayisədə çox aşağı olduğunu deyir: “Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəssüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75%-lik uşaq da bağçalara cəlb olunsun. Dünya təcrübəsindən qeyd edim ki, Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. Təəssüflər olsun ki, bağçalara fəaliyyət lisenziyası verilsə də orada zəruri hallara o qədər də diqqət yetirmirlər”.

Ekspert onu da qeyd edir ki, bağçalarda təhlükəsizliyin təmin olunması üçün uzunmüddətli yaddaşa malik, günün bütün saatlarında işləyəcək kameralar lazımdır: “Kameralar təhlükəsizlik işinə müsbət təsir edir. Düşünürəm ki, videokameraların olması çalışanları məsuliyyətli etməklə yanaşı, həm də valideynlərin qarşısında güvənli olmağa zəmanət verir. Bu kameralar təkcə valideynlərin övladlarını izləməsi üçün deyil. Həm də müəssisənin təhlükəsizliyi təmin olunur”.

2011-ci ildə prezidentin sərəncamı ilə bağçalar Təhsil Nazirliyindən alınıb icra hakimiyyəti orqanlarına verildi. Bundan sonra bağçaların fəaliyyəti diqqətdən kənarda qaldı. Son illər bağçalarda neqativ hallar çoxalıb. Bu kimi halların aradan qaldırılması üçün bağçaların təkrar Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklif edilir.

Əsədov düşünür ki, təhlükəsiz və yüksək keyfiyyətli bağça modelini tək Təhsil Nazirliyi təmin edə bilməz: “Bu kimi fəaliyyəti Təhsil Nazirliyinə tabe müstəqil qurum tərəfindən həyata keçirilməlidir. Necə ki, diplomların tanınması, peşə təhsili üzrə ayrıca Təhsil Nazirliyinə tabe qurumlar fəaliyyət göstərir, bu mexanizmi də eyni ilə təmin etmək olar. Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir. Elə-belə, pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi də fəaliyyət göstərmir. Doğrudur, özəl bağçalarda istər qidalanma, istər tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burada çalışan işçi - tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil . Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir. Təəssüf ki, heç bir qurum bağçalarla bağlı yoxlama aparmır”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra Hakimiyyəti nazirliyi suçladı – “Kids studio” qalmaqalı

    İcra Hakimiyyəti nazirliyi suçladı – “Kids ...

    12-06-2018, 17:07

  • 
  • Bağça müdirəsi polis bölməsinə aparıldı

    Bağça müdirəsi polis bölməsinə aparıldı ...

    12-06-2018, 00:29

  • 
  • “Kids Studio” bağçasında uşağa işgəncə verən qadın... - FOTOLAR, VİDEO

    “Kids Studio” bağçasında uşağa işgəncə verən ...

    12-06-2018, 11:30

  • 
  • Uşaqları döyən tərbiyəçi şübhəli şəxs qismində saxlanıldı - 2 maddə ilə cinayət işi açıldı

    Uşaqları döyən tərbiyəçi şübhəli şəxs qismində ...

    13-06-2018, 10:40

  • 
  • ​285 saylı bağçada DƏHŞƏT – Valideyni rüşvət verməyən uşağı tərbiyəçi vəhşicəsinə döyüb

    ​285 saylı bağçada DƏHŞƏT – Valideyni rüşvət ...

    6-06-2018, 20:21


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu