Xəbər verdiyimiz kimi general Ərziman Əliyev tərəfindən jurnalist Əli Cahangiroğlunun təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və hər kəs generalın qeyri-etik rəftarını pisləyir.Sosial şəbəkələrdə və informasiya resurslarında Ərziman Əliyev DİN-in yüksək vəzifəli məmuru kimi təqdim edilir.
gundemxeber.az xəbər verir ki, Unikal.org-a açıqlama verən Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə adıçəkilən polis general-mayorunun təqüdə göndərildiyini bildirib:
"Keçmiş Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi 2 il öncə vəzifəsindən kənarlaşdırıb.O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.Ərziman Əliyev artıq pensionerdir.Özünüzdə bilirsiz ki, neçə-neçə şəxslər Daxili İşlər orqanlarından təqüdə göndərilir.Pensiya müddətində isə o, adi şəxsdir.Ona görə də Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır.İstənilən halda jurnalistlə bu cür rəftar xoşagələn hal deyil".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?